Ramiz Novruzun vəfatı ilə bağlı nekroloq imzalandı
Mədəniyyət Nazirliyi Xalq artisti Ramiz Novruzun vəfatı ilə bağlı nekroloq yayıb.
"Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan mədəniyyətinə, ölkəmizin teatr ictimaiyyətinə ağır itki üz verib. Görkəmli sənətkar, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruz 67 yaşında vəfat edib.
Ramiz Qəvvam oğlu Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonu Səmədabad qəsəbəsində anadan olub.
1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alıb. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət teatrına göndərilib. O, 1981-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub.
Ramiz Novruz xalqımız üçün ağrılı-acılı mövzularda bir neçə pyes yazıb. İlk pyesi olan "At ilinin birinci ayı" adlı 20 Yanvar hadisələrindən bəhs edən pyesi 1992-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1996-cı ildə yazdığı "Hələ sevirəm deməmişdilər" pyesi 2002-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.
Bundan əlavə Eduardo de Filipponun "Silindr" əsərini rus dilindən Azərbaycan dilinə tərcümə edərək rejissor kimi uğurla tamaşaya qoyub, həmçinin bu əsərdə Atilio rolunu ifa edib.
Beynəlxalq teatr festivallarının mükafatçısı olub.
Ramiz Novruzun yaradıcılığının bir qolunu kino fəaliyyəti təşkil edir. Görkəmli sənətkar "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov, "Cavad xan" filmində general Sisyanov və s. bir sıra filmlərdə müxtəlif yaddaqalan obrazlar yaradıb.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Allah rəhmət eləsin!"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xalq artisti Alim Qasımovun 69 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə
14 avqust"Odissey"in kitab satışları 1400 faiz artdı
Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri
31 iyul"Serial bəzi gənclər üçün pis örnəkdi"
Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar
14 avqustPolad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib
26 avqustŞükufə Yusupovanın vəziyyəti necədir?
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu
31 avqustFəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto
Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb
17 avqust"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
1 oktyabr