Ərdoğanın yeni kabinetində kimlər olacaq?
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan vitse-prezident təyin edilə bilər.
Bu barədə təhlükəsizlik siyasəti üzrə mütəxəssis Mete Yarar "CNN Türk" telekanalında yayımlanan "Gecə görüşü" proqramında yeni kabinetdə yer alacaq adların müzakirəsi zamanı deyib.
O, Hakan Fidanın nazir və ya vitse-prezident təyin ediləcəyi fikrində olduğunu qeyd edib.
"Xarici İşlər Nazirliyi, Milli Kəşfiyyat Təşkilatı (MİT) və Milli Müdafiə Nazirliyi üçlü bir komanda kimi çalışırlar. Ölkə xaricindəki bir çox görüşlərə birlikdə qatılırlar. Bu görüşlərdə iştirak edənlərin bəziləri fərqli vəzifələrə təyin edilə bilərlər. Hakan Fidanın nazir və ya vitse-prezident təyin olunacağı fikrindəyəm", - deyə Mete Yarar bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni kabinetin tərkibini şənbə günü açıqlayacağı gözlənilsə də, kulisdə danışılan xəbərlərə görə, Nazirlər Kabinetinin tamamilə dəyişəcəyi bildirilir.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının yeni qrup rəhbərliyi müəyyənləşib. Yeni rəhbərlikdə qrup prezidenti Abdullah Gülər, Abdulhamit Gül, Özlem Zengin, Emin Akbaşoğlu, Leyla Şahin Usta və Bahadır Yenişehirlioğlu onun müavinləri təyin ediliblər.
Məlumata görə, xarici işlər və müdafiə nazirləri Mövlud Çavuşoğlu və Hulusi Akarın öz postlarını saxlayacaqları gözlənilir.
Prezidentin rəsmi nümayəndəsi İbrahim Kalın hökumət rəhbərliyinə daxil edilə bilər, onun hansı vəzifəni tutacağı məlum deyil. Bundan əvvəl yerli mətbuatda onun Xarici İşlər Nazirliyinə rəhbərlik edə biləcəyi ilə bağlı xəbərlər dərc olunub.
Həmçinin Türkiyənin keçmiş baş nazirinin müavini, maliyyə naziri Mehmet Şimşekin Nazirlər Kabinetinə gözlənilən təyinatı haqqında da danışılır./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1207 Tarix: 31 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib
Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib. Sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 13,
8 oktyabrYəməndə müharibə yenidən qızışır
Husilər Səudiyyə Ərəbistanına və Ədən hava limanına raket hücumları həyata keçirdiklərini açıqlayıblar. Reuters-ə istinadən xəbər verir ki, Ər-Riyadda raketin ələ keçirildiyi bildirilir. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
7 oktyabr76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq
Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy
7 oktyabrABŞ Fransada olan vətəndaşlarına xəbərdarlıq edib
ABŞ-nin Fransadakı səfirliyi ölkədə baş verən iğtişaşlarla əlaqədar amerikalıları ehtiyatlı olmağa çağırıb. Bu barədə diplomatik nümayəndəliyin saytında məlumat dərc olunub. "Fransanın hər yerində şagirdlərin etirazları davam edir və bəzi etirazlar iğtişaşlara çevrilib. Yürüşlər məktəb şəhərciklərində
6 oktyabrLitva ordusu ABŞ-dən döyüş dronları alıb
Litva Silahlı Qüvvələri "Switchblade 600" döyüş dronlarının ilk partiyasını alıb. "Report" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Dronları Litvaya ABŞ-nin "AeroVironment" şirkəti tədarük edir. "Switchblade 600"
7 oktyabrPolşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Polşada Poznandakı məktəbi və dəmir yolu vağzalını partlatmaqla hədələyən 19 yaşlı gənc saxlanılıb. "Report" xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb. Qeyd olunub ki, o, sentyabrın sonlarında bir neçə müəssisənin elektron ünvanlarına partlayıcı maddələrdən istifadə hədələr
6 oktyabrABŞ-İran müharibəsində gərginlik artır: Hörmüz boğazında tankerə hücum
ABŞ və İran arasında davam edən hərbi qarşıdurmada gərginlik yenidən yüksəlib. Reuters-ə istinadən xəbər verir ki, son hadisələr əsasən Hörmüz boğazında baş verən hücumlar, ABŞ-ın hərbi hazırlığı və Tehranla Vaşinqton arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqları ətrafında cərəyan edir. Hörmüz boğazında
7 oktyabr