Saakaşvilinin anası fəryad etdi: "Oğlum skeletə çevrilib və 100 yaşlı kişiyə bənzəyir"
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili "skeletə çevrilib" və 100 yaşlı kişiyə bənzəyir.
Bunu Saakaşvilinin anası Qiuli Alasaniya bildirib.
"O, skeletə çevrilib. Ayağa qalxanda isə onurğası 100 yaşlı kişi kimi tamamilə əyilir. O, çətinliklə harasa söykənərək sürünür", - deyə Alasaniya bəyan edib.
Onun sözlərinə görə, oğlu yemək qəbul edir, lakin onun "orqanizmi qidanı uda bilmir".
Qeyd edək ki, aprelin 7-də Saakaşvili həbsdə olarkən səhhətinin "kəskin şəkildə pisləşdiyini" və indi "ölmək üzrə olduğunu" deyib.
Gürcüstanın keçmiş prezidentinin qardaşı David Saakaşvili bir müddət əvvəl bildirib ki, siyasətçi həqiqətən də hər an ölə bilər. Onun fikrincə, Saakaşvilini yalnız ixtisaslaşmış xəstəxanaya köçürmək xilas edə bilər.
Xatırladaq ki, Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti saxlanılaraq həbs edilib. Saakaşvili özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Daha sonra eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib.
Mixail Saakaşvili ötən ilin may ayından "Vivamedi" klinikasında müalicə alır. Gürcüstanın ədliyyə naziri Rati Breqadze bəyan edib ki, siyasətçi qəsdən yemək yemir və həkimlərin göstərişlərini yerinə yetirməkdən imtina edir./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3060 Tarix: 18 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı
İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində
15 sentyabr 2021Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı
16 sentyabr 2021Mənzili alovlara bürünən şəxs yanğınsöndürənləri karnizdə gözlədi – VİDEO
Mənzilində çıxan yanğından xilas olmağa çalışan kişi yanğınsöndürənləri binanın divarında quraşdırılmış karnizdə gözləyib. Yanğın Rusiyanın Anapa şəhərində baş verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşıb. Son məlumatlara görə yanğın söndürülüb, zərərçəkən yoxdur
17 sentyabr 2021İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI
Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd
18 sentyabr 2021Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO
İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll
16 sentyabr 2021Yəməndə fövqəladə vəziyyət elan edildi
Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib. -a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zübeydi bildirib ki, bütün əyalətlərdə silahl
16 sentyabr 2021