NASA astronavtlar üçün yeni geyimlər TƏQDİM ETDİ - FOTO

NASA astronavtlar üçün yeni geyimlər TƏQDİM ETDİ - FOTOBəşəriyyətin Aya qayıtması üzərində çalışan NASA, nəhayət, astronavtların bu mühüm missiyada geyinəcəkləri skafandrları təqdim edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2024-cü ilə qədər Aya astronavt göndərməyi hədəfləyən NASA, bir müddət əvvəl yeni kosmik geyimlərin hazırlanmasında gecikmələr olduğu üçün missiyanın qeyd olunan tarixlərdə baş tutmaya biləcəyini açıqlayıb.

Ancaq kosmik agentliyi nəhayət, bu problemin öhdəsindən gədib. Hyustonda yerləşən Axiom Space tərəfindən hazırlanan, narıncı və mavi rənglərdən də istifadə edilən qara skafandr, astronavtların orbitdə elmi təcrübələr aparmasına kömək edəcək xüsusiyyətlərə malikdir.
NASA astronavtlar üçün yeni geyimlər TƏQDİM ETDİ - FOTOBu da diqqət çəkir ki, əvvəlkilərdən fərqli olaraq, kostyum qadın astronavtları nəzərə alaraq hazırlanıb. Yeni dizaynda olan dəbilqə geniş baxış sahəsi təmin edir ki, bu da astronavtlara kölgəli kraterləri daha yaxşı görməyə imkan verəcək. Yüksək dəqiqlikli (HD) kamera üçün kapotun içərisində hətta montaj yerləşdirilib.

Astronavtlar Ay missiyası üçün yeni kostyumlarını geyinməzdən əvvəl Axiom Space oxşar şərait yaradaraq skafandrı sınaqdan keçirəcək.

NASA-nın Hərəkətdənkənar Fəaliyyət və İnsan Səthi Mobilliyi Proqramının Meneceri Lara Kearney deyib:

"NASA Ayda gəzinti missiyasını mümkün qədər təhlükəsiz, effektiv və səmərəli şəkildə yerinə yetirmək üçün sənaye imkanlarından və artan kosmik iqtisadiyyatın təcrübəsindən istifadə edir".
NASA astronavtlar üçün yeni geyimlər TƏQDİM ETDİ - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 841   Tarix: 17 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

7,4 maqnitudalı zəlzələdən sonra Kolumbiyada itkinlərin axtarışına başlanıldı

Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində dağılan binaların dağıntıları altında qala biləcək insanların axtarışına başlanılıb. xəbər verir ki, bu barədə "Caracol" telekanalı məlumat yayıb. * Kolumbiyada güclü zəlzələ: Hava limanları fəaliyyətini dayandırdı. Hökumət orqanlarının məlumatın

10 avqust
.

Moldova Rusiyadakı səfirini geri çağırdı

Moldovanın Xarici İşlər Nazirliyi Kroçmaz bölgəsində baş verən hadisəni, pilotsuz təyyarənin düşərək partladığını qətiyyətlə pisləyib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi bəyanat yayıb. "Bu hadisə Moldova Respublikasının suverenliyinin və ərazi bütövlüyünün ciddi şəkildə pozulmasıdı

10 avqust
.

İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı - Foto

İstanbulda Lətifə İbadova adlı azərbaycanlı qadın yaşadığı evdə ölü tapılıb. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis tərəfindən aşkarlanan 57 yaşlı qadının meyiti üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Bununla belə, evdəki masanın üzərində narkotik vasitənin tapıldığ

10 avqust
.

Şimali Koreya Yapon dənizinə raket atdı

Şimali Koreya şərq istiqamətində Yapon dənizinə naməlum raket atıb. xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat verib. Əvvəlki buraxılış Şimali Koreya ordusu Yapon dənizinə qısa mənzilli raket atdığı zaman baş vermişdi. Raket sınağı Cənubi Koreya və ABŞ-ın gələn həftə illik mühüm birgə hərbi təlimlərin

12 avqust
.

Rusiya 500-dən çox dronu məhv etdi

Gecə saatlarında Ukrayna ordusunun bölmələrini yanacaqla təmin edən Odessa limanındakı yanacaq-sürtkü bazası yüksək dəqiqlikli hava əsaslı silahlar və uzaqmənzilli zərbə dronları ilə vurulub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat yayıb. Bundan əlavə, Hava Hücumundan Müdafiə Qüvvələr

12 avqust
.

Fransada restorana tez gedən cütlük lotereyada 10 milyon avro qazandı

Fransanın Dordon bölgəsində yaşayan ailə cütlüyü təsadüfən "Lotto" lotereyasında 10 milyon avro məbləğində böyük uduş əldə edib. xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb. Bildirilib ki, onlar restorana təyin olunmuş vaxtdan 20 dəqiqə əvvəl gəliblər və vaxt öldürmək üçün qonşu köşkdə

10 avqust
.

Tesla ABŞ-da 20 mindən çox avtomobili geri çağıracaq

Amerika avtomobil istehsalçısı Tesla, ABŞ-da həddindən artıq parlaq yaxın işıq faralarına görə 20.349 avtomobili geri çağırır. xəbər verir ki, bu barədə Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyas məlumat verib. Geri çağırış bəzi Tesla Model 3 və Model Y avtomobillərinə təsir göstərir. Artan farala

11 avqust
.

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6300-ü keçib

Venesuela parlamentinin spikeri Xorxe Rodrigez iyunun 24-də baş verən zəlzələlərdə ölənlərin sayının 6301 nəfərə çatdığını bildirib. xəbər verir ki, 6462 nəfər xilas edilib. Hazırda xəstəxanalarda 73 mindən çox yaralı müalicə alır. 31.336 yaşayış binası yaşayış üçün yararlı hesab edilib. [hh4-unikal

11 avqust
.

Foreign Policy: "Avropada istilər və meşə yanğınları iqtisadiyyata ciddi zərbə vurur"

Avropada bu yay müşahidə olunan rekord istilər və genişmiqyaslı meşə yanğınları təkcə ekoloji problem yaratmır, həm də qitənin enerji sistemi, kənd təsərrüfatı və iqtisadiyyatı üçün ciddi təzyiq formalaşdırır. Foreign Policy-nin 10 avqust tarixli təhlilində bildirilir ki, Avropanın müxtəlif bölgələrind

10 avqust