Fındığın alış qiyməti niyə ucuzlaşıb? - Səbəblərdən biri kimi xüsusi maddə göstərilir

Fındığın alış qiyməti niyə ucuzlaşıb? - Səbəblərdən biri kimi xüsusi maddə göstərilirRusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış logistik problemlər və keyfiyyətin aşağı düşməsi Azərbaycanda fındığın qiymətində ucuzlaşmaya səbəb olub. Əvvəllər 5-6 manat olan qiymətlər indi maksimum 3,6 manata düşüb. Fındıq tədarükçüləri ixrac bazarlarında da qiymətlərin ucuzlaşdığını deyirlər.

"Kaspi" qəzeti ucuzlaşmanın səbəblərini araşdıraraq yazı dərc edib. Məqalədə deyilir:

Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarının sayı ilbəil artır. Elə məhsullar var ki, onlar daim ölkəyə valyuta gətirir. Onlardan biri də fındıqdır. Fındıq həmişə Azərbaycan bazarlarında yaxşı qiymətə satılıb. Amma hazırda belə deyil, fındığın alış qiyməti xeyli ucuzlaşıb. Xüsusilə də şimal bölgəsinin bazarlarında fındığın alış qiymətində ucuzlaşma müşahidə edilir. Hazırda fındıq son 10 il ərzində ən aşağı qiymətə satılır. Fındığın qiymətində ötən illərlə müqayisədə 30-35 faizədək ucuzlaşma müşahidə olunur. Təsərrüfatçılar istehsal etdikləri fındığın 1 kiloqramını qəbul məntəqələrinə maksimum 3 manat 60 qəpiyə sata bilirlər. Halbuki ötən illərdə qiymət 5-6 manat civarında olub.

Xaçmaz rayonunda 10-a yaxın fındıq emalı müəssisəsi və qəbul məntəqələri fəaliyyət göstərir ki, onlar şimal bölgəsi ilə yanaşı, həm də respublikanın digər regionlarından da mal qəbul edirlər. Rayonda istehsal olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə və digər xarici ölkələrə də ixrac olunur.

Təsərrüfatçılar toplanan məhsulu adətən anbarlarda saxlayıb qiymət bahalaşandan sonra, yəni dekabr-mart aylarında satırlar. Bu il isə həmin tarixdə qiymətlər gözlənilənin əksinə ucuzlaşıb.

Bəs görəsən fındığın qiymətindəki bu qəfil ucuzlaşma nə ilə bağlıdır? Bu ucuzlaşmada yerli, yoxsa xarici faktorlar rol oynayır?

"4 manata satdığımız fındığı bu il 2-1,8 manata satırıq"

Fındıqçılıq təsərrüfatında çalışan sahibkar Eldəniz Doldolov bildirdi ki, həqiqətən də ötən illərlə müqayisədə 2022-ci ildə və 2023-cü ilin əvvəlində fındığın qiyməti çox ucuzdur: "Qiymətlərin ucuz olmasının bir neçə səbəbi var. Birincisi, 2022-ci ildə bağlardan topladığımız fındıq keyfiyyətsiz oldu, çürümə çox idi. Digər tərəfdən, belə görürük ki, dünyada gedən proseslər də bu məsələyə təsir edir".

Sahibkar vurğuladı ki, ötən il 4 manata satdıqları fındığı bu il 2-1,8 manata satmaq məcburiyyətində qalıblar: "Ümumiyyətlə, bir fermer kimi qiymət məsələsinə o qədər də önəm vermirəm. Başqa fermerlər təəssüflər olsun ki, məhsuldarlığa diqqət ayırmırlar. Yəni onlar hesab edirlər ki, məhsuldarlıq aşağı olsa da, qiymətlər yuxarı olsun. Mənsə düşünürəm ki, qiymətin necə olmasından asılı olmayaraq, ilk növbədə məhsuldarlığı qaldırmaq lazımdır".

"Ən çox ata-baba sortu xaricə ixrac edilir"

E.Doldolov qeyd etdi ki, fındığı onlardan alıb ixrac edən tədarükçülər xarici bazarlarda da qiymətin aşağı olduğunu bildirirlər: "Onlar həm dünya bazarında fındığın qiymətinin, həm də fermerlər tərəfindən təqdim edilən malın keyfiyyətinin aşağı olmasının təsiredici rol oynadığını bildirirlər. Amma onu deyə bilərəm ki, Azərbaycanda yetişdirilən fındıq keyfiyyət baxımından dünyada nömrə birdir. Biz daha çox ata-baba sortunu ixrac edirik. Bu sort bütün parametrlərinə görə digər sortlardan daha üstündür".

Müharibə logistika ilə bağlı ciddi əngəllər yaradır

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirdi ki, Azərbaycanda fındığın qiymətinin kəskin şəkildə enməsinin bir neçə səbəbi var: "Bunlardan birincisi bizim fındığın tərkibində aflotoksin adlanan maddənin çox olması ilə əlaqədardır. Göbələklər sinfinə daxil olan bu maddənin çox olması fındığın Avropa bazarlarına çıxmasına ciddi əngəl törədir. Bir müddət əvvəl də Azərbaycandan Avropaya ixrac edilmiş və kifayət qədər iri həcmdə olan fındıq geri qaytarılmışdı. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi səbəbindən logistika sahəsində ciddi əngəllər yaşanır".

Fındıq istehsalının həcmi əvvəlki illərlə müqayisədə artıb

E.Əmirov vurğuladı ki, son illər Azərbaycanda fındıq sahələrinin həcmi artıb və buna görə məhsuldarlıq da yüksəlib: "Ölkədə fındıq istehsalının həcmi əvvəlki illərlə müqayisədə artıb. Fındıq istehsalında Türkiyədə də artım var. Hazırkı məqamda Azərbaycandan Türkiyəyə fındıq ixracı ciddi problemlərlə qarşılaşıb. Belə ki, Türkiyənin özündə də məhsul bolluğu var. Digər tərəfdən də xarici bazarlar Türkiyə fındığı ilə daha yaxşı səviyyədə təchiz olunur. Türkiyə lirəsinin ucuz olması Azərbaycan məhsulunu bazarda sıxışdıran faktorlardan biridir. Ümumilikdə Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış logistik problemlər və Azərbaycan fındığının tərkibində afotoksin maddəsinin olması yerli fındığın qiymətinə və o cümlədən ixracına problem yaradır".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 4202   Tarix: 29 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr
.

Ölkədən nə qədər mis məmulatları ixrac edilib?

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkədən 24,59 milyon dollar dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac olunub. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki bu, 2025-ci ilin müvafiq dövrünün göstəricis

9 sentyabr
.

Azərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın emal sənayesində 14 milyard 912,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur. Ema

11 sentyabr
.

Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir

8 sentyabr
.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

Azərbaycan avtobus idxalını 2% azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır

16 sentyabr
.

ASCO-nun mənfəəti 38 dəfə artıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin I yarısını 23,386 milyon manat mənfəətlə başa vurub. səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,85 dəfə çoxdur. Yanvar-iyun aylarında ASCO-nun əməliyyat gəlirləri 256,42

4 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü

Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8

21 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr