Könül Xasıyeva xəstəliyindən danışdı: "Keçən il boğazıma "divan tutdum" - VİDEO
"Hamının başı qarışıb özünə. Kimdən nə umasan? Allah görən, biləndir. Allah hər şeyi insan üçün verib. Xoş günümüz də olur, yıxılıb-duran bir həyat yaşayırıq. Əsas odur ki, xalqın sevgisi azalmasın, övladlarımıza qıymasın, cavanlarımızı qorusun. Yarım əsrdən beş il çox yaşamışam. Çox şükür. Bu gündən sonra da hər açılan səhərimizə şükürlər olsun".
Bu sözləri Xalq artisti Könül Xasıyeva qonaq olduğu verilişlərdən birində deyib.
Sənətkar aylar əvvəl boğazında aşkarlanan bəd xassəli şiş xəstəliyindən söz açıb. K.Xasıyeva bildirib ki, o, anadan gəlmə astma xəstəliyindən əziyyət çəkir:
"İnsan hər halı ilə Allaha şükür etməlidir. Mən hər zaman hər halımda Allaha şükür etmişəm. Xəstəliyin (xərçəng – red.) adını çəkmək istəmirəm. O xəstəlik adında bir şey yoxdur. B17 adlı vitamin çatışmazlığı var. Hansı xəstəlik olursa olsun, vaxtından əgər aşkar olundusa olundu. O xəstəlik üçün tələb olunan vəsait əlində varsa... Mən vaxtında çox təsadüf nəticəsində xəstəliyimi bildim. 23 il idi ki, bu xəstəlik məndə var idi. Həkimim 23 il idi mənə söyləyirdi ki, onun dinamikasını müşahidə et, yoxlatdır. Hansı xarici ölkəyə gedirdimsə, birinci xəstəliyimin dinamikasını yoxlatdırırdım. Elə də qalmışdı yerində. Keçən il isə boğazıma divan tutdum. Soyuq su içdim. Mən , 43 ildir ki, bu sənəti astma xəstəliyi ilə yaşadım. Anadan gəlmə astma xəstəsiyəm. Boğulmalarım olur. Elə zamanlar olub ki, rayondan toydan qayıdanda avtomobilin işığında tibb bacısı mənim venama iynə vurub. Mən o vəziyyətdə məclislərdə, dövlət tədbirlərində də iştirak edirdim. Heç kim də bilmirdi, hiss etmirdi".
Qeyd edək ki, aylar əvvəl boğazında bədxassəli şiş aşkarlanan xanəndə sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada bildirmişdi ki, Almaniyada müalicəsi üçün 150 min dollar, yəni 254 min manata ehtiyacı var. Daha sonra Könül Xasıyeva həmin məbləği topladığını açıqlamışdı.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı
Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin
25 sentyabrTofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind
24 avqustPikassonun tablosu 1,7 milyon dollara satıldı
İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo
26 iyunPolad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar
Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter
26 avqustZeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd
11 avqustİlham Mirzəyevin vəziyyəti ağırdır
Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten
7 sentyabrŞarovski II Fəxri xiyabanda dəfn olunacaq
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib
9 sentyabr