"Əmanətlərin azalma tendensiyası davam edərsə, depazit faizləri yenidən vergidən azad edilməlidir" - ŞƏRH

"Əmanətlərin azalma tendensiyası davam edərsə, depazit faizləri yenidən vergidən azad edilməlidir" - ŞƏRH"Əmanətlərin azalma tendensiyası davam edərsə, depazit faizləri yenidən vergidən azad edilməlidir. Ona görə ki bu verginin gətirdiyi zərər onun faydasından daha çox ola bilər. Sözügedən depazitlərin həcmini və onun faizlərdən tutulan vergilərin həcmini hazırkı göstəricilər üzrə hesablasaq görərik ki, bu məbləğ 80 milyon manat ətrafındadır. Yəni 1 fevraldan bərpa edilən vergilər nəticəsində o qədər də böyük olmayan yığım formalaşacaqdır. Amma onun yaratdığı həyacan bank sektoruna daha çox zərər vura bilər.Vergi tutulması qüvvəyə minən kimi əmanətlərin həcmində 27 milyon manat azalma baş verdi. Belə ki, 11,928 milyard manatdan 11,901 milyard manata endi. Əgər bu azalma davam edərsə, o zaman mütləq vergi güzəştləri yenidən bərpa edilməlidir".

Bu sözləri Sonxeber.az-a iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, dünya bank sektorunda həyəcanlı anların yaşanması, ardı-ardına bankların müflis olması, Azərbaycan əmanətçisində qeyri-ixtiyari qorxu yaradır.

"Bu qorxunun üzərinə də 10%-li vergini gələndə insanlar əmanətlərini banklardan geri çəkməyə qərar verirlər.Bu qərar təbii ki doğru qərar deyil. Yəni hazırda Azərbaycanda bankların kütləvi müflis olması kimi heç bir ciddi risk yoxdur. Qorxu və həyəcan yersizdir. Amma əmanətçilərin davranışı fundamental risklərə görə formalaşmır, kütlə davranışlarına görə daha çox formalaşır. Yəni adam baxır ki, insanlar əmanətlərini geri çəkir, qoy mən də çəkim. Əsassız yerə banklardan vəsaitlər geri çəkiləməyə başlayır. Beləcə bu heç bir ciddi risk olmadan yaranmış boş bir qorxu, bir neçə ay sonra ciddi problemlər yaradır. Hansı ki bu problemin həlli üçün hökümət həmin vergi vasitəsilə yığılmış vəsaitdən dəfələrlə çox vəsait xərcləməli olur".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3074   Tarix: 05 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr
.

Azərbaycan Özbəkistandan arı tədarükünü bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 326,2 min ABŞ dolları dəyərində 68 272 ədəd arı idxal edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq - 9 % çoxdur. Hesabat dövründ

3 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo

21 sentyabr
.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Norveç şirkəti Azərbaycanın hidrogen strategiyası ilə bağlı tədqiqat aparır

Azərbaycan hazırda Milli Hidrogen Strategiyasının həyata keçirilməsi planının hazırlanması ilə məşğuldur. xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Fuad Müştaqov "Azərbaycanda infrastrukturun inkişafı, elektromobilli

3 sentyabr
.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr
.

Azərbaycan avtobus idxalını 2% azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır

16 sentyabr