FED-in yeni qərarından sonra manatı nə gözləyir? - FOTO

FED-in yeni qərarından sonra manatı nə gözləyir? - FOTO"ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin 4,75 faizdən 5,0 faizədək artırılması ilə bağlı qərar qəbul edib. Birləşmiş Ştatlarda uçot stavkası 2007-ci ildən bəri ən yüksək həddədir".

Bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov özünün "Facebook" hesabında yazıb.
FED-in yeni qərarından sonra manatı nə gözləyir? - FOTOOnun sözlərinə görə, FED artım qərarını ABŞ-də inflyasiya səviyyəsinin gözləniləndən daha yüksək olması ilə əlaqələndirib:

"Belə ki, ABŞ-də illik 6,0 faiz inflyasiya dərəcəsi qeydə alınıb. İnflyasiyanın əvvəlki ilə nisbətən səngiməsi müşahidə olunsa da, bu, FED-in hədəflədiyi 2,0 faizlik intervaldan hələ də xeyli uzaqdır.

Bununla yanaşı, FED ardıcıl dərəcə artımları kredit bazarına və eləcə də bank sektoruna neqativ təsir göstərməkdədir. Amma, FED istehlak qiymətləri stabilləşənədək hazırkı siyasətini davam etdirmək niyyətindədir. Son artımla ABŞ-də borclanma fazini yenidən yüksəldəcəyi gözlənilir və bütövlükdə son 1 ildə ABŞ-də kredit faizlərində kəskin artımlar müşahidə olunur. Belə ki, son 1 ildə avtomobil kreditləri üzrə faizlər 3,86 faizdən 6,48 faizə, kredit kartları üzrə illik faiz dərəcəsi (APR) 16 faizdən 20 faizə, tələbə kreditləri isə 3,73 faizdən 4,99 faizədək yüksəlib. Göründüyü kimi, istehlak bazarında stabilliyə nail olmağa hədəfləyən FED-in uçot dərəcəsi ilə bağlı qəbul etdiyi qərarlar əslində ölkənin maliyyə sektoru üçün hiss edilən çətinliklər yaradıb. ABŞ üçün heç də xarakterik olmayan yüksək faizlər fonunda bank sektorunda da volatillik artır. Bu gələcəkdə sektorda toksit aktivlərin həcminin artmasına gətirib çıxara bilər.

Dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara ən azı psixoloji təsir edir. Azərbaycan Mərkəzi Bankının ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə, artıq xarici valyuta alıcılarının sayı artmaqdadır. Aydındır ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir.

Xatırladaq ki, Azərbaycanda hələ də üzən məzənnə rejiminə keçilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti aylarda da manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2492   Tarix: 23 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Prezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmr

7 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr