Ərdoğanın andiçmə gününün tarixi açıqlandı
"İyunun 2-də Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkillərinin andiçmə mərasimi keçiriləcək, prezidentin andiçmə mərasimi isə təqvimə əsasən, şənbə günü, iyunun 3-də baş tutacaq".
Bu sözləri Türkiyə prezidentinin baş müşaviri, Prezidentin Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum deyib.
Mehmet Uçum seçkilərin yekun nəticələrinin rəsmi açıqlanmasından sonra baş tutacaq proseslə bağlı öz "Twitter" hesabında açıqlama verib.
Uçum Mərkəzi Seçki Komissiyasının (YSK) son seçki nəticələrini bu gün "Resmi Gazete"yə göndərdiyini və yekun nəticələrin elan edildiyini xatırladıb. O bildirib ki, elandan sonrakı üçüncü gün TBMM saat 14:00-da toplanacaq.
"Prezident seçkisinin rəsmi yekun nəticəsi cümə axşamı günü açıqlanacaq və Türkiyə Böyük Millət Məclisinin sədrinə bildiriləcək. Elan verildiyi gün YSK tərəfindən hazırlanan prezident seçkisinə dair hesabat da seçilmiş prezidentə təqdim edilməsi üçün TBMM rəhbərliyinə veriləcək. TBMM-in ilk iclasından sonra üç gün ərzində isə prezident protokolu təslim alaraq and içəcək", - deyə o qeyd edib.
Mehmet Uçum bildirib ki, bu təqvimə görə, iyunun 2-də Türkiyə Böyük Millət Məclisi onun ən yaşlı üzvü olan Dövlət Bağçalının sədrliyi ilə toplanacaq və millət vəkillərinin andiçmə mərasimi keçiriləcək.
"İyunun 3-ü, şənbə günü TBMM-in müvəqqəti sədri cənab Bağçalı tərəfindən prezident seçkisi ilə bağlı hesabat seçilmiş Prezident Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək. Sonra elə həmin gün Külliyedə yeni prezidentin andiçmə mərasimi keçiriləcək. Mərasimdən sonra prezidentimiz kabinetin tərkibini elan edəcək.
İyunun 4-də təyin edilmiş vitse-prezident/müavinlər və nazirlər Türkiyə Böyük Millət Məclisinin ümumi yığıncağında and içəcəklər", - deyə o bildirib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1453 Tarix: 30 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib
Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib. Sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 13,
8 oktyabrYəməndə müharibə yenidən qızışır
Husilər Səudiyyə Ərəbistanına və Ədən hava limanına raket hücumları həyata keçirdiklərini açıqlayıblar. Reuters-ə istinadən xəbər verir ki, Ər-Riyadda raketin ələ keçirildiyi bildirilir. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
7 oktyabr76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq
Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy
7 oktyabrABŞ Fransada olan vətəndaşlarına xəbərdarlıq edib
ABŞ-nin Fransadakı səfirliyi ölkədə baş verən iğtişaşlarla əlaqədar amerikalıları ehtiyatlı olmağa çağırıb. Bu barədə diplomatik nümayəndəliyin saytında məlumat dərc olunub. "Fransanın hər yerində şagirdlərin etirazları davam edir və bəzi etirazlar iğtişaşlara çevrilib. Yürüşlər məktəb şəhərciklərində
6 oktyabrLitva ordusu ABŞ-dən döyüş dronları alıb
Litva Silahlı Qüvvələri "Switchblade 600" döyüş dronlarının ilk partiyasını alıb. "Report" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Dronları Litvaya ABŞ-nin "AeroVironment" şirkəti tədarük edir. "Switchblade 600"
7 oktyabrPolşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Polşada Poznandakı məktəbi və dəmir yolu vağzalını partlatmaqla hədələyən 19 yaşlı gənc saxlanılıb. "Report" xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb. Qeyd olunub ki, o, sentyabrın sonlarında bir neçə müəssisənin elektron ünvanlarına partlayıcı maddələrdən istifadə hədələr
6 oktyabrABŞ-İran müharibəsində gərginlik artır: Hörmüz boğazında tankerə hücum
ABŞ və İran arasında davam edən hərbi qarşıdurmada gərginlik yenidən yüksəlib. Reuters-ə istinadən xəbər verir ki, son hadisələr əsasən Hörmüz boğazında baş verən hücumlar, ABŞ-ın hərbi hazırlığı və Tehranla Vaşinqton arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqları ətrafında cərəyan edir. Hörmüz boğazında
7 oktyabr