NATO "TikTok"u əməkdaşlarına qadağan etdi
NATO təhlükəsizlik səbəbi ilə işçilərinə "TikTok" sosial şəbəkə tətbiqini iş cihazlarına yükləməyi qadağan edib.
Bu barədə NATO nümayəndələri məlumat veriblər.
"Kibertəhlükəsizlik NATO üçün əsas prioritetdir. NATO xidməti istifadə üçün proqramların seçilməsi ilə bağlı ciddi tələblər irəli sürür. NATO-nun təqdim etdiyi cihazlarda "TikTok" mövcud deyil", - deyə alyansın yüksək səviyyəli rəsmisi CNN telekanalına bildirib.
CNN həmsöhbətlərinin sözlərinə görə, NATO rəhbərliyi cümə günü səhər saatlarında öz əməkdaşlarına bildiriş göndərib. Məktubda "TikTok"la bağlı rəsmi qadağa əksini tapıb. Baxmayaraq ki, "TikTok" tətbiqi əvvəllər də daxili texniki məhdudiyyətlər səbəbindən alyansın cihazlarında istifadə olunmurdu.
Qeyd edəki ki, bundan əvvəl Avropa Komissiyası, Avropa İttifaqı Şurası və Avropa Parlamentinin əməkdaşlarına "TikTok" tətbiqinin ofis cihazlarına yüklənməsi qadağan edilmişdi./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 792 Tarix: 01 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rus ordusu bu ərazini tutdu
Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
9 oktyabrİstanbulda bina çökdü: saxlanılanlar var
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala
8 oktyabrBu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk
Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığ
8 oktyabrTramp: "Tayson döyüşmək istəmədiyim yeganə şəxsdir" - Video
ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir. Bu barədə "Fox News"a istinadən xəbər verir. Keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində nec
10 oktyabr