Azərbaycanda DEVALVASİYA təhlükəsi... - Həyəcan artır

Azərbaycanda DEVALVASİYA təhlükəsi... - Həyəcan artırAzərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən, bu il fevralın 1-nə milli valyuta - manatın dövretmə sürəti 4,02 bənd təşkil edib. Bu göstərici 2023-cü ilin yanvarın 1-i ilə müqayisədə 0,51 bənd, 2022-ci ilin fevralın 1-nə nisbətən isə 0,79 bənd azdır.

Manatın dövretmə sürətinin aşağı düşməsi devalvasiyaya səbəb ola bilərmi?

İqtisadçı Elman Sadıqov Musavat.com-a bildirib ki, monetar siyasətdə manatın dövretmə sürətinin öz formulları var. Manatın dövretmə sürəti texniki məsələdir.

Ekspert qeyd edib ki, manatın dövretmə sürəti onun il ərzində bir neçə dəfə əl dəyişdirməsidir:

"Manatın dövretmə sürəti daha çox iqtisadi aktivlikdən asılıdır. Məsələn, maliyyə bazarlarının inkişaf sürəti, mövsüm amili (turizm, kənd təsərrüfatı dövründə bu aktivlik artır, qışda isə azalır). Burada pul kütləsinin həcmi məsələsi, istehsal, idxal-ixrac məsələləri də var. İqtisadiyyatda durğunluq başladıqda manatın dövretmə sürəti aşağı düşür. Bu, ilk növbədə iqtisadi aktivliyin aşağı olmasının, əhalinin xərcləməkdən qorxmasının göstəricisidir. Yəni əhalinin müəyyən gözləntiləri olur. Məsələn, böhran gözləntisinə görə əhali istehlakı azalda bilər. Nəticədə iqtisadi aktivlik aşağı düşə bilər. Manatın dövretmə sürətinin aşağı düşməsi iqtisadiyyat üçün müsbət amil deyil".

İqtisadçı xatırladıb ki, 2015-ci ildə neftin qiymətinin düşməsi nəticəsində əhali dollar alışını artırdı, gözləmə mövqeyinə keçdi:

"Nəticə etibarilə manatın dövretmə sürəti aşağı düşdü. Lakin bu o demək deyil ki, manatın dövretmə sürəti aşağı düşdü deyə devalvasiya oldu. O zaman devalvasiyanı şərtləndirən amillər var idi. Bunun da əsas göstəricisi tədiyə və ticarət balansındakı mənfi saldo idi.

Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb. Amma bu cüzi azalmanın da müəyyən siqnalları var. Postpandemiya dövründə sürətli artım olmalı idi. Ona görə də manatın dövretmə sürətinin azalma səbəbi araşdırılmalıdır. İnflyasiya artdıqca, manatın dövretmə sürəti artır. Əgər manatın dövretmə sürəti artan inflyasiyaya nisbətən aşağıdırsa, o zaman bu, ciddi təhlil tələb edir. Devalvasiya manatın dövretmə sürətindən asılı deyil. Nə qədər ki, ticarət balansı müsbətdir, devalvasiya qorxusu, gözləntisi yoxdur. Neftin qiymətinin kəskin çöküşü ehtimalı çox aşağıdır. Əgər biz cəmiyyətdə süni ajiotaj yaradarıqsa, devalvasiya olacaq deyib süni şəkildə əhalini dollara yönləndirəriksə bu, manata olan təzyiqi artıra bilər. Amma hazırda istər strateji valyuta ehtiyatları, istər Mərkəzi Bankın ehtiyatları, istərsə də ticarət balansında müsbət saldo, neftin hazırkı qiymətləri bizə devalvasiya olacaq deməyə imkan vermir".

Elman Sadıqov vurğulayıb ki, hökumət gedişatı ciddi şəkildə izləyir:

"Burada önəmli olan məsələ qeyri-neft sektorundakı canlanmanı daha da sürətləndirməkdir. Biz əvvəl-axır buna getməliyik. Neft qiymətləri heç də həmişə 100 dollar ətrafında qalmayacaq. Bu qiymətlər bizi ciddi şəkildə həyəcanlandıracaq. Amma bu həyəcanlanma qeyri-neft sektorunda müəyyən canlanmanı şərtləndirəcək. Neft qiymətlərinin yüksək saxlanması həm də alternativ enerji mənbələrinin inkişafı deməkdir. Bu, iqtisadiyyatın qanunudur".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 4338   Tarix: 19 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Prezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmr

7 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr