"50 yaşlı" qadın 18 yaşını qeyd edir - Nadir xəstəlik

"50 yaşlı" qadın 18 yaşını qeyd edir - Nadir xəstəlikNadir xəstəlik səbəbiylə 50 yaşı olan filippinli qadın bu yaxınlarda orta məktəbi bitirib və 18 yaşını qeyd edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hələ 14 yaşında Rayzel Kalaqo sağlam bir yeniyetmə olub. Lakin tezliklə onda qeyri-adi simptomlar inkişaf edib. Ailənin allergiya ilə səhv saldığı filippinlinin dərisində qırmızı, qaşınan ləkələr görünməyə başlayıb. Qızın anası onu xəstəxanaya aparıb. Həkimlər ona son dərəcə nadir bir xəstəlik - Hutchinson-Gilford sindromu kimi tanınan progeriya diaqnozu qoyublar. Bu, uşaqlarda sürətli qocalmaya səbəb olan genetik bir xəstəlikdir.

Filippinli orta məktəbi təzəcə bitirib, lakin dərisi və üzünün dəyişməsi onu yaşından xeyli artıq göstərir. Çoxları onun xarici görünüşünün 50 yaşlı qadının görünüşünə uyğun olduğunu deyir.

Xəstəliklə bağlı çətinliklərə baxmayaraq, Rayzel 18 yaşını ailəsi və dostları ilə qeyd edib. O, kollecə gedir və otelçilik üzrə bakalavr dərəcəsi almaq arzusundadır.

Anası arzu edir ki, zaman keçdikcə qızı özünə dostlar tapacaq və onu xüsusi hiss etdirəcək insanlarla tanış olacaq. Eyni zamanda, qadın görünüşü ilə bağlı əksəriyyətin reaksiyasının qızı üçün çox çətin olacağını başa düşür.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3152   Tarix: 06 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-nin xaricdəki biolaboratoriyaları maliyyələşdirdiyinə dair sübutlar açıqlanıb

ABŞ Milli Kəşfiyyat Direktorunun Ofisi Birləşmiş Ştatların 30-dan çox ölkədə 120-dən çox biolaboratoriyanı maliyyələşdirdiyinə dair sübutlar açıqlayıb. xəbər verir ki, müvafiq sənəd iyunun 12-də ofisin rəsmi saytında dərc edilib. "Kəşfiyyat qrupunun arxivləri və sənədlərinin bir neçə ay davam edə

14 iyun
.

Trampdan İran rəsmiləri ilə bağlı sərt ittiham: "Çox qeyri-dürüst insanlardır"

ABŞ Prezidenti Donald Tramp İran KİV-ində dərc olunan ABŞ-İran sazişi layihəsinin həqiqətə uyğun olmadığını iddia edib. xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "İranın media vasitəsilə sızdırdığı şərtlərin yazılı şəkildə razılaşdırılmış şərtlərlə he

14 iyun
.

ABŞ-dən UNO-lar haqqında yeni açıqlama: Məxfi fayllar ictimaiyyətə təqdim edildi

Pentaqon naməlum uçan obyektlərin (UNO) uçuşları barədə əvvəllər məxfi saxlanılan sənədlərin üçüncü hissəsini dərc edib. "RBC"yə istinadən xəbər verir ki, fayllar Pentaqonun "naməlum anomal hadisələr"ə həsr olunmuş xüsusi veb-səhifəsində yerləşdirilib. Pentaqon ümumilikdə "naməlu

14 iyun
.

İsrail Livanın cənubunda "Hizbullah"ın 70-dən çox obyektinə zərbələr endirib

İsrail son sutka ərzində Livanın cənubunda "Hizbullah" hərəkatının 70-dən çox obyektinə zərbələr endirib. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF) məlumatında deyilir. Zərbələrin hədəfi qruplaşmanın hücumların hazırlanmasında istifadə etdiyi raket qurğular

13 iyun
.

Pullarını saymaq üçün 31 min 700 il lazımdır

"SpaceX" şirkətinin səhmlərinin ilkin kütləvi təklifi (IPO) nəticəsində tarixdə ilk trilyonçu olan amerikalı sahibkar İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazım olar. AZƏRTAC-a istinadən bildirir ki, bu, "New York" jurnalında yazılmış məqalədə öz əksini tapıb. Bu nəhən

13 iyun
.

"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır

"Uzbekistan Airways" aviaşirkəti Rusiyanın şəhərlərinə uçuşların sayını azaldır. Bu barədə aviaşirkətin mətbuat xidmətinə istinadən xəbər verir. Aviadaşıyıcının məlumatında qeyd olunub ki, bu qərar aviasiya yanacağının çatışmazlığı və bahalaşması səbəbindən qəbul edilib. "Ləğv edilmi

13 iyun
.

Pentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb

ABŞ-nin Müharibə Nazirliyi uçan naməlum obyektlər - anomal hadisələr haqqında üçüncü dəfə məxfilikdən çıxarılan materialları yayımlayıb. "Report"un məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell açıqlama verib. "Müharibə Nazirliyi üçüncü dəfə naməlum anomal hadisələ

13 iyun
.

"Reuters": BƏƏ İranın dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın əvvəllər dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirməyə razılaşıb. "Report" xəbər verir ki, "Reuters" bu barədə mənbələrə istinadən məlumat yayıb. İki mənbənin məlumatına görə, BƏƏ ümumilikdə 10 milyard dollar dəyərində səhmləri aktivləşdirməy

14 iyun
.

İsrail ordusu Livanın cənubundakı 29 qəsəbənin sakinlərinə təxliyə çağırışı edib

İsrail Müdafiə Ordusu Livanın cənubundakı 29 yaşayış məntəqəsinin sakinlərinə "Hizbullah" qruplaşmasının obyektlərinə endiriləcək aviazərbələrlə əlaqədar təcili təxliyə barədə bildirişlər göndərib. "Report" xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Avixay Edri bildirib

14 iyun