İllik 127 min dollar maaşla it baxıcısı AXTARILIR
Böyük Britaniyadan olan amerikalı milyarderlər ailəsi illik 127 min dollar maaşla itləri üçün tam ştatlı dayə axtarır.
Lent.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Dərc edilən elanda deyilir ki, seçilmiş namizəd Londonun yüksək səviyyəli bölgəsindəki ailənin evində yaşayacaq və itlərə misilsiz qayğı və diqqət göstərəcək, onlara dəyərli ailə üzvləri kimi baxacaq.
"İki sevimli itə birinci dərəcəli qulluq göstərəcək çox təcrübəli it baxıcısı axtarılır. Bu, öz sahəsində itlərin ümumi rifahını, xoşbəxtliyini və təhlükəsizliyini təmin edə bilən bir insan olmalıdır" deyə iş elanında deyilir.
Müraciət etmək niyyətində olan şəxs itlərin ehtiyaclarını ödəmək üçün axşamlar, həftə sonları və bayram günləri də daxil olmaqla qeyri-müntəzəm saatlarda işləməyə hazır olmalıdır.
İşə götürən Corc Dannın sözlərinə görə, elan bir həftədən az əvvəl dərc edilib, lakin 400-dən çox potensial namizəd artıq ona cavab verib:
"İlk dəfədir ki, it baxıcısı üçün vakansiya elan edirik. Namizəd üçün təklif olunan maaş elə-belə verilmir. Hətta bir baytar olaraq belə pul qazanmaq sizin üçün çətin olacaq".
Corc Dann əlavə edib ki, it baxıcısı ildə 6 həftəlik ödənişli məzuniyyət hüququna malikdir.
"Belə müştərilərlə məşğul olanda, sabah Monakoya getmək istəsələr, bu itlərlə şəxsi təyyarədə uçmalı olacağına hazır olmalısan. Hər şeyi atıb şəxsi həyatınızı arxa plana keçirməli olacaqsınız" deyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1816 Tarix: 22 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Litva ABŞ-ın daimi hərbi bazasını qəbul etməyə hazırdır
Litva ABŞ-ın ölkə ərazisində daimi hərbi baza yerləşdirməsinə hazırdır. xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Robertas Kaunas milli bildirib. Nazirin sözlərinə görə, Litva ABŞ hərbçilərinin ölkədə yerləşdirilməsi ilə bağlı xərcləri qarşılamağa, müttəfiq qüvvələrin fəaliyyəti üçün zəruri infrastrukturu
6 oktyabrSaturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?
Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də "qarşıdurma" (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən bir
6 oktyabrABŞ-İran müharibəsində son vəziyyət: Hörmüzlə bağlı gərginlik davam edir
ABŞ-İran müharibəsində əsas diqqət hazırda Hörmüz boğazına yönəlib. İran tərəfi boğazın tam açılması üçün müəyyən şərtlərin yerinə yetirilməsini tələb edir. Tehran ABŞ-a mövqeyini vasitəçilər üzərindən çatdırsa da, İran rəsmiləri əlavə məsələlərin hələ Vaşinqtona bildirilməli olduğunu açıqlayıblar. Müharibəni
6 oktyabr25 il sonra yenidən "Mumiya"da - Foto
Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl
7 oktyabrMeksika Kubaya yanacaq təchizatını tamamilə dayandırıb
Meksikanın dövlət neft-qaz şirkəti "Pemex" 2026-cı ilin üçüncü rübündə Kubaya yanacaq təchizatını tamamilə dayandırıb. Bu barədə "El Universal" qəzeti məlumat yayıb. Bildirilib ki, ABŞ-nin sanksiya tətbiq etmək təhdidi səbəbindən ilin ilk yarısında ixrac həcmlərinin kəskin azaldılmasında
6 oktyabrİrəvan və Yeni Dehli Pinaka Mk-II raketlərinin istehsalını müzakirə edirlər
Ermənistan və Hindistan Ermənistanda "Pinaka Mk-II" raketlərinin istehsalını və yığılmasını təşkil etmək imkanlarını müzakirə edirlər. xəbər verir ki, bu barədə Hindistanın IDRW hərbi portalı məlumat verib. Qəzetin məlumatına görə, mümkün razılaşma iki ölkə arasında hərbi-sənaye əməkdaşlığınd
7 oktyabrPolitico: "AB böyük itkilərlə nəticələnə biləcək hibrid hücuma hazırlaşır"
Politico-nun Brüsseldən hazırladığı analitik yazıda bildirilir ki, Avropa Birliyinin 27 ölkəsinin diplomatları son həftələrdə çoxsaylı insan itkisinə səbəb ola biləcək böyük hibrid hücum ssenarisinə hazırlıq məsələsini müzakirə edirlər. Politico-ya istinadən xəbər verir ki, söhbət yalnız kiberhücumda
7 oktyabr