Litva ABŞ-ın daimi hərbi bazasını qəbul etməyə hazırdır
Litva ABŞ-ın ölkə ərazisində daimi hərbi baza yerləşdirməsinə hazırdır.
Bizimyol.info xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Robertas Kaunas milli bildirib.
Nazirin sözlərinə görə, Litva ABŞ hərbçilərinin ölkədə yerləşdirilməsi ilə bağlı xərcləri qarşılamağa, müttəfiq qüvvələrin fəaliyyəti üçün zəruri infrastrukturun yaradılmasına investisiya yatırmağa və hərbi təlimlər üçün əlverişli şərait təmin etməyə hazırdır.
Kaunas bu açıqlamanı ABŞ Prezidenti Donald Trampın Litvanın ölkə ərazisində ABŞ hərbi bazasının yaradılması ilə bağlı təklifinin nəzərdən keçiriləcəyi barədə bəyanatını şərh edərkən səsləndirib.
"Biz ABŞ bazasını qəbul etməyə hazırıq", - deyə Litvanın müdafiə naziri bildirib.
O, həmçinin Litvanın müdafiə və təhlükəsizlik sahəsinə yatırılan investisiyalar baxımından NATO ölkələri arasında lider mövqedə olduğunu vurğulayıb.
Qeyd edək ki, 2019-cu ildən ABŞ ordusunun təxminən 1 000 hərbçidən ibarət batalyonu Litvada rotasiya əsasında yerləşdirilib. Batalyonun tərkibində "Abrams" tankları, "Bradley" piyada döyüş maşınları və "Paladin" artilleriya sistemləri olub.
2024-cü ilin noyabrında rotasiyaların fasiləsiz həyata keçirilməsi barədə qərar qəbul edilsə də, 2026-cı ilin iyununda ABŞ batalyonu Litvadan çıxarıb. Vaşinqton bundan sonra ölkədə hərbi mövcudluğunun gələcəyi ilə bağlı açıqlama verməyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 123 Tarix: 06 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampdan yeni hücum anonsu: "İranla heç vaxt sülh olmayacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkisindən sonra İrana qarşı yeni bombardmanların ola biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Time" nəşrinə müsahibəsində məlumat verib. Jurnalistin aralıq seçkilərdən sonra yeni hava zərbələrini
4 oktyabrTramp administrasiyası Rusiyada mümkün vəba epidemiyasını izləməyə başlayır
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyada şübhəli vəba xəstəliyi və bununla bağlı karantin tədbirləri barədə məlumatları izləyir. xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Axios-a bildirib. Onun sözlərinə görə, administrasiya hadisələrdən "xəbərdardır" və vəziyyətin inkişafı üçü
5 oktyabrHindistanda evə soxulan bəbir altı nəfəri yaraladı
Hindistanın Çhattisqarh əyalətinin Mahasamund rayonunda bir kənd evinə girən bəbir altı nəfəri yaralayıb. xəbər verir ki, bu barədə yerli "Times of India" qəzeti məlumat yayıb. Nəşr bildirib ki, "Şənbə axşamı bəbir Mahasamund ərazisindəki bir evə girib və ailənin altı üzvünə hücum edib"
5 oktyabrİspaniyada növbədənkənar seçki elan edildi
İspaniyanın baş naziri Pedro Sançes parlamentdə mənzil böhranının qarşısını almaq məqsədilə hazırlanan təcili qanunvericilik paketinin qəbul edilməməsindən sonra növbədənkənar seçki elan edib. The Guardian-a istinadən xəbər verir ki, səsvermənin 29 noyabrda keçirilməsi planlaşdırılır. Məlumata görə
5 oktyabrŞimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb. "Haber Global"a istinadən xəbər verir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizinə başlanılıb. Bununla da qəza nəticəsində ölənlərin say
5 oktyabrRusiya Ukraynanın iki yük gəmisini vurduğunu açıqladı
Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukraynaya məxsus iki quru yük gəmisinin vurulduğunu açıqlayıb. Reuters-ə istinadən xəbər verir ki, Moskvanın məlumatına görə, gəmilərdən biri hərbi texnika, digəri isə hərbi təyinatlı yüklər daşıyıb. Rusiya həmçinin Çornomorsk limanında yanacaq anbarlarına zərb
5 oktyabrVarlılar Britaniyanı tərk edir
Zəngin britaniyalılar və investorlar ölkəni tərk edir, bu isə Londonun qlobal maliyyə mərkəzi kimi mövqeyini zəiflədir. Bu barədə "Bloomberg" agentliyində məqalə dərc olunub . Məqaləyə görə, son iki ildə bu indeksə daxil olan Böyük Britaniyanı tərk emiş və ya ölkə ilə əlaqələrini zəiflədə
5 oktyabrNyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş
6 oktyabr