İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib
İndoneziyanın Maluku əyalətinin Key adalarındakı Tual şəhərinin cənub-qərbində 6,1 bal gücündə zəlzələ baş verib.
Sonxeber.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 6,1 bal gücündə zəlzələnin episentrinin Tual şəhərindən 130 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.
Sözügedən mərkəz zəlzələnin yerin 38,6 kilometr dərinliyində baş verdiyini bildirib.
Hələlik zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.
İndoneziyanın Aceh bölgəsində 2004-cü ildə baş verən zəlzələdən sonra təxminən 170.000 insan həyatını itirmişdi.
28 sentyabr 2018-ci ildə Sulavesi adasındakı Palu körfəzində baş verən 7,5 bal gücündə zəlzələ və sunami; Donqala, Palu və Sigi bölgələrinə təsir edib, 4340 nəfərin ölümünə səbəb olub.
21 noyabr 2022-ci ildə İndoneziyanın Qərbi Yava əyalətinin Ciranjang şəhərindən 18 kilometr cənub-qərbdə baş verən 5,6 bal gücündə zəlzələdə 331 nəfər həyatını itirib, 600-ə yaxın insan yaralanıb.
"Sakit okean od halqası" adlanan zəlzələ və vulkanik qurşağında yerləşən İndoneziya təbii fəlakətlərdən ən çox zərər çəkən ölkələr sırasındadır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Gələcəkdə pensiyalar AZALACAQ
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Belə pomidorları almayın
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Ailələrə uşaq sayına görə pul veriləcək?
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu