"Elə bilirdim ki, Mədəniyyət Nazirliyinin kino çoxdan yadından çıxıb, bu, gedənin arxasınca danışmaq deyil"
"Elə bilirdim ki, Mədəniyyət Nazirliyinin kino çoxdan yadından çıxıb, bu, gedənin arxasınca danışmaq deyil"
"Düşünürəm ki, kino forumu ölkəmizə, ən əsası da kino sahəsinə böyük töhfələr verəcək. Uzun illərdir bizi yığıb, soruşmurdular ki, sizin dərdiniz nədir? Bu gedənin arxasınca danışmaq deyil. İllərdir kino sahəmiz çətinlik çəkir. Böyük problemlərimiz var, amma yığışıb müzakirə etmirdik. Sağ olsun cənab nazirimiz Anar Kərimli. Düzdür, bu görüşün, toplaşmağın əsası cənab prezidentimiz tərəfindən qoyulub. O bir dəfə sənətkarları yığıb, onların problemlərini eşitdi, müəyyən tədbirlər gördü. Mənə elə gəlirdi ki, Mədəniyyət Naziri Azərbaycan kinosunu unudub. Bu gün içimdə bir inam yarandı ki, deyəsən gələcəyimiz var. Böyük nikbinlik hissi ilə deyə bilərəm ki, bu məsələlərimiz həll olunacaq. Azərbaycan tamaşaçılarını sevindirə biləcək yaxşı filmlər çəkəcəyik".
Bunu xalq artisti Rasim Balayev deyib.
"Cənab nazirə bir neçə təklif etdim. İlk problemin mütəxəssis çatışmazlığı olmasını onun nəzərinə çatdırdım. Sovetlər birliyinin bir sistemi var idi, bu dağıldı, yeni bir sistem düşünülmədi. 6 il heç bir film çəkilmədi. Zəncirin ucunu itirdik. Nəsillərin əlaqəsi kəsildi. Əvvəllər debüt var idi. 5-6 istedadlı insana film çəkməyi tapşırardılar, hansı yaxşı çəkərdisə, ona daha sonra böyük film verərdilər. Bunu bərpa etməyin əsaslığını bildirdim. Bir də cənab nazirdən 2-3 istedadlı gənci xaricə təhsil arxasınca göndərməsini xahiş etdim. Çünki rejissorlarımız aktyor, aktrisanı düzəldə bilərlər, əsas rejissor, ssenarist, kino prodüsseri yetişməlidir. Hamımız bilirik ki, artıq bir neçə aydır Kino agentliyinin yaradılacağı ilə bağlı söz-söhbətlər dolaşır. Nazirdən onu da xahiş etdim ki, ora Azərbaycanı sevən, kinonun halına yanan insanı rəhbər qoysun" deyə sənətkar bildirib.
Xalq artisti arzularından da danışdı.
"Vaxtilə cavan rollar oynamışam. Bu gün 18-20 yaşında oğlan obrazları oynaya bilmərəm. Arzulayıram ki, yaşıma uyğun ssenarilər yazılsın, yaxşı rollar olsun ki, oynayım. Nə qədər ki, sağam, həyatdayam oynamaq istəyirəm. Tamaşaçılarımı sevindirmək istəyirəm, istəmirəm ki, onlar intizarda qalsınlar. Dərin psixoloji əsərdə bir maraqlı obraz yaratmaq istərdim" deyə xalq artisti bildirib.
Moderator.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR
Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var
12 iyul 2021Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...
Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə
8 sentyabr 2021Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar. xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək
27 iyun 2021Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO
Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj
26 avqust 2021"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO
Yaxud gerçəklə yuxunun arasındakı məqam. Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşa
10 iyul 2021Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR
Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır
27 avqust 2021Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO
Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı
18 iyul 2021Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər
Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca
4 iyul 2021