Bolqarıstanda təbii qaz Azərbaycandan gələn yanacaq hesabına ucuzlaşıb
Bolqarıstanda təbii qaz aprelin 1-dən ucuzlaşıb.
Belə ki, ölkənin Enerji və Su Tənzimləmə Komissiyası qazın aprel ayında qiymətini əlavə ödənişlər olmadan 1 MVt/saat üçün 98,16 lev (təxminən 49,8 avro) məbləğində təsdiqləyib. Halbuki mart ayında bu, 106,74 lev (təxminən 53,37 avro) idi.
Bu barədə sözügedən komissiyadan məlumat yayıb.
"Azərbaycan qazının qiyməti, Azərbaycanla mövcud uzunmüddətli müqaviləyə əsasən, Bolqarıstan-Yunanıstan interkonnektoru vasitəsilə tədarük edilən qaz qarışığının maya dəyərinin hesablanmasına daxil edilib. Bu həcmlər ölkə istehlakının təxminən 51,9 %-ni əhatə edir və əlverişli qaz qiymətlərinə nail olmaq üçün mühüm önəm daşıyır", - Enerji və Su Tənzimləmə Komissiyasının məlumatında bildirilib.
Komissiya sədri İvan İvanov qeyd edib ki, təbii qazın qiymətinin azalması ilə bağlı durum davam edərsə, növbəti qiymət dövründə istilik enerjisinin dəyəri eyni qalacaq.
"Təbii qazın qiymətinin ucuzlaşmasının davam etməsi bütün istehlakçılar üçün əlverişli amildir. Qazın qiymətində azalma tendensiyası davam edərsə, o zaman növbəti qiymət dövrü üçün istilik enerjisinin maya dəyərinin dəyişməz qalmasına şərait yaradılacaq. Bununla bağlı yekun qərar ESTK tərəfindən iyulun 1-də qəbul ediləcək", - o vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndəriləcək
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Qaynarinfo "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, 4 vaqondan ibarət, çəkisi 280 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 277 ton olan gübrə Biləcəri stansiyasından Böyü
29 mayEldar Əzizov yeni rəis təyin etdi
Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə yeni rəis təyin olunub. -a istinadla xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb. Əmrə əsasən, rəis vəzifəsinə Emin Talıbov təyinat alıb
3 iyulAzərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 7 % azaldıb
Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 926,908 milyon ABŞ dolları dəyərində mal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 % azdır. Beş ayda Azərbaycanın idxalı Türkiyənin ümumi ixracının 1 %-ni təşki
13 iyunQızıl və gümüş bahalaşdı
Nyu-York Ticarət Birjasında (NYMEX) və onun bölməsi olan "Comex"də qiymətli metalların - platin, palladium, qızıl və gümüşün qiymətlərində artım müşahidə olunur. xəbər verir ki, bu barədə ticarət platformalarının məlumatlarında qeyd edilib. Bakı vaxtı ilə saat 13:45-ə olan məlumata görə, NYMEX-d
21 iyulŞirinləşdirilməmiş suların istehsalı artıb
Bu ilin birinci yarısında ölkədə 17009,0 min dekalitr (dkl) şirinləşdirilməmiş sular istehsal edilib ki, bu da 2025-ci ilin eyni dövrünün göstəricisindən 11,5 faiz çoxdur. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, təkcə iyun ayında 3 584,2 min dkl şirinləşdirilməmiş sular istehsal olunu
6 avqustAzərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-dən çox artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 28,789 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 % çoxdur. Təkcə iyunda Türkiyə Azərbaycana 3,699 milyon ABŞ dolları dəyərind
11 iyulQramı 290 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR
Qızıl bazarında son dövrlər nəzərəçarpacaq durğunluq yaranıb. Dünya bazarlarında qiymətli metalın bahalaşması yerli bazarda da özünü göstərir. Bu isə həm alıcı fəallığının azalmasına, həm də satışların əvvəlki dövrlərlə müqayisədə zəifləməsinə səbəb olub. -in məlumatına görə, qızıl mağazalarının sahiblər
3 iyunSahibkarlara ŞAD XƏBƏR: Bu xərclərdən azad olunacaqsınız
Qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması dövlətin iqtisadi siyasətində əsas prioritet istiqamətlərdən biri kimi ön plana çıxır. Bu çərçivədə Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərclərini
4 avqust