Qiymət qalxır, limit dəyişmir: İpoteka krediti bazarında son vəziyyət necədir?

Qiymət qalxır, limit dəyişmir: İpoteka krediti bazarında son vəziyyət necədir?Güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına səhiyyə işçilərinin də əlavə edilməsi təklif edilir. Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.

Qeyd edək ki, güzəştli ipoteka krediti ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslərə, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilərə, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslərə, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslərə, eləcə də, gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslərə şamil edilir.

Səhiyyə işçilərinin də bu siyahıya əlavə edilməsi əmlak bazarına təsir edəcəkmi?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, dövlət güzəştli ipoteka kreditinə məbləğ limiti qoymaqla əslində prosesləri tənzimləyir:

"Limit hər ilin sonunda dövlət büdcəsinin müzakirəsi aparılan zaman müəyyənləşdirilir. İstisna hal kimi bəzən limitin il ərzində çox cüzi şəkildə artırılması, yaxud azaldılmasına rast gəlinir. Tənzimlənmənin məqsədi bazara kəskin pul axınının qarşısını almaq, eyni zamanda alternativ bazarlar üzrə rəqabəti müəyyən mənada qoruyub saxlamaqdır. Çünki Mənzil İnkişafı Dövlət Agentliyinin xətti ilə də güzəştli mənzillər verilir".

R.Osmanlı qeyd edib ki, bu qərar güzəştli ipoteka kreditinə əlçatanlığın, eyni zamanda bu prosesdən yararlanan təbəqənin artırılması məqsədi daşıyır:

"Səhiyyə işçilərinin bu prosesə qoşulması güzəştli ipoteka kreditinə tələbi qismən artıracaq. Amma bu hal zamanla tənzimlənəcək. Əgər limit artırılmayacaqsa, mənzil qıtlığı və qiymət artımı kimi amillər olmayacaq".

Əmlakçı Mülkədar Rüstəmovun sözlərinə görə, İpoteka Fondu mənzil qiymətlərinin artımını nəzərə almır:
"Son 3-4 ildir ki, ipoteka kreditləri ilə bağlı limit dəyişməyib. Mənzil qiymətlərində artım var, amma fond limiti artırmır. 1978-ci ildən sonra tikilən binalarda 3 otaqlıların limiti 90-100 min manat, yeni binalarda isə 140-150 min civarında təyin edilib. Amma son 1-2 ildir köhnə mənzil bazarında 20 faizə qədər qiymət artımı var. Məsələn 120-125 min manata satılan 3 otaqlılar artıq 150-155 min civarındadır. Amma ipoteka 100 min manat ayırır. Vətəndaş köhnə binaya görə 33 faiz ilkin ödəniş verməlidir. Yenitikililərdə isə 2013-cü ildən sonrakı binalara 20 faiz ilkin ödəniş tələb olunur. Əvvəl evlər 120-125 min olanda müştəri ilkin ödənişin 30 faizini verə bilirdi və asanlıqla ipoteka ilə mənzili əldə edirdi. Amma indi qiymətlər qalxıb".

M.Rüstəmov qeyd etdi ki, limitin artırılması gözlənilir:

"İpoteka Fondu limiti 120 min manata qədər artırsa, mənzil bazarında böyük canlanma yarana, nəticədə daha çox mənzil satıla bilər. Kifayət qədər müştəri var ki, ipotekaya müraciət edib, lakin cavabsız qalıb. Limit aprel-may aylarında artırılacaq".

Əmlak məsələləri eksperti Elnur Fərzəliyev dedi ki, bu mənzillər 25 illik verilir deyə, vətəndaş ev ala bilmir:

"İpoteka kreditləri yenitikili, 9 mərtəbəli və 5 mərtəbəli binalardan yaşı daha yeni olanlara verilir. Bakıda mərkəz və ona yaxın ərazilərdə 1 otaqlı yenitikili binadakı təmirli mənzilin satış qiyməti 100 min manatdan bahadır. Köhnə 9 mərtəbəli binalarda isə 2 otaqlı mənzillərin satış qiyməti 100-140 min manat arası dəyişir. Qiymətlər də artan xətt üzrə gedir. Əmlak bazarında elə qiymət artımları baş verib ki, ipoteka krediti ilə mənzil almaq istəyən şəxslərin sayı artsa da, bir hissəsi axtardıqları mənzili bazarda tapa bilmir. 25 illik kreditə girib mənzil almaq istəyən şəxslər 1 otaq yox, maksimum 2 və ya 3 otaqlı ev almaq istəyirlər ki, sonra problem yaşanmasın".

E.Fərzəliyevin fikrincə, güzəşt yaradılsa da, bəzi işçilər bundan istifadə edə bilməyəcək:

"Səhiyyə işçilərindən dövlət xəstəxanasında işləyənlərin əməkhaqqı elə də yüksək deyil. Lakin özəl klinikalarda işləyən həkimlər daha çox əməkhaqqı alır. Tibb bacılarının əməkhaqqı isə 400 manat civarındadır. Onların da iş saatı həkimlərlə eynidir, amma əməkhaqqıları aşağı olduğuna görə onlara bu kreditlər verilmir, güzəştli ipotekadan yararlana bilmirlər. Əməkhaqqı yüksək olan həkimlərin isə onsuz da bu kateqoriyaya aidiyyəti yoxdur. Çünki onlar istənilən banka müraciət edib ipoteka krediti ala bilir".

Əmlak eksperti bildirdi ki, vətəndaşların ipotekalardan yararlana bilməsi üçün münbit şərait yaratmaq lazımdır:

"Mütləq şəkildə dövlət dəstəyi olmalı, sosial layihələrin sayı artırılmalıdır. Maya dəyəri aşağı olan sosial evlər tikilməlidir ki, vətəndaşlar həmin mənzillərdən ala bilsinlər. Mənzil tikinti sahələrinin sayı artsa, ev almaq daha əlçatan olar. Çünki dövlət xətti ilə tikilən binalarda torpaq sahəsini dövlət ayırır və bir çox vergilərdən azad olduqlarına görə orada qiymətlər adi mənzillərdən 2 dəfəyə qədər daha ucuz təklif olunur. Amma sosial layihələrin sayı məhdud saydadır. Hər satış zamanı minlərlə müraciət olur, bir neçə yüz nəfər mənzil sahibi ola bilir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3841   Tarix: 16 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr
.

Azərbaycan Özbəkistandan arı tədarükünü bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 326,2 min ABŞ dolları dəyərində 68 272 ədəd arı idxal edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq - 9 % çoxdur. Hesabat dövründ

3 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo

21 sentyabr
.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Norveç şirkəti Azərbaycanın hidrogen strategiyası ilə bağlı tədqiqat aparır

Azərbaycan hazırda Milli Hidrogen Strategiyasının həyata keçirilməsi planının hazırlanması ilə məşğuldur. xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Fuad Müştaqov "Azərbaycanda infrastrukturun inkişafı, elektromobilli

3 sentyabr
.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr
.

Azərbaycan avtobus idxalını 2% azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır

16 sentyabr