Priqojinin təyyarəsi Belarusda hərbi aerodroma enib - FOTO

Priqojinin təyyarəsi Belarusda hərbi aerodroma enib - FOTORusiyanın "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi iyunun 27-də Belarusun hərbi aerodromlarından birinə eniş edib.

Bu barədə "Belarus Gayun" monitorinq qrupu məlumat verib.

"Yevgeni Priqojinin biznes-jeti (RA-02795 qeydiyyat nömrəli) saat 07:40-da (Bakı vaxtı ilə 08:40 - red.) Minsk yaxınlığındakı "Maçulişi" hərbi aerodromuna eniş edib", - deyə qeyd edilib.

Məlumata görə, 18 dəqiqə sonra Rusiyadan daha bir biznes-jet enib.

"RA-02878 dövlət nömrə nişanlı "BAe 125-800B" biznes-jeti Sankt-Peterburqdan havaya qalxıb və saat 07:58-də (Bakı vaxtı ilə 08:58 - red.) "Maçulişi" hərbi aerodromuna enib", - deyə "Belarus Gayun" əlavə edib.

Qeyd edək ki, ötən gün Yevgeni Priqojinin Belarusda olduğuna dair xəbərlər yayılıb.

"BRIEF" "Telegram" kanalının məlumatına görə, Priqojin Minskdə "Green City" otelində görüntülənib. Otellə əlaqə saxlanılsa da, Priqojin haqqında hər hansı məlumat əldə etmək mümkün olmayıb.
"Qonaqlar haqqında məlumat məxfidir, o, burada olsa da, sizə belə bir məlumat verə bilməzdik", - deyə oteldən bildirilib.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidmətindən də belə bir məlumata sahib olmadıqları deyilib.

Qeyd edək ki, Belarusda "Vaqner" özəl hərbi şirkətinin döyüşçülərinin yerləşəcəyi düşərgələr yaradılır.
Priqojinin təyyarəsi Belarusda hərbi aerodroma enib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1963   Tarix: 27 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Meksika Kubaya yanacaq təchizatını tamamilə dayandırıb

Meksikanın dövlət neft-qaz şirkəti "Pemex" 2026-cı ilin üçüncü rübündə Kubaya yanacaq təchizatını tamamilə dayandırıb. Bu barədə "El Universal" qəzeti məlumat yayıb. Bildirilib ki, ABŞ-nin sanksiya tətbiq etmək təhdidi səbəbindən ilin ilk yarısında ixrac həcmlərinin kəskin azaldılmasında

6 oktyabr
.

Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?

Günəşdən Yerdən təxminən 10 dəfə uzaqda yerləşən nəhəng planet Saturn oktyabrın 4-də "qarşıdurma" (oppozisiya) mərhələsinə çatıb. Bu zaman Yer Günəşlə Saturnun demək olar ki, tam arasında yerləşir. Bu səbəbdən qarşıdakı günlər Saturnu müşahidə etmək üçün ilin ən əlverişli dövrlərindən bir

6 oktyabr
.

76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq

Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy

7 oktyabr
.

Tramp: Demokratlar qalib gələrsə, ABŞ iflasla üzləşəcək

ABŞ prezidenti Donald Tramp bildirib ki, Demokratlar Partiyasının qarşıdan gələn seçkilərdə qələbə qazanması halında, ABŞ qaçılmaz iflasla üzləşəcək, çünki Demokratlar bütün ticarət tariflərini dərhal ləğv edəcəklər. xəbər verir ki, Tramp vurğulayıb ki, "Əgər biz respublikaçılar qalib gəlsək, b

7 oktyabr
.

Dnepr üzərindəki körpüyə dəyən zərbə nəticəsində beş nəfər xəsarət alıb

Rusiya qoşunları Zaporojye şəhərində Dnepr çayı üzərindəki körpülərdən birinə zərbə endirib. xəbər verir ki, bu barədə Zaporojye regional hərbi administrasiyasının rəhbəri vəzifəsini icra edən Mixail Semikin məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində beş nəfər yaralanıb: işə tələsən iki Qırmız

6 oktyabr
.

Paşinyan hərbçimizlə bağlı sualı cavabsız qoydu: "Cümə axşamını gözləyin"

Azərbaycanlı hərbçi Nəsimi Musayevin taleyi barədə jurnalistlər Ermənistan lideri Nikol Paşinyanın mövqeyini öyrənməyə cəhd ediblər. xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib. Yerli KİV nümayəndələri baş nazirdən azərbaycanlı hərbçinin taleyinin necə olacağı və bununla bağlı hansıs

6 oktyabr
.

Türkiyədə 17 bələdiyyə işçisi rüşvət ittihamı ilə saxlanılıb

Türkiyənin İstanbul əyalətinin Esenyurt bələdiyyəsində bəzi tenderlərdə saxtakarlıq edildiyi və podratçılardan rüşvət alındığı iddialarına yönəlik istintaq çərçivəsində keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb. xəbər verir ki, məlumatı "Haber Global" yayıb. Məlumata görə, sözügedən cinayə

7 oktyabr
.

Rubio: İran ABŞ ilə anlaşma əldə etmək şansını qaçırdı

İran öz nüvə proqramına dair ABŞ ilə razılaşma əldə etmək üçün çoxsaylı imkanlardan istifadə edə bilmədi. -ın "Al Jazzera" telekanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Yunanıstanda səfərdə olan dövlət katibi Marko Rubio mətbuat konfransı zamanı bildirib. O əlavə edib ki, İra

7 oktyabr
.

ABŞ-İran müharibəsində son vəziyyət: Hörmüzlə bağlı gərginlik davam edir

ABŞ-İran müharibəsində əsas diqqət hazırda Hörmüz boğazına yönəlib. İran tərəfi boğazın tam açılması üçün müəyyən şərtlərin yerinə yetirilməsini tələb edir. Tehran ABŞ-a mövqeyini vasitəçilər üzərindən çatdırsa da, İran rəsmiləri əlavə məsələlərin hələ Vaşinqtona bildirilməli olduğunu açıqlayıblar. Müharibəni

6 oktyabr