Qay Riçi "Centlmenlər" filminə görə məhkəməyə verildi
Qay Riçi "Centlmenlər" filminə görə məhkəməyə verilib.
Aktyor-yazıçı Mikki DeHara iddia edir ki, rejissor onun hekayə ideyasını mənimsəyib.
İddia İngiltərə və Uelsin Ali Məhkəməsində qaldırılıb.
De Hara bildirir ki, Riçi "şəxsi təcrübə" əsasında 2008-ci ildə çəkilmiş "Rok-n-Roll" qanqster filminin davamını yazmağı xahiş edib. Belə ki, De Hara bir vaxtlar kokain və marixuana saxlamaqda təqsirli bilinib və buna görə həbs olunmaqla hədələnib. 2018-ci ildə De Hara marixuana biznesi ilə məşğul olan bir personaj haqqında ssenari hazırladıqdan sonra Riçi ona "qanqster filmlərinin vaxtı bitdi" deyərək layihənin reallaşmayacağını bildirib.
İki il sonra isə Riçi öz marixuana biznesini satmağa çalışan Mikki adlı qanqster rolunda Metyu Makkonaxinin baş rolda oynadığı "Centlmenlər" filmini çəkib. De Hara iddia edir ki, film onun ssenarisinin reproduksiyasıdır. Ekran əsəri De Harının personajlarını, onların xüsusiyyətlərini və unikal süjet elementlərini, o cümlədən baş personajı və narkoman uşağı olan aristokratı kopyalayır. De Hara vurğulayır ki, onun ssenarisində "Uşaqlar dəstəsi" adlı quldurlar qrupuna rəhbərlik edən Koç adlı personaj da var.
İndi ssenari müəllifi həmçinin filmin qazancının bir hissəsi də daxil olmaqla 250 min dollardan çox pul istəyir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMənsum İbrahimov yenidən "Məcnun" olacaq?
Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun
26 avqustFəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto
Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb
17 avqustAleksandr Şarovski ilə vida mərasimi keçirilir
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
9 sentyabrFirəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin
20 sentyabr"Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Yazıçılar Birliyində Dilarə Nağıyevanın "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, nəşrdə 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror hücumu zamanı Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıqdan bəh
4 noyabrMərhum Xalq artistinin abidəsi adi olmayacaq
Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:
25 avqustLuvr bağlanmaq təhlükəsi ilə üz-üzədir
Parisə yerləşən Luvr Muzeyinin direktoru Kristof Leribo xəbərdarlıq edib ki, bina əsaslı təmir olunmasa, muzey qapılarını ziyarətçilərin üzünə bağlamaq məcburiyyətində qala bilər. "Qafqazinfo" xəbər verir ki, o, "Le Figaro"ya müsahibəsində muzeyin köhnəlmiş infrastrukturu və təhlükəsizli
15 oktyabr"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
1 oktyabr