Türkiyənin Hakkari bölgəsi terrorçulardan tamamilə təmizlənib

Türkiyənin Hakkari bölgəsi terrorçulardan tamamilə təmizlənibTürkiyənin cənub-şərqində - İran və İraqla sərhəddə yerləşən Hakkari bölgəsi terrorçulardan tamamilə təmizlənib.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

O bildirib ki, son 40 ildə ilk dəfədir bu bölgədə yaşayan insanlar Ramazan bayramını tam təhlükəsiz formada qeyd edirlər: "Hakkari terrorçulardan tamamailə təmizlənib. Buna nail olmaq üçün Türkiyə indiyədək çox böyük çətinliklərin öhtəsindən gəlib. Ölkəmiz çox böyük layihələrə imza atıb. Bir sıra vasitələrlə, o cümlədən terrorla bizi yolumuzdan döndərmək üçün xaos yaratmaq istəyirdilər. İradəmizi qırmaq, insanlarımızı ümidsiz qoymaq istəyirdilər. Bu cəhdlərin arxasında Qərb dayanırdı".

Nazirin sözlərin görə, dalğalı dənizlərdə gəmitək irəlilələyən Türkiyəni 12 ildir ki, yolundan döndərməyə, istiqamətini dəyişməyə çalışırlar: "Amma kapitanımız (Prezident Rəcəb Tayyib Ərdoğan-red) təcrübəlidir, məlumatlıdır. Kapitanımız həm də cəsurdur. Kapitanımız "mən ancaq millətin, Allahın qarşısında əyilərəm" dedi. Kapitanımız gəmini dalğalarla mübarizədən uğurla çıxardı".

S.Soylu qeyd edib ki, R.T.Ərdoğan həm ABŞ, həm də Avropaya bu ölkənin sahibinin bu millət olduğunu və yeganə qərar sahibinin xalq olduğunu göstərib: "Belə liderlər dünyaya 100 ildə bir gəlir. Biz Türkiyəni olduğu yoldan döndərmək istəyənlərdən, 15 iyul çevrilişinə cəhd edənlərdən qorxmadıq, qorxmayacağıq".

Qeyd edək ki, PKK terror qruplaşması 1980-ci illərin əvvələrindən etibarən Türkiyənin cənub-şərqində bir sıra əraziləri ələ keçirərək oradakı mağaralarda gizlənmişdi. Son illərdə Türkiyə ordusu və təhlükəsizlik qüvvələri terrorçulara qarşı ardıcıl əməliyyatlar keçirib və qruplaşmaya ağır zərbələr endirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 786   Tarix: 22 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İsrail HƏMAS komandirlərini öldürdü

İsrail ordusu HƏMAS-ın bölük komandiri Məhəmməd Acanı və Qəzza şəhərində "İslami Cihad"ın hərbi qanadının raket bölməsinin komandiri Vəlid Həsən Əbu Əl-Atanı öldürüb. xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb. Məlumata görə, həmin şəxslər hərbi heyətə hücumlar həyata keçirib və təşkilatlarını

9 oktyabr
.

Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu

Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus

9 oktyabr
.

30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı

ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da

7 oktyabr
.

Ukraynanın Zaporojye bölgəsinə Rusiyanın hücumu nəticəsində yeddi nəfər həlak olub, qubernator bildirib

Xilasedicilər dağıntılar altında daha çox insan axtararkən, vilayət qubernatoru şənbə günü səhər Rusiyanın Ukraynanın cənubundakı Zaporojye şəhərinə hücumu nəticəsində yeddi nəfərin öldüyünü bildirib. Reuters-ə istinadən xəbər verir ki, qubernator Mixaylo Semikinin sözlərinə görə, şənbə günü səhər saatlarınd

10 oktyabr
.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl

7 oktyabr
.

Tramp İrana zərbələri təxirə salır: ABŞ bölgəyə əlavə qüvvələr göndərir

ABŞ ilə İran arasında gərginlik davam edir. Vaşinqtonun diplomatik danışıqlarla bağlı açıqlamalarına baxmayaraq, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, neft daşımaları və bölgədəki hərbi mövcudluq əsas müzakirə mövzuları olaraq qalır. CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranl

9 oktyabr
.

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk

Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığ

8 oktyabr
.

Rus ordusu Annopolyeni işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

8 oktyabr
.

İstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub

Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14

8 oktyabr