Ətin qiyməti yenidən artacaq?

Ətin qiyməti yenidən artacaq?"Ət olmayanda, elə bilirəm heç nə yeməmişəm". Bu cümləni ətrafımızdakı çox adamdan eşidirik, ya da elə özümüz deyirik. Çünki ət yeməyi sevirik. Elə bu səbəbdən ölkədə ətin qiymətində 50 qəpik də artım olsa, bizi narahat edir. 2 il əvvəl 1 kiloqramı 10-11 manat olan mal ətinin qiyməti bu gün 15 manatdır.

İnsanları iki sual düşündürür: 1 kiloqram ət üçün 15 manat yüksək rəqəm deyil? Mövcud qiymət sabit qalacaq, ya artım davam edəcək?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Sahibkar Ağaəli İmanov deyir ki, əvvəllər bu sahə sahibkarlar üçün yaxşı gəlir gətirsə də, indi vəziyyət dəyişib. Hazırkı qiymətlərlə 1 kiloqram ət satışından gəlir 50 qəpikdir:

"Mal ətini rayondan 13,2-13,5 manata alırıq, 14,5 manata satırıq. Çox yerdə artıq 15 manatdır. 50-60 qəpik xərcimiz, 50 qəpik xeyrimiz olur. Biz də ciddi qazanc görmürük".

A.İmanov deyir ki, ətin qiyməti səbəbsiz yerə artmayıb:

"Hər bir məhsulun qiymətində artım var. Heyvan yemi bahalaşdıqca, biz də qiymətləri yüksəltməyə məcbur oluruq. Əvvəllər Rusiya və Ukraynadan yem məhsulları gəlirdi, daxildə də yem məhsulları vardı. Bolluq idi. Ancaq indi Rusiya və Ukraynadan məhsul gəlmir, yerli bazarda da yem bahadır. Məsələn, 2 il əvvəl qışda 1 yonca presini 3-4 manata, yayda isə 2 manata alırdıq. Ətin qiyməti də 11 manat idi. İndi presi 8 manata alırıq. Ətin qiymətini daha ucuz təyin edə bilmirik".

Sahibkar bildirdi ki, qarşıdakı dövrdə ətin qiymətində azalma deyil, artım ola bilər:

"Hələ ki qiymətlərdə hansısa azalma gözlənilmir. Proses göstərir ki, 50 qəpik, 1 manat artım yenə ola bilər. Arpanın, yoncanın qiyməti artdıqca, ətin də qiyməti yüksələcək. Sabit qalsa, yəqin ki ətin qiymətində dəyişiklik olmayacaq".

Qəssab Elbrus Fərəcov deyir ki, sonuncu dəfə bazardan kəsim üçün heyvan ala bilməyib:

"Çünki çox baha idi. Mən əti 14 manata satırdım. Ancaq sonuncu dəfə bazarda mal ətini 15 manatdan aşağı vermədilər. Ətin kiloqramını 15 manata alsam, necə ucuz sata bilərəm?".

E.Fərəcov deyir ki, ətin qiyməti artdıqca əhalinin alıcılıq qabiliyyəti də aşağı düşür:

"Qiymətlərin artması nə bizə sərf edir, nə də xalqa. 2 il əvvəl günə 150 kiloqram ət satırdım. Qiymətlər artdıqca bu çəki azalmağa doğru getdi. Bu gün 50-80 kiloqram ancaq satıram. Əvvəl 3 kiloqram ət almağa gəlirdilər, amma 5 kiloqram alıb gedirdilər. İndi 3 kq 100 qram verəndə, deyir 100 qramı götür".

Qəssab Şahsuvar Əliyev deyir ki, qiymətləri artıran bir səbəb kəndli ilə qəssablar arasında alverçilərin çox olmasıdır:
"Əvvəllər bütün rayonlarda mal bazarı eyni gün olurdu. İndi rayonlarda mal bazarları fərqli günlərdə təşkil edilir. Bu da ona gətirib çıxarır ki, bir rayonda bazar olanda, digər rayonların alverçiləri də o bazara axışır. Heyvanı sahibindən almağa imkan vermirlər. Alverçilər bu yolla böyük qiymət artımı yaradırlar".

Ş.Əliyev deyir ki, əvvəllər Rusiyadan kəsim üçün heyvanlar gətirilirdi, o da qiymətlərə təsir edirdi:

"İndi Rusiyadan heyvan gətirilmir. Əvvəl bazarda rəqabət yaranırdı, yerli heyvanların qiymətini çox yüksək təyin edə bilmirdilər. İndi vəziyyət dəyişib".

Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının sədri Fuad Qulubəyov bildirdi ki, dünyada insan sayı sürətlə artır və bunun fonunda adambaşına düşən ət nisbəti də azalır:

"2021-ci illə müqayisədə 2022-ci ildə ölkədə diri çəkidə ət istehsalı 3 faiz artıb. Bununla paralel insan sayı da artır. Bu proses tək bizdə yox, dünyada gedir. Almaniyada 2021-ci ildə adambaşına 65 kiloqram ət istehlakı var idisə, 2022-ci ildə bu rəqəm 53 kiloqram olub. Tələb çoxdur, təklif də zamanla azalır. Bu qiymətlərə təsir edir. İnflyasiya fonunda da qiymətlərdə artım gedir".

Aqrar sahə üzrə ekspert Rəcəb Orucov deyir ki, ətin qiymətinin 15 manat olmasını şərtləndirən amillər var, qiymətlər süni artırılmayıb:

"6-7 il əvvəllə bu günü müqayisə etsək, respublikada həm xırdabuynuzlu, həm də iribuynuzlu mal-qaranın baş sayında 1 milyona yaxın azalma var. Bu, tələb-təklifə təsir göstərir. Tələb çox, təklif az olanda, qiymətlər artır. Heyvandarlıqda maya dəyərinin əsas hissəsini yem məhsulları təşkil edir. Ona görə hazırda qiymətlər bu səviyyəyə çatıb".

R.Orucovun qənaətincə, qarşıdakı aylarda ətin qiymətində sürətli artım ehtimalı yoxdur:

"Qışda heyvanlar bağlı şəraitdə saxlanılır. Bu zaman onların yetişdirilməsinə daha çox zəhmət və xərc sərf edilir. Yazın gəlişi ilə bəzi təsərrüfatlarda açıq şəraitə keçilir. Maya dəyəri azalır. Bu da qiymətlərə öz təsirini göstərəcək. Ən azından, indiki qiymət sabit qalacaq. Ətin qiymətinin artma ehtimalı çoxdur, azalma gözlənilmir".

R.Orucov bundan sonra qiymətlərdə artım olmaması üçün müəyyən addımların atılmasının vacibliyini bildirdi:

"İntensiv heyvandarlığın inkişafı mütləqdir. Bu istiqamətdə onsuz da dövlət tərəfindən ciddi təşviqlər var. Elmi yanaşmada belədir ki, heyvandarlıqla bitkiçilik sahəsinin balansı qorunmalıdır. Kənd Təsərrüfatı Nazirliyi subsidiya məsələsində yem bitkilərinə üstünlük verməlidir. Bu gün ən aşağı subsidiya yonca sahələrinə verilir. Ətlə təminat cəhətdən real potensialımız var. Sadəcə, qiymətin artmasına səbəb olan amilləri real şəkildə müzakirə edib həlli istiqamətində ciddi addımlar atmaq lazımdır".

R.Orucov qeyd etdi ki, ətin qiymətindəki artımlar əhalinin ətdən istifadə əmsalını aşağı salır. Ətdən istifadə əmsalının aşağı düşməsi ölkə iqtisadiyyatı və istehlak bazarımız üçün heç də uğurlu hal sayılmır.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 4183   Tarix: 02 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Prezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmr

7 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr