"Daşla bədənimi kəsdim" - Tapdığı mişarla dağıntılar altından çıxan şəxs yaşadıqlarını DANIŞDI - VİDEO
Türkiyədəki dəhşətli zəlzələdən sonra Hatayda dağıntılar altından möcüzəylə sağ çıxan iş adamı Adnan Fırat Albayram yaşadığı dəhşətli anlar barədə danışıb.
BiG.AZ türk mətbuatına istinadən xəbər verir ki, zəlzələ zamanı qaldığı otelin otağından qaçan Albayram uçan nərdivanların boşluğuna düşüb.
Nərdivanların dəmir tutacaqlarının arasında ilişən ayağının üstünə daşlar düşdüyündən Fırat yerindən tərpənə bilməyib. O, yanında divara ilişib qalan mişar tapıb. Bir saat çalışdıqdan sonra həmin mişarı divardan çıxarıb və iki saat ərzində çətinliklə dəmirləri kəsərək ayağını daşların altından çıxarıb.
Daha sonra o, sürünərək qaldığı otağa qayıdıb, pəncərədən səslənərək 3 nəfəri köməyə çağırıb və onların yardımıyla binadan tullanıb. Ayağından ağır zədə alsa da, xilas olunan Albayram xəstəxanaya yerləşdirilib.
O, yaşadıqlarını yoldaşına göstərmək üçün, vəziyyətinin çox da ağır olmadığını, çıxmağa çalışdığını ona bildirmək üçün mobil telefonla çəkiliş edib.
Dağınılar altında qalarkən qaçıb gedənlərin birinin telefonunda azan səsi eşidilib. Həmin an Albayram "kəlmeyi-şəhadətini" dediyini, qurtulmaq üçün dua etdiyini və sağ qalacağına inandığını etiraf edib.
Soyuqda isinmək üçün o, haradansa eşitdiyi bir məlumatı tətbiq edib: əlinin altındakı daşlarla bədənini kəsib və bundan sonra bədən hərarəti qalxıb.
Albayram yaşadıqlarından sonra psixoloji travma keçirdiyini və hətta qonşuluqda kimsə gəzdikdə, səslər gəldikdə qorxu keçirdiyini bildirib.




Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1992 Tarix: 15 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat
11 oktyabrBritaniya Parlamentində keçmiş baş nazir Kir Starmerin yerini kim tutacaq?
Böyük Britaniyada Leyboristlər Partiyasının təmsilçisi, əslən Somalidən olan Saqal Abdi-Vali Böyük Britaniyanın Holborn və Sent-Pankras seçki dairəsində keçirilən təkrar seçkidə qələbə qazanıb. O, 11 il ərzində sözügedən dairəni parlamentdə təmsil edən Böyük Britaniyanın sabiq baş naziri Kir Starmer
11 oktyabrAlmaniya ehtiyatlardan 15 milyon barelə qədər yanacaq və neft buraxacaq
Almaniya yanacaq qıtlığını yumşaltmaq və enerji daşıyıcılarının qiymətlərinin kəskin artımının qarşısını almaq üçün fövqəladə ehtiyatlardan 15 milyon barelə qədər dizel və soba yanacağı, eləcə də xam neft buraxacaq. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyya
11 oktyabrABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlər
11 oktyabrRubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11 oktyabrBelçikada kütləvi tətil nəqliyyat və məktəblərin işini pozub
Belçikada dövlət sektoru işçilərinin büdcə xərclərinin planlaşdırılan ixtisarına qarşı ümummilli tətili ictimai nəqliyyatın, dəmiryolu əlaqəsinin, məktəblərin və dövlət teleradio yayımının işində fasilələrə səbəb olub. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Tətil federal büdcəni
12 oktyabr