Ərdoğan: "Maddi vəsaiti olmayan vətəndaşlar da təhlükəsiz evə sahib ola biləcəklər"

Ərdoğan: "Maddi vəsaiti olmayan vətəndaşlar da təhlükəsiz evə sahib ola biləcəklər""Risk qiymətləndirilməsi aparılan evlərin dəyərinin yarısını dövlət olaraq biz qarşılayacağıq".

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Qaziosmanpaşa meydanında "Kentsel dönüşüm" layihəsinin açar təslimi və təməlqoyulma mərasimində iştirakı zamanı bildirib.

"Kentsel dönüşüm" layihəsi çərçivəsində "Yarısı bizdən" kampaniyasına başlayırıq. Risk qiymətləndirilməsi aparılan evlərin dəyərinin yarısını dövlət olaraq biz qarşılayacağıq. 100 kvadratmetrlik 2+1 tipli ev tikmək istəyən vətəndaşa bu 1,5 milyona başa gəlirsə, onun 750 min lirəsini biz verəcəyik. Qalan 750 min lirəni isə vətəndaş özü qoyacaq və dərhal evini yeniləyə biləcək. 120 kvadratmetrlik 3+1 tipli ev üçün dövlət tərəfindən qarşılanacaq hissə isə 900 min lirə olacaq ki, bu da 1,8 milyonun yarısına bərabərdir.

Borc götürmək istəyən vətəndaşlara da fərqli imkanlar yaradacağıq. Maddi vəsaiti olmayan vətəndaşlar da təhlükəsiz evə sahib ola biləcəklər.

Kampaniyaya İstanbuldan başlayırıq. Bu yolla hədəfimiz İstanbulda yenilənməyə ehtiyacı olan 1,5 milyon yaşayış yerindən 300 minində bu işləri bir il ərzində başa çatdırmaqdır", - deyə Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti həmçinin kirayə ilə bağlı da yardımların olacağını deyib.

"İkinci yaxşı xəbərimiz kirayə yardımı ilə bağlıdır. İstanbulda kirayə yardımını 3500 lirədən 5250 lirəyə qaldırırıq. Vətəndaşlar istəsələr kirayə yardımından yararlana bilər, istələr də kreditlə evlərini təmir edə bilərlər", - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 819   Tarix: 22 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya Ukraynada sərnişin avtobusuna zərbə endirib: 33 nəfər ölüb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobusuna zərbə endirib, nəticədə 33 nəfər ölüb və 18 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında bildirib. "Kramatorskda içərisində sərnişinləri

8 oktyabr
.

30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı

ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da

7 oktyabr
.

İstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub

Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14

8 oktyabr
.

Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu

Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus

9 oktyabr
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

7 oktyabr
.

Tramp Vitkoffun İran məsələsinin həlli üzərində işlədiyini bildirib

ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun İran böhranının həlli üçün fəal şəkildə çalışdığını açıqlayıb. xəbər verir ki, Tramp Texasda keçirilən seçki kampaniyası mitinqində çıxış edərkən bildirib ki, "O, İranla razılaşma üzərində işləyir". Onun sözlərinə görə, İran tərəf

8 oktyabr
.

Stiven Hokinqin süni intellektlə bağlı son xəbərdarlığı: O, bəşəriyyətdən nə istəyirdi?

Stiven Hokinq süni intellektlə bağlı xəbərdarlıq edərək bildirirdi ki, yüksək inkişaf etmiş süni intellekt özünü yenidən layihələndirə və intellekt baxımından insan təkamülünü geridə qoya bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Wion" yazıb. O, tədqiqatçıları süni intellektin məqsədlərin

9 oktyabr
.

SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR

Pakistan Səudiyyə Ərəbistanının Yəməndəki husilərə qarşı həyata keçirdiyi hərbi əməliyyatlara rəsmən qoşulub. xəbər verir ki, bu barədə "The New York Times" nəşri yüksəkrütbəli mənbəyə istinadən məlumat yayıb. Pakistan Silahlı Qüvvələrinin yüksəkvəzifəli nümayəndəsi bildirib ki, ölkənin hərb

8 oktyabr
.

Rus ordusu bu ərazini tutdu

Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

9 oktyabr