Azərbaycanda 2 yatağın mineral ehtiyatları yenidən qiymətləndirilib

Azərbaycanda 2 yatağın mineral ehtiyatları yenidən qiymətləndirilib"Daşkəsən" dəmir filizi sahəsində yerləşən "Şimal-qərb" və "Cənub-şərq" yataqlarının cəmi ehtiyatları 117,6 milyon tondan 184,97 milyon tona çatdırılıb.

Sonxeber.az "AzerGold" QSC-yə istinadən xəbər verir ki, müasir standartlara uyğun olaraq aparılmış mineral ehtiyatların yenidən qiymətləndirilməsi nəticəsində yerin təkində olan resurslarda 67,37 milyon ton artım əldə edilib.

"Bu iki yataq üzrə Böyük Britaniyanın beynəlxalq təcrübəli məsləhətçi "Micon International" şirkəti ilə birgə müasir texnologiyanın tətbiqi ilə 21 illik istismar planı hazırlanıb. Bununla belə, istismar planının 30 ilədək artırılması məqsədilə "Daşkəsən" dəmir filizi sahəsində 5 yataq üzrə kəşfiyyat-tədqiqat işləri davam etdirilir", - məlumatda deyilir.

Qeyd edilən istismar planına uyğun olaraq, 2025-2026-cı illər aralığında dəmir filizi istehsalının təşkili çərçivəsində 2022-ci ildən filiz süxurlarına çatmaq üçün üstaçma işlərinə start verilib, həmin ilin sonunadək 350 min ton filiz çıxarılaraq filiz anbarında toplanıb. Cari il ərzində isə istismar planına əsasən, hədəf 1,66 milyon ton həcmində filizin çıxarılmasıdır.

"Dəmir filizinin istehsal edilməsi ilə ölkədə təkrar emal edilən metal qırıntılarının yüksək keyfiyyətli xammalla əvəzlənməsi, metallurgiya sənayesinin idxaldan asılılığının azaldılması, həmçinin ixracyönümlü polad məhsullarının hazırlanması üçün artan tələbatın ödənilməsi hədəflənir. Bu məqsədlə iqtisadi cəhətdən səmərəli və ən optimal texnoloji həllərlə yeni istehsal zəncirinin yaradılması nəzərdə tutulur. İstehsal zəncirinə 67 % dəmir tərkibli daha keyfiyyətli konsentratın istehsalı, növbəti mərhələdə pellet və 95 % dəmir tərkibli birbaşa reduksiya olunmuş dəmir (DRI - Direct Reduced Iron) və isti brektəşdirilmiş dəmirin (HBI - Hot Briquetted Iron) istehsalı planlaşdırılır", - "AzerGold" bildirir.

Məlumatda deyilir ki, "AzerGold"un törəmə şirkəti olan "Daşkəsən Dəmir Filiz" (DDF) MMC tərəfindən Azərbaycanın və regionun ən böyük dəmir filizi mədənlərinin istismarı üzrə uğurlu fəaliyyət aparılır. "Şimal-şərq", "Şimal-qərb", "Cənub-şərq", "Cənub-qərb", "Dəmirov", "Dardərə" yataqlarını əhatə edən "Daşkəsən" dəmir filizi sahəsində ən qısa müddətdə istismar işlərinə başlamaq üçün aparılmış təhlillər ötən il yekunlaşdırılıb. Təfərrüatlı təhlillərə uyğun olaraq, sadalanan yataqlardan "Şimal-qərb" və "Cənub-şərq" üzrə dəmir filizlərinin açıq üsulla, digərlərindən isə şaxta üsulu ilə çıxarılmasının mümkün olduğu müəyyənləşdirilib. Açıq hasilat üsulundan fərqli olaraq, şaxta üsulu ilə istismarın daha mürəkkəb və uzun sürən proses olduğu nəzərə alınaraq, daha tez nəticələrin əldə edilməsi məqsədilə birinci mərhələdə "Şimal-qərb" və "Cənub-şərq" yataqları üzrə fəaliyyətə başlanılıb.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1864   Tarix: 18 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Prezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmr

7 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr