Türkiyədəki zəlzələnin iqtisadi təsirləri: İnanılmaz rəqəmlər

Türkiyədəki zəlzələnin iqtisadi təsirləri: İnanılmaz rəqəmlərZəlzələ zonasının sahəsi 108 min 812 kvadrat kilometri əhatə edib. Bu ərazi Bolqarıstana bərabər, Danimarka və Niderlandın ərazilərindən isə üç dəfədən çox böyükdür. Təbii ki, bu qədər böyük bir ərazini əhatə edən dağıntıların iqtisadiyyata təsiri də böyük olacaq.

"Kaspi" qəzeti bugünkü məqaləsini Türkiyədəki zəlzələyə həsr edib:

"Əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlər təkcə Türkiyənin deyil, dünyanın da gündəmini dəyişib. Beynəlxalq aləm hər gün zəlzələ bölgəsindən daxil olan xəbərləri həyəcanla izləməklə yanaşı, nəticələrin aradan qaldırılması üçün əlindən gələn yardım və dəstəyi göstərir. Seysmoloqların onilliyin ən dağıdıcı zəlzələsi kimi qeyd etdikləri fəlakət tək Türkiyənin deyil, türk və müsəlman dünyasının tarixinə də qara hərflərlə yazılacaq. Zəlzələnin təsiri o qədər böyük olub ki, yeraltı təkanlar Misir, Livan, Suriya, İraq və İrana qədər uzanan geniş məsafədə hiss edilib. Təbii fəlakət Livanda evlərə ziyan vurub, İraq və İranda evlər silkələnib, Misirdə insanlar özlərini evlərindən çölə atıblar. Zəlzələ zonasının sahəsi 108 min 812 kvadrat kilometri əhatə edib. Müqayisə üçün bildirək ki, bu ərazi Bolqarıstana bərabər, Danimarkadan və Niderlanddan isə üç dəfədən çox böyükdür. Zəlzələdən zərər çəkən əhali sayı 13 milyon 500 min nəfəri keçib. Bu əhali Bolqarıstan, Tunis, Belçika, İordaniya, Çexiya, İsveç, Yunanıstan, Portuqaliyanın əhalisindən çoxdur. Zəlzələnin episentri də çox üzdə - 7 kilometr dərinlikdə olub. Müqayisə üçün 2011-ci ildə Yaponiya zəlzələsinin episentrinin 30 km, 1960-cı ildə Çili zəlzələsinin episentrinin 33 km, 1952-ci ildə Rusiyadakı Kamçatka zəlzələsinin episentrinin isə 21,6 km dərinlikdə olduğunu qeyd edək. Zəlzələnin yaratdığı enerji 132 atom bombasına yaratdığı təsirə bərabər olub.

Yuxarıdakı rəqəmlərdən və müqayisələrdən də göründüyü kimi, qardaş ölkə misli görünməmiş fəlakətlə üz-üzə qalıb. Zəlzələnin ilk anından bölgəyə göndərilən axtarış-xilasetmə qruplarının sayına gəldikdə, bu rəqəm 31 mindən çox olub. Digər ölkələrdən gələn axtarış-xilasetmə personalının sayı da 8 mini ötüb. Bunlardan başqa, yerli təhlükəsizlik və yerli dəstək qruplarına təyin edilmiş personalla birlikdə sahədə çalışanların sayı 166 mini keçib.

Yunanıstan və Fransanın dostluq jesti

Zəlzələ Türkiyəyə dostunu və düşmənini də bir daha tanıtdı. Qonşu Yunanıstanın atdığı addımlar qardaş ölkədə xüsusilə təqdir olunur.

Qeyd edək ki, Yunanıstanla Türkiyə arasında siyasi münasibətlər normal deyil. Yunanıstanın neytral adaları silahlandırması Türkiyənin kəskin etirazına səbəb olub. Buna baxmayaraq, Yunanıstan hökuməti Türkiyəyə Azərbaycandan sonra ilk yardım göndərənlərdən oldu. Hətta yunan mediası zəlzələ ilə bağlı "Hamımız türkük" alt yazısı olan foto da paylaşıb. Fransanın ilk gündən göndərdiyi yardımlar da diqqətdən qaçmır. Beləliklə, zəlzələ siyasi qarşıdurmaları müvəqqəti olaraq arxa plana keçirib, insanları xilas etmək hamının əsas amalına çevrilib. Ürək istər ki, yardımlaşma və humanitar dəstək siyasi münasibətlərdəki gərginliyi aradan qaldırsın. Ancaq bunun üçün Afina və Paris siyasi müstəvidə Türkiyə əleyhinə siyasətlərini korrektə etməlidirlər. Belə olarsa, Ankaranın cavabı özünü gecikdirməyəcək.

Türkiyənin iqtisadi artım tempi 2 faiz azala bilər

Dağıdıcı zəlzələ təbii ki, Türkiyə iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. İlkin qiymətləndirmələrə görə, zəlzələ Türkiyənin iqtisadi artım tempini 2 faiz azalda bilər. Buna baxmayaraq, əksəriyyət 1999-cu ildə olduğu kimi Türkiyənin bu sınaqdan da zəifləmədən çıxacağına əmindir. 1999-cu il zəlzələsi Türkiyə iqtisadiyyatının 35 faizinin formalaşdığı ərazilərdə baş vermişdi, son zəlzələ isə qardaş ölkə iqtisadiyyatının 10 faizinin cəmləşdiyi coğrafiyadadır. Əgər 1999-cu il zəlzələsi daha çox sənayeləşmiş zonada idisə, bu dəfə nisbətən az sənayeləşmiş ərazini əhatə edir. Nəhayət, Türkiyə 1999-cu ilə nisbətən indi daha güclü iqtisadiyyata malikdir. Əgər 1999-cu ildə Türkiyədə ÜDM-in həcmi 256 milyard dollarıydısa, indi bu rəqəm 819 milyarddır. Bu baxımdan, qardaş ölkənin fəlakətin nəticələrini aradan qaldırma gücündə olduğu qənaətinə gəlmək olar.

Büdcə gəlirlərinin 10,4 milyard dollar azalacağı proqnozlaşdırılır

Lakin Qərbdə hesab edirlər ki, zəlzələnin bölgəyə iqtisadi təsiri böyük olacaq. Fitch reytinq agentliyi fəlakətin 4 milyard dollardan çox iqtisadi itkilərə səbəb ola biləcəyini bildirir. Agentlik açıqlayır ki, mövcud vəziyyətdə iqtisadi itkiləri təxmin etmək çətindir, lakin onun 2 milyard dolları keçəcəyi, 4 milyard dollara çatacağı ehtimalı böyükdür. "Bloomberg" isə zəlzələlərin Türkiyə iqtisadiyyatına 84 milyard dollar və ya ÜDM-in təxminən 10 faizi həcmində ziyan vurduğunu yazıb. Onların yanaşmasına görə, Türkiyədə yaşayış binalarına dəyən ziyan 70,8 milyard dollar təşkil edib.

Zəlzələlərin nəticələri həm də Türkiyə büdcəsinin gəlirlərinin 10,4 milyard dollar azalmasına gətirib çıxarıb. Əmək itkiləri Türkiyə iqtisadiyyatına 2,9 milyard dollar ziyan vuracaq. Türkiyə zəlzələnin nəticələrini aradan qaldırmaq üçün xarici borclanmaya da getməli ola bilər. Hazırda ölkənin xarici borcunun ÜDM-ə nisbəti 34 faizdir. Beynəlxalq ekspertlər bu rəqəmin ilin sonunda 43 faizə yüksələcəyini gözləyir. Ekspertlərin fikrincə, zəlzələnin iqtisadiyyata təsirinin tam aradan qaldırılması illər çəkəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1630   Tarix: 19 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy

11 oktyabr
.

Gömrükdən 67 piton keçirənlər saxlanıldı

Türkiyənin Ədirnə vilayətindəki Kapıkule gömrük-keçid məntəqəsində ölkəyə qanunsuz gətirilməsinə cəhd edilən 67 canlı piton aşkarlanıb. yerli mediaya istinadla xəbər verir ki, şübhəli şəxslərə ümumilikdə 948 min 739 (32 735 manat) lirə inzibati cərimə tətbiq olunub. Bildirilib ki, vəhşi təbiətə təhlük

11 oktyabr
.

Atilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Axşam.az-ın məlumatına görə, Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqların

11 oktyabr
.

Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri oktyabrın 12-də müharibənin başlanmasından bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini təsdiqləmək niyyətindədirlər. "Report" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsind

11 oktyabr
.

Türk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını

11 oktyabr
.

Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb

ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"

11 oktyabr
.

Tramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar

ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Vaşinqtonla Avropadakı müttəfiqləri arasında diplomatik gərginliyi artırıb. Materialda qeyd olunur ki, qərar məhkəmənin keçmiş hakimlərində

11 oktyabr
.

ABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlər

11 oktyabr
.

Tramp seçkilərdən əvvəl İrana zərbələr endirmək qərarını dəyişə biləcəyini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən əvvəl İrana genişmiqyaslı zərbələr endirməmək planına yenidən baxa biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, İrana seçkilərdən əvvəl zərbələr endirilməsinə icazə verilməsi barədə qərarını dəyişə biləcəyi il

11 oktyabr