"Reklam üçün məni seçdi, məhkəmədə cavab verəcəksən..." - Xalq artisti həkimi ittiham etdi

"Reklam üçün məni seçdi, məhkəmədə cavab verəcəksən..." - Xalq artisti həkimi ittiham etdiSonxeber.az Xalq artisti Flora Kərimova ilə müsahibəni təqdim edir:

- Flora xanım, öncə sizi salamlayıram. Uzun müddətdir sizi nə efirlərdə, nə də ki, saytlara müsahibə verərkən görürük. Bu nə ilə bağlıdır?

- Bu həm səhhətimlə, həm də həvəsimlə bağlıdır. Bir az həvəs, bir az da səhhət. Türkiyədəki zəlzələ də mənə çox pis təsir edib. Elə bir azərbaycanlı tanımıram ki, bu hadisələr ona mənfi təsir etməsin. Canımız, qanımız olan bir ölkənin başına bu cür oyun gələndə, adamın ürəyindən qara qanlar axır. Bütün telekanallardan Novruz çəkilişlərinə dəvət alsam da, qatıla bilməmişəm. Sizin zənginizdən öncə də məni dəvət etdilər. Dedim ki, vaxt verin düşünüm, həvəsim olsa gələrəm. Sözün düzünü deyim ki, həvəsim yoxdur.

- Həqiqətən də gözlərimiz hər zaman sizi axtarır.

- Oğlum, yadımdadır, sənətin qaynar vaxtlarında sənət də, sənətkarlar da var idi. Kimdənsə öyrənib, kiməsə öyrətmək həvəsi var idi. İndi sənət çox cılızlaşıb, həyat mürəkkəbləşib. Vallah mən o müğənnilərdə də bir təqsir görmürəm. Hamının başı ailəsinə qarışıb ki, onları dolandırsın. Ona görə də çətin olub. Gərək ya sənət seçəsən, ya da ki, ailə dolandırmaq yolunu. Düzdür, bu mənə aid deyil. Çünki mən oğlumla dövlətimizin himayəsindəyəm. Amma bununla belə də adamın ürəyi ağrıyır. Əvvəllər sənət yarışı var idi. İndi isə dedi-qodu, mərdimazarlıq, qeyri-peşəkarlıq vaxtıdır. Bacarmayan şəxs işdən bərk yapışır, problemlər də bundan sonra başlayır.

- Flora xanım, gözlərinizdə yaranan problemlə bağlı olaraq kök hüceyrə uzmanı Sevinc Heydərovanı məhkəməyə vermisiniz. Gözlərinizdəki problem çox ciddidir?

- Bəli, oğlum. Gözlərimdə assimmetriya yaranıb. Bundan başqa ptoz, yəni yuxarı göz qabağının sallanması baş verib. Tikişdən sonra göz qapaqlarının bir tərəfi sallanıb.

Onu məhkəməyə vermişəm, sona qədər də üstündə dururam. Sevinc Heydərova qeyri-peşəkar adamdır. Onun cərrahiyyə əməliyyatı etməyə ixtiyarı yoxdur. Mənim öz sənətim ginekoloqdur. Əməliyyat da etmişəm, bu işdən də başım çıxır. Mənim kömək etdiyim insanlar artıq Azərbaycanda da yaşamırlar. Uşaq qəbul edəndə Allahın köməyi ilə ona nəfəs verirdim. Sevinc Heydərova bunu bacarmır, bu onun peşəsi deyil. O sadəcə yaxşı pul qazanmaq istəyir. Heç cərrah da deyil, fizioloqdur. Hər şeyə əl atdı. Sonra da əl atdı kosmetik cərrahiyyəyə. Çox baha pul alır, əlinə düşəni də şikəst edir. Sevinc Heydərovanın yanında onu televiziyada reklam edənlər də durmalıdır. Çünki bizlər reklama inanırıq. O qədər tərifləyirlər ki, qazanırsınız, amma düşünmürsünüz ki, sizə inananlar bədbəxt olur?! Sevinc Heydərovanı əstağfurullah Allah edib qoydular ki, nədir-nədir kimsə reklamdan qazanacaq.

Fizioloq olan bu şəxs kök hüceyrə etdi, sonra gəldi cərrahiyyəyə. Sənin cərrahiyədə nə işin var?! Cərrah saatsaz kimi dəqiq olmalıdır. Sevinc, sən reklama görə məni seçdin?! Bəli, onun reklamına tutarlı ad lazım idi. Siz mənim halımı görsəniz oturub ağlayarsınız. Ay Sevinc, bilmirsənki sən bu işdə məsuliyyət daşıyırsan?! Sənin ümumiyyətlə bu kök hüceyrədə qandığın nəsə var?! Kök hüceyrə artıq İtaliya, Amerika ölkələrində qadağadadır. Bu indi ayılıb, doğrayıb biçir. Bir hüceyrəyə 3500 azn pul götürürsən! Bu yaxınlarda da elan edəcəm ki, kim onun etdiyi əməliyyatlardan ziyan görübsə mənimlə əlaqə saxlasın. Nahaq yerə düşünürsən ki, kimsə sənə köməklik edəcək, himayədarlıq edəcək. Mən də mənəm! Ona görə yox ki, mən Flora Kərimovayam. Ona görə ki, etdiyin iş göz qabağındadır.

- Sənətkarlar çox duyğusal olurlar. Bu hallar onlara ikiqat çox pis təsir edir. Yəqin ki, həmçinin də sizə?

- Bu gün Atv kanalından da zəng etdilər, neçə vaxtdır əzizim Nanə məni verilişinə dəvət edir, "yox" deyirəm. Göz göz deyil ki, bu cür efirə çıxım! Bir müddət əvvəl eynəklə bir qəhrəmanımız haqda verilişə çəkildim. Buna məcbur idim. Rejissor dedi ki, "Flora xanım, eynəyinizi bəlkə çıxarasız?" Dedim ki, əgər eynəyimi çıxarsam, gərək Azərbaycandan çıxım gedim. Bütün verilişlərdən imtina edirəm, sən Sevinc utanmırsan?! Kök hüceyrəni əgər 3500-ə edirsənsə, o zaman mən gözlərim üçün səndən nə qədər almalıyam?! Onda mən səni mələtdirməliyəm də! Özü də mənə deyir ki, "gəlin sizə yenidən əməliyyat edim". Sən mənə əvvəldən nə etmisən ki, təzədən nəsə edəsən?! Bir dəfə yanmışam, bir dəfə də yanım?! Sənin adını çəkən artıq tövbə edir! Onu reklam edən adamla mən çörək kəsmişəm. Mən onu çox istəyirəm, onun birinci müsahibi olmuşam. Həmin şəxsin adını çəkmək istəmirəm. Ondan keçə bilmirəm, amma yenə də Sevinc məhkəmədə mənə cavab verəcək. Hər dəfə güzgüyə baxanda, hər dəfə efirlərdən zəng edib məni dəvət edəndə ürəyim dağa dönür! (Yenisabah)


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2919   Tarix: 05 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş

29 iyun 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021
.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i

30 iyun 2021
.

"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış

Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub". xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həya

22 avqust 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021
.

Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO

Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj

26 avqust 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021