Şövkət Ələkbərova ona mahnı həsr etdi - ilk qadın neftçimiz

Şövkət Ələkbərova ona mahnı həsr etdi - ilk qadın neftçimiz"Xoşbəxt Yusifzadə ilə birgə oxuyub, bir işləmişik, indi də yaxın dostuq"

"Çox sevinirəm ki, xalqım, dövlətim məni hər zaman yüksək qiymətləndirib. İş yerim neft daşları olub. Neft daşlarında işləyən ilk azərbaycanlı və ali təhsilli, netçi, geoloq qadınam. Hətta o vaxt Şövkət Ələkbərova mənə "Bakılı qız" adlı bir mahnı da həsr etmişdi. Neftçi olmaq mənim arzum olub. Mən dənizə gedib-gəlirdim. Anam dənizdə işləməyimi biləndə dedi ki, olmaz. Neft daşlarında işləmək çox çətin idi. İlk azərbaycanlı qız idim. Xəbər tutandan sonra aləm bir-birinə dəydi. Onlar düşünürdülər ki, bu cür çətin yerdə qız işləyər?! Gözlərinə inanmırdılar ki, orada işləyən qızdır? Gəlib, baxıb gedirdilər, görürdülər ki, bir arıq qız o yana, bu yana qaçır".

Bunu ilk ali təhsilli neftçi qadın Minirə Məmmədbəyli deyib.

"Neft daşları nə qədər küləkli, açıq havada dənizdə çalışmaq nə qədər çətin olsa da, işimdə çox məsuliyyətli olmuşam. Neftçi qadın olmaq üçün əvvəlcə gərək özündə bir güc tapasan. Bu o deməkdir ki, sən neft işini yaxşı bilməlisən. Təhsil də mütləq olmalıdır. Mən əlaçı olmuşam. Xoşbəxt Yusifzadə bir yerdə işləmişik. O məndən 2 il əvvəl qurtarıb, məndən öncə neft daşlarına gəlmişdi. O da əlaçı idi, mən də. Xoşbəxt Yusifzadə ilə çox yaxın idik, o illərdən heç nə dəyişməyib, biz indi də yaxınıq. Neftçi olmaq çox çətin, məsuliyyətli bir peşədir. Çünki sən tək öz həyatını yox, başqalarının həyatını da düşünməlisən" deyə Minirə Məmmədbəyli deyib.

Minirə Məmmədbəyli neft daşlarında çalışarkən onun rəsmini ilk qadın rəssamımız Vəcihə Səmədova çəkib.

"Neft daşlarında olanda bir də gördüm ki, xalq rəssamı Vəcihə Səmədova öz fırçasını, bütün əşyalarını götürüb, yanıma gəldi. Onun məqsədi məni neft daşlarında çəkmək idi. Onunla sözləşmişdik ki,DəTəxminən 4-5 ay bir şəkilin üstündə işlədi. Həmişə mənə deyirdi ki, "Minirə, portret çəkmək, neft çıxarmaqdan asan deyil ha, səbirli ol" deyə neftçi deyib.

Minirə Məmmədbəyli bildirib ki, həyat yoldaşı ilə də neft daşlarında tanış olub.

"Həyat yoldaşım Sədrəddin Həmidov da neftçi idi. Paralel, amma başqa fakültələrdə oxuyurduq. Onunla neft daşlarında tanış olmuşam. Həmişə arxamca gəlib-gedərdi. Onunla birgə bir çox dünya ölkələrində, ələxsus Viyetnamda da olmuşam. Əvvəlcədən mənimlə şərt kəsdi ki, "mən səninlə işdə yaxınlıq edə bilməyəcəm, işdə yadından çıxaracaqsan ki, mən sənin yoldaşınam". Dediyi kimi də etdim. Biləvasitə rəhbərliyim ilə 1979-1984-cü illərdə Xəzər Dənizi, Qara Dəniz, Baltik dənizi, Oxot dənizi, Ağ dənizdə geoloji kəşfiyyat işləri aparmışam. Həmçinin geologiya sahəsində 50-yə yaxın elmi məqalənin müəllifiyəm" deyə Minirə Məmmədbəyli bildirib.

Moderator.az


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1735   Tarix: 22 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq

Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind

24 avqust
.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr
.

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını

23 avqust
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

2 oktyabr
.

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand

9 sentyabr
.

Şair Çingiz Əlioğlu dəfn olunub

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər

10 avqust
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

1 oktyabr
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun