NATO-nun sabiq şefi erməni diasporunun OYUNCAĞI ROLUNDA – Rasmussenin məqsədi NƏDİR?

NATO-nun sabiq şefi erməni diasporunun OYUNCAĞI ROLUNDA – Rasmussenin məqsədi NƏDİR?NATO-nun keçmiş baş katib Anders Foq Rasmussenin Ermənistana səfəri bir sıra şübhəli məqamları ortaya çıxarıb. Çünki, bu səfər sona qədər gizli saxlanılırdı.

Lakin sabiq baş katibin Ermənistana səfəri yerli KİV tərəfindən geniş işıqlandırıldı. Və verdiyi açıqlamalarda Rasmussen həm iki ölkə arasında sülhün vacibliyindən danışdı, həm də Qarabağın statusunun müəyyən edilməsi vacibliyini dilə gətirdi.

Rasmussenin ikibaşlı bəyanatları onu göstərir ki, onun səfəri erməni diasporunun hazırladığı siyasi şoudur. Və bu səfərin təşkilində əsas məqsəd diasporun boş dayanmadığnı, Ermənistanın maraqlarının beynəlxalq aləmdə "uğurla" müdafiə edildiyini göstərməkdir.

Təbii ki, hazırda işsiz olan Rasmussen də İrəvana elə belə yox, yaxşı rüşvət müqabilində gəlib.

Bunu aparıcı KİV-lər də etiraf edir. Məsələn, dünyaca nüfuzlu "Euronews" nəşrində NATO-nun sabiq sədri Anders Foq Rasmussenin pul qarşılığında Ermənistan lehinə lobbiçilik etdiyi ilə bağlı ayrıca bir məqalə dərc edilib.

Məsələ ilə bağlı politoloq Cümşüd Nuriyev bildirib ki, NATO-nun keçmiş başçısı və qurumun gələcək addımlarından xəbərdar biri kimi Rasmussenin Ermənistana gəlməsi və iki ölkə arasında münaqişənin həlli istiqamətində fikir söyləməsi yolverilməz haldır:

"Özünə hörmət edən siyasətçi belə səfərlərdən qabaq ən azından qurumun hazırkı rəhbəri ilə razılaşmalıdır. Görünən odur ki, belə bir razılaşma ortada yoxdur. Deməli, Ramussen aldığı külli miqdarda rüşvətin qarşılığında Ermənistana gəlib. Və onu danışdıran da həm aldığı pul, həm də ki, erməni diasporunun yeni layihəsinə ayaq verməsidir. Ermənilərin heç zaman dövləti olmayıb. Erməniləri hər zaman kilsə idarə edib. Kilsə də ermənilərdən pul yığmaq üçün hər zaman Qarabağ kimi həssas məsələlərlə bağlı çağırışlar edib. 44 günlük müharibədən sonra kilsənin gəlirləri kəskin azalıb. Ona görə də ermənilər yeni layihələr fikirləşirlər. Belə layihələrdən biri də Rasmussen kimilərin Ermənistana gətirilməsidir".

Cümşüd Nuriyev təəssüflə qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülhdən danışan Rasmussen həm də Avropanın Ermənistanı silahlandırmasını vacib hesab edir:

"Əgər o Rusiya ilə Ermənistan münasibətlərini gərginləşdirmək məqsədi ilə gəlibsə, onda başqa cür danışmalıydı. Ən azı Ermənistanın KTMT-dən çıxması məsələsini sürətləndirməli idi. Ona görə də Rasmussenin həm gəlişi, həm çıxışları xoş hal deyil. Yaxşı olardı ki, XİN NATO-ya müraciət edərdi. Çünki, Azərbaycan NATO ilə Şərq tərəfdaşlıq layihəsi üzrə əməkdaşlıq edən 6 ölkədən biridir. Və Azərbaycanın Aİ ilə çox yaxşı münasibətləri var. Artıq 10 Aİ üzvü ilə Azərbaycanın ikitərəfli, normal münasibətləri var. Ona görə də Rasmussenin səfəri həm də bu münasibətlərə kölgə salır".

Politoloq Rasmussenin Qarabağın statusundan danışmasına da münasibət bildirib:

"Siyasətdə bu boyda ikiüzlülük, riyakarlıq olmur. Rasmussenin bu səfəri birbaşa pula xidmət edir. Çox təəssüf ki, Azərbaycan-Ermənistan münasibətləri bəzi üzdəniraqların siyasətdə sınaq meydanına çevrilib. Qərbin hər yerindən duran gədəsi bu məsələyə burun soxur, münasibət bildirir. Halbuki, bu problem iki dövlət arasında olan bir məsələdir. Ona görə də Rasmussenin bu səfəri sırf təxribat xarakteri daşıyır".

Bizim.media


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 875   Tarix: 22 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rubio: Rusiya və Ukrayna strateji dalandadır

ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, hazırda Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə nizamlanması perspektivləri görünmür. "Report" xəbər verir ki, bu barədə Rubio "Kathimerini" nəşrinə bildirib. Onun sözlərinə görə, hazırda tərəflər təhlükələrlə dolu "stratej

8 oktyabr
.

Aİ rusiyalılara qarşı viza yoxlamalarını gücləndirmək və sanksiyaları artırmaq niyyətindədir

Avropa İttifaqı (Aİ) viza üçün müraciət edən Rusiya vətəndaşlarının yoxlanılmasını, o cümlədən müraciət edənlərin hərbi keçmişinin yoxlanışını sərtləşdirmək, eləcə də Rusiya fiziki və hüquqi şəxslərinə qarşı sanksiya siyahılarını "misli görünməmiş" şəkildə genişləndirmək niyyətindədir. "Report"u

9 oktyabr
.

Rusiya Ukraynada sərnişin avtobusuna zərbə endirib: 33 nəfər ölüb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobusuna zərbə endirib, nəticədə 33 nəfər ölüb və 18 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında bildirib. "Kramatorskda içərisində sərnişinləri

8 oktyabr
.

Stiven Hokinqin süni intellektlə bağlı son xəbərdarlığı: O, bəşəriyyətdən nə istəyirdi?

Stiven Hokinq süni intellektlə bağlı xəbərdarlıq edərək bildirirdi ki, yüksək inkişaf etmiş süni intellekt özünü yenidən layihələndirə və intellekt baxımından insan təkamülünü geridə qoya bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Wion" yazıb. O, tədqiqatçıları süni intellektin məqsədlərin

9 oktyabr
.

Tibetdə buz dövrünə aid qədim buz aşkar edildi

Tibet yaylasında yaşı 128 min ildən çox ola bilən buz aşkar edilib. Dağ buzlağının dərin qatlarında qorunub saxlanılan bu buzun son buz dövrünə aid olduğu ehtimal edilir. Bu tapıntı alimlərə minilliklər ərzində regionda baş vermiş iqlim dəyişikliklərini daha yaxşı anlamağa kömək edə bilər. Qaynarinf

10 oktyabr
.

Makron istefa verdi

Fransa Prezidenti Emmanuel Makron istefa verib. xarici mediaya istinadən xəbər verir ki, Fransada son günlər baş verən kütləvi etirazlar fonunda Emmanuel Makronun istefa verdiyi bildirilir

9 oktyabr
.

Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu

Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus

9 oktyabr
.

76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq

Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy

7 oktyabr
.

The Guardian: "Husilər Səudiyyə Ərəbistanının hava limanına hücum etdiklərini iddia edirlər"

Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına hücum etdiklərini iddia ediblər. Bununla yanaşı, aviaşirkətlər təhlükəsizlik narahatlıqları fonunda Səudiyyə Ərəbistanının paytaxtına uçuşları dayandırmağa başlayıblar. The Guardian-a istinadən xəbər verir ki

9 oktyabr