KİV: "MKİ-də seksual zorakılıq iddiaları ilə bağlı araşdırma aparılır"

KİV: "MKİ-də seksual zorakılıq iddiaları ilə bağlı araşdırma aparılır"ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən kəşfiyyat xidmətinin sıralarında qısnama və cinsi zorakılıq xəbərlərinə reaksiya prosedurunun mümkün pozulmasını araşdırır.

Bu barədə "Politico" qəzeti yazıb.

Nəşrin yazdığına görə, yanvar ayından bəri MKİ-nin azı üç qadın işçisi komitəyə müraciət edərək qurumun qadın işçilərini qısnama şikayətləri vermək fikrindən daşındırdığını iddia edib. İstintaq MKİ əməkdaşının yanvar ayında həmkarının onu "fiziki zorakılığa" məruz qoyduğunu və dəfələrlə zorla öpməyə çalışdığını iddia edərək komitəyə müraciət etdikdən sonra başlayıb. Qadın yerli hüquq-mühafizə orqanlarına şikayət edib, olay barədə MKİ-nin bir neçə şöbəsinə bildirib, lakin heç nə edilməyib.

Qurumun əməkdaşının sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin təhlükəsizlik xidmətinin nümayəndələri ona bildiriblər ki, baş verənlər barədə məlumat versə, bu onun idarədəki karyerasına son qoya bilər. MKİ əməkdaşının vəkili Kevin Kerroll nəşrə deyib ki, idarə Konqresə müraciət etmək istəyən qadınları fəsadlarla hədələyib. Bununla belə, MKİ-nin sözçüsü qəzetə açıqlayıb ki, qurumun qadınların Konqreslə əlaqə saxlamasına mane olmağa çalışması barədə fikirlər "gerçəyi yansıtmır": "Biz heç kimi təhdid etməmişik və heç kimə müdaxilə etməmişik".

Konqresə müraciət edən ilk işçinin vəkili onu da qeyd edib ki, müştərisinin sözlərinə görə, son 10 ildə MKİ-də 54 qadın cinsi zorakılığın və ya həmkarları tərəfindən uyğunsuz davranışın qurbanı olduqlarını bildiriblər, ancaq onların işləri lazımi qaydada aparılmayıb.

Komitənin sədri Mayk Törner (Ohayo ştatı, respublikaçı) və komitə üzvü Jim Hayms (Konnektikut ştatı, demokrat) keçən həftə MKİ direktoru Uilyam Börnsə məktub göndəriblər. Onlar idarə rəisindən işçilərinin nədən şikayətləndiyini aydınlaşdırmasını istəyiblər. MKİ-nin yüksəkvəzifəli rəsmisinin sözlərinə görə, Börns 24 saat içində məktuba cavab verib və Konqreslə əməkdaşlıq edəcəyinə söz verib.

İdarənin sözçüsü Temmi Kupperman Torp şərh sorğusuna cavab olaraq qəzetə bildirib ki, onun qurumu "cinsi hücum və qısnamaya qarşı dözümsüzdür". Onun sözlərinə görə, direktor və MKİ ali rəhbərliyinin nümayəndələri "narahatlıqlarını anlamaq və təcili tədbirlər görmək üçün zabitlərlə görüşüblər". O həmçinin söyləyib ki, MKİ "cinsi zorakılıqdan sağ çıxanlarla yaxından işləmək üçün" şöbə yaradıb və orada bu cür problemlərə "bütün ciddiliklə" yanaşılır. Konqres komitəsinin təhqiqatına toxunan Torp vurğulayıb ki, agentlik "onu dəstəkləməyə hazırdır" və "komitəni işin gedişatı barədə bilgiləndirmək" niyyətindədir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1407   Tarix: 22 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rubio: Rusiya və Ukrayna strateji dalandadır

ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, hazırda Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə nizamlanması perspektivləri görünmür. "Report" xəbər verir ki, bu barədə Rubio "Kathimerini" nəşrinə bildirib. Onun sözlərinə görə, hazırda tərəflər təhlükələrlə dolu "stratej

8 oktyabr
.

Aİ rusiyalılara qarşı viza yoxlamalarını gücləndirmək və sanksiyaları artırmaq niyyətindədir

Avropa İttifaqı (Aİ) viza üçün müraciət edən Rusiya vətəndaşlarının yoxlanılmasını, o cümlədən müraciət edənlərin hərbi keçmişinin yoxlanışını sərtləşdirmək, eləcə də Rusiya fiziki və hüquqi şəxslərinə qarşı sanksiya siyahılarını "misli görünməmiş" şəkildə genişləndirmək niyyətindədir. "Report"u

9 oktyabr
.

Rusiya Ukraynada sərnişin avtobusuna zərbə endirib: 33 nəfər ölüb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobusuna zərbə endirib, nəticədə 33 nəfər ölüb və 18 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında bildirib. "Kramatorskda içərisində sərnişinləri

8 oktyabr
.

Stiven Hokinqin süni intellektlə bağlı son xəbərdarlığı: O, bəşəriyyətdən nə istəyirdi?

Stiven Hokinq süni intellektlə bağlı xəbərdarlıq edərək bildirirdi ki, yüksək inkişaf etmiş süni intellekt özünü yenidən layihələndirə və intellekt baxımından insan təkamülünü geridə qoya bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Wion" yazıb. O, tədqiqatçıları süni intellektin məqsədlərin

9 oktyabr
.

Tibetdə buz dövrünə aid qədim buz aşkar edildi

Tibet yaylasında yaşı 128 min ildən çox ola bilən buz aşkar edilib. Dağ buzlağının dərin qatlarında qorunub saxlanılan bu buzun son buz dövrünə aid olduğu ehtimal edilir. Bu tapıntı alimlərə minilliklər ərzində regionda baş vermiş iqlim dəyişikliklərini daha yaxşı anlamağa kömək edə bilər. Qaynarinf

10 oktyabr
.

Makron istefa verdi

Fransa Prezidenti Emmanuel Makron istefa verib. xarici mediaya istinadən xəbər verir ki, Fransada son günlər baş verən kütləvi etirazlar fonunda Emmanuel Makronun istefa verdiyi bildirilir

9 oktyabr
.

Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu

Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus

9 oktyabr
.

76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq

Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy

7 oktyabr
.

The Guardian: "Husilər Səudiyyə Ərəbistanının hava limanına hücum etdiklərini iddia edirlər"

Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına hücum etdiklərini iddia ediblər. Bununla yanaşı, aviaşirkətlər təhlükəsizlik narahatlıqları fonunda Səudiyyə Ərəbistanının paytaxtına uçuşları dayandırmağa başlayıblar. The Guardian-a istinadən xəbər verir ki

9 oktyabr