Türkiyədə zəlzələdən sonra axtarış-xilasetmə işlərinin başa çatdığı şəhərlər açıqlanıb
Kahramanmaraş və Hatay istisna olmaqla digər şəhərlərdə axtarış-xilasetmə işləri başa çatıb.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer brifinqdə açıqlayıb.
"İllərin böyük qismində axtarış-xilasetmə işləri başa çatıb. Hər gün canlı bir qardaş-bacımıza yetişmək ümidi ilə fəaliyyətimizi davam etdiririk", - o vurğulayıb.
Qeyd edək ki, zəlzələnin fəsadları ölkənin 11 şəhərini – Adana, Adıyaman, Diyarbakır, Elazığ, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye və Şanlıurfanı əhatə edib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 40 689 nəfər dünyasını dəyişib.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1101 Tarix: 19 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərdoğan Türkiyənin YENİ HƏDƏFİNİ AÇIQLADI
"Türkiyəni süni intellekt texnologiyaları üzrə qabaqcıl dövlətlər sırasına çıxaracaq yeni fəaliyyət planının indidən uğurlu olmasını diləyirəm". "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Dövlət başçısı qeyd edib ki, sün
13 iyunÇində ABŞ-li alim casusluq ittihamı ilə saxlanılıb
Çində ABŞ vətəndaşı Yu Min Zin casusluq və milli təhlükəsizliyə təhdid şübhəsi ilə saxlanılıb. xəbər verir ki, bu barədə "Reuters" Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Szyanın brifinqdə verdiyi açıqlamasına əsasən məlumat yayıb. Xanım Szyan saxlanılmanı təsdiqləyərək, jurnalistləri
14 iyun"Reuters": BƏƏ İranın dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın əvvəllər dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirməyə razılaşıb. "Report" xəbər verir ki, "Reuters" bu barədə mənbələrə istinadən məlumat yayıb. İki mənbənin məlumatına görə, BƏƏ ümumilikdə 10 milyard dollar dəyərində səhmləri aktivləşdirməy
14 iyunŞimali Koreya nüvə silahından imtina etməyəcək
Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə silahından imtina etməsi mövzusu gündəlikdən tamamilə və həmişəlik çıxarılıb. "Report" xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsinin Koreya Mərkəzi Teleqraf Agentliyi (CTAK) tərəfindən dərc olunmu
14 iyunPentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb
ABŞ-nin Müharibə Nazirliyi uçan naməlum obyektlər - anomal hadisələr haqqında üçüncü dəfə məxfilikdən çıxarılan materialları yayımlayıb. "Report"un məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell açıqlama verib. "Müharibə Nazirliyi üçüncü dəfə naməlum anomal hadisələ
13 iyunStarmer: İstefaya getməyəcəm, ölkəni yeni seçki xaosuna sürükləmək olmaz
Böyük Britaniya hökumətinin başçısı Kir Starmer ölkəni yeni seçki xaosuna sürükləməmək üçün istefa vermək niyyətində olmadığını bəyan edib. "Report"un məlumatına görə, baş nazir bunu BBC-yə müsahibəsində bildirib. "İstefaya getmək niyyətində deyiləm. Biz ölkəni lider seçkiləri xaosun
14 iyunAİ Ukrayna və Moldova ilə danışıqların başlamasını razılaşdırıb
Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna və Moldova ilə Aİ-yə üzvlük üzrə danışıqların birinci klasterinin açılmasını razılaşdırıb. "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin birgə bəyanatında bildirilib
14 iyunRusiyada dron hücumundan sonra yanacaq anbarları yanıb
Rusiyanın Yaroslavl vilayətində dronlar yanacaq saxlamaq üçün nəzərdə tutulmuş sənaye obyektlərini vurub, nəticədə yanğın baş verib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu regionun qubernatoru Mixail Yevrayev açıqlayıb. "Pilotsuz uçuş aparatlarının əksəriyyəti vurulub
14 iyunUlduzlar alleyasında artıq Bekhemin də adı var
Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem "Şöhrət Xiyabanı"nda ulduza layiq görülən məşhurlar siyahısında yer alıb. Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Təntənəli mərasim ABŞ millisinin 2026-cı il futbol üzrə dünya çempionatındakı ilk oyunu ərəfəsind
14 iyun