Oğlunu atdı, bacısının rəfiqəsini aldatdı, Atatürkdən əfv dilədi...

Oğlunu atdı, bacısının rəfiqəsini aldatdı, Atatürkdən əfv dilədi...Sonxeber.az Kulis.az-a istinadən məşhur şair Nazim Hikmət haqqında marqlı faktları təqdim edir.

Nazim Hikmət 1902-ci il yanvar ayının 15-də Türkiyədə zadəgan ailəsində anadan olub. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur.

***

Nazim Hikmətin anası Cəlilə xanım rəsmlə məşğul idi. Onun dövrün tanınmış şairi Yahya Kamalla sevgili olduğunu bilən Nazim Hikmət evdən qaçaq düşür və Yahya Kamala belə bir məktub yazır: "Müəllimim olaraq girdiyiniz evə atam kimi girə bilməzsiniz".

Onun qadınlarla münasibəti çox məşhurdur. Birini deyək... Bacısının dul rəfiqəsi Pirayə ilə evli idi, həbsdən məktublaşırdılar. Günlərin birində dayısı qızı Münəvvər onu ziyarətə gəlir və Nazim qadına aşiq olur. Pirayəni isə atır...

Nazim Hikmət həbsdən canını qurtarır, lakin türk hökuməti şairi əsgərliyə çağırır. Bu çağırışın yaxşı olmayacağını qabaqcadan hiss edən şair Moskvaya qaçır. Münəvvəri və oğlu Mehmeti Türkiyədə təkbaşına qoyur, özü isə başqa qadınlara yelkən açır.

***

O qadınlardan biri Qalina idi. Nazimlə xəstəxanada tanış olurlar. Sonra isə yavaş-yavaş bu eşq solmağa başlayır. Sən demə, "mavi gözlü dev" başqa bir qadına aşiq olubmuş. Bu Vera Tulyakova idi. Qalina həqiqəti öyrənəndə heç nə demir və Nazimin o qadına getməyini bağışlayır. Səbəb isə Nazim Hikmətin Veranı sevəndən sonra yaxşı şeirlər yazmasıydı.

Vera Tulyakovanı sevmək şair üçün ağır idi. Bundan əvvəl infarkt keçirmişdi və bu həyəcan onu öldürə bilərdi. Həkim "sevsən 3 il, sevməsən 10 il yaşayacaqsan" demişdi. Dostlarına bunu danışanda məşhur "Alıx roz" şeirinin müəllifi Andrey Voznesenski "Nazım, sevərək 3 il yaşamağı seç" demişdi. Və həqiqətən də Nazim Hikmət Vera ilə birlikdə 3 il 4 ay yaşadı.

Ayrılıqlarını onlarla şeir həsr etdiyi Münəvvərlə Mehmet onunla görüşmək üçün sosialist şəhəri Varşavaya gəlir, Nazim bu görüşə gəlsə onların yanında qalmır, oğlunu da, Münəvvəri də atıb Veranın yanına qayıdır. Oğlu bu hərəkəti ona ömür boyu bağışlamır.

Qəribə faktlardan biri odur ki, Nazim Hikmətin həyatında böyük rol oynamış üç qadın - Qalina, Vera və Münəvvər dəfni zamanı bir araya gəlmişdilər. Üçü də yanaşı duraraq Nazimin qəbrinə baxıb həzin-həzin ağlayırdılar.

***

İlk dəfə Bakıya 1927-ci ildə Süleyman Rüstəmin dəvəti ilə gəlib. 1951-ci ildən Moskvada daimi yaşamağa başlayandan sonra tez-tez Azərbaycana, Bakıya səfər etməyə başlayır. O, Bakıda olduğu müddətdə məşhur müğənni Bülbülün ifasında "Koroğlu"nu izləyib, "Yeddi gözəl"dən zövq aldığını yazıb, Filarmoniyada xalq mahnılarına, muğamlarına qulaq asdığını bildirib. Ən bəyəndiyi məklan isə musiqili komediya teatrı olub.

Nazim Hikmət Moskvaya qayıdanda dəhşətli həqiqətlərlə rastlaşmışdı. Repressiyalar, qadağalar və s. Yazıçılar İttifaqında şairin gəlişi ilə bağlı böyük qonaqlıq təşkil olunmuşdu. O zaman Nazim Hikmət ayağa durub repressiyalardan danışmış və əlavə etmişdi: "Bütün bunları yoldaş Stalinə deyəcəm". Həmin an Yazıçılar İttifaqına ölü sükutu çökmüşdü...

28 il həbs cəzası almış, onun 12 ilini yatmışdı. Deyilənə görə, həbsdə su işgəncəsinə məruz qalmışdı və buna görə travma almışdı. Ömrünün sonuna qədər bədəninə su vurmamış, çimə bilməmişdi. Bədənini ətirlə təmizləyirdi.

Moskvaya ikinci səfər gəldiyində pasport problemi yaşamışdı. Onu Trotski tərəfdarı olduğu üçün Türkiyə Kommunist Partiyasından uzaqlaşdırmışdılar. Nazim Hikmət bu səbəbdən dolayı uzun müddət SSRİ-də pasportsuz yaşamışdı.

***

Atatürkə əfv olunmağı ilə bağlı məktub ünvanlayır. Həmin vaxtlar prezident xəstə yatağında olduğu üçün məsələni köməkçisinin həll etməsini tapşırır. Ancaq sonra söhbət öz həllini tapmır...

Nazim Himət 1963-cü il iyunun 3-də Moskvada vəfat edib. Öldüyü gün əlində oxucularının məktubları və səhər qəzeti olub. Vera onun qapının ağzında yerə yıxıldığını görüb rəfiqəsinə zəng vurmuş və nə edəcəyini bilməyib.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2262   Tarix: 05 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)

Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə

16 sentyabr
.

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand

9 sentyabr
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr
.

"Evdə tək"in aktyoru vəfat etdi

Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin

27 avqust
.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

20 sentyabr
.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr
.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

1 oktyabr
.

Riskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA

Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə -a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür. Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:. "Yaxşıyam

8 iyun
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

2 oktyabr