Afaq Bəşirqızı: "Siyavuş Aslanın oğlu atasının seyfindən 25 min dollar oğurlayıb" - VİDEO
Xalq artisti Afaq Bəşirqızı mərhum həmkarı Siyavuş Aslanın uzun zamandır səfil həyat yaşayan böyük oğlu Çingiz Aslan barədə gözlənilməz açıqlama verib.
Bizim.media xəbər verir ki, A.Bəşirqızı Çingizin atası sağ ikən yaşadığı evdən 25 min dollar oğurladığını deyib.
"Siz elə bilməyin ki, Siyavuş Aslanın böyük oğlu Çingiz Aslana diqqət olmayıb. Onun heç diqqətə ehtiyacı da yox idi. Siyavuş bəlkə də bu qədər aktyorun arasında ən imkanlısı və varlısı olub.
Siyavuş Aslan dünyasını dəyişdikdən sonra mülkləri qaldı. Sizi maraqlandıran bir çox məsələləri zamanında gizlətmişik. Təbii ki, hər şeyin həddi var. Biz hər şeyi açıb deməmişik. Amma indi deyirəm. Funikulyorun yanında Çinar kafesi vardı. Obyektin altının 600 kvadratmetr sahəsi olardı. Ora Siyavuş Aslanın idi. Oranı milyon yarım manata tələm-tələsik satdılar.
Siyavuş Aslanın Dənizkənarı Milli Parkla üzbəüz, Akademik Musiqili Teatrının yanında evi vardı. 8 qonşunu köçürüb, o evləri almışdı. Bundan əlavə, həyətdə 38 kvadratmetrlik evi vardı. Siyavuş hər zaman öz ailəsinə, uşaqlarına qarşı çox diqqətcil olub. Sadəcə, belə oldu. O qədər övladlarını əzizlədi ki, axırda da belə oldu.
Onun Eldar adlı digər övladı başını götürüb Türkiyəyə qaçdı. Ağıllı oğlandır. Amma Çingiz belə oldu. Ona Elgiz özü və başqa-başqa oğullar yardım əlini uzadıb, maddi köməklik ediblər. 23 dəqiqəyə atasının başının altından seyfin açarını götürərək açıb, 25 min dolları götürüb. O, evdən çıxanda Siyavuş bunu bilib. Bulvarla Siyavuşun evinin arasında o səkidən bu səkiyə kiçik yoldur. Siyavuş onun arxasınca adam göndərdi. Çingizi tutanda artıq götürdüyü 25 min dollar yox idi".
Elgiz Əkbər isə A.Bəşirqızının bu sözlərinə "Çingiz dedi ki, atamdan 50 min dollar pul oğurlamışdım.
Gəldim bulvara, yuxu məni tutdu. Başımı qoydum oturacağa, ayılanda gördüm ki, pul yoxdur. Siyavuş müəllimin çoxlu qızılları vardı. Hamısının "dalına keçdi", - deyə cavab verib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMənsum İbrahimov yenidən "Məcnun" olacaq?
Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun
26 avqustFəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto
Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb
17 avqustAleksandr Şarovski ilə vida mərasimi keçirilir
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
9 sentyabrFirəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin
20 sentyabr"Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Yazıçılar Birliyində Dilarə Nağıyevanın "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, nəşrdə 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror hücumu zamanı Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıqdan bəh
4 noyabrMərhum Xalq artistinin abidəsi adi olmayacaq
Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:
25 avqustLuvr bağlanmaq təhlükəsi ilə üz-üzədir
Parisə yerləşən Luvr Muzeyinin direktoru Kristof Leribo xəbərdarlıq edib ki, bina əsaslı təmir olunmasa, muzey qapılarını ziyarətçilərin üzünə bağlamaq məcburiyyətində qala bilər. "Qafqazinfo" xəbər verir ki, o, "Le Figaro"ya müsahibəsində muzeyin köhnəlmiş infrastrukturu və təhlükəsizli
15 oktyabr"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
1 oktyabr