Azərbaycanda bəzi bankların lisenziyalarının ləğv edilməsi təklif olunur
Bu gün insanları narahat edən problemlərdən biri də bankların göndərdiyi yalançı mesajlardır. Mesaj göndərilir, kredit verilməsi təklif edilir, lakin vətəndaş müraciət edən zaman məlum olur ki, təklif edilən kredit ona düşmür. Əgər kredit düşmürsə, vətəndaşa niyə mesaj göndərilir?
Məsələ ilə bağlı "Trend"ə açıqlama verən iqtisadçı-ekspert Elşad Məmmədov bildirib ki, əhaliyə göndərilən həqiqəti əks etdirməyən reklam mesajları olduğu halda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mütləq hərəkətə keçməli və istehlakçıların hüquqları təmin olunmalıdır.
"Çünki reallığı əks etdirməyən reklam mesajları istehlakçıların bilavasitə hüquqlarının pozulması deməkdir, onların aldadılmasıdır, həm maddi nöqteyi-nəzərdən, həm vaxt baxımından itkisidir.
Düşünürəm ki, Mərkəzi Bank da ölkədə bank sektorunun tənzimlənməsi ilə bağlı funksiyalarını unutmamalıdır. Bu hallar təkrarlanacağı təqdirdə Mərkəzi Bank hətta lisenziyaların geri alınmasına qədər müvafiq tədbirləri həyata keçirə bilər. Çünki son nəticədə bank sektorunun inkişafı ölkə əhalisinin maddi və sosial rifahının yaxşılaşmasına xidmət etməlidir. Belə yalançı mesajlar olduqda isə biz əks-effektin şahidi oluruq, ölkə əhalisinin hüquqları kobud şəkildə pozulur", - deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
15 noyabrQızılın qiyməti son bir ilin minimumuna düşdü
Dünya bazarında qızılın qiyməti 2025-ci il oktyabrın 2-dən bəri ilk dəfə 3 850 dollar həddindən aşağı enib. bu barədə ticarət platformasının məlumatlarına istinadən məlumat verir. Bildirilib ki, "Comex" birjasında 2026-cı ilin dekabrında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti 1,15 fai
16 noyabrTürk lirəsi tarixi minimuma düşdü
Qlobal iqtisadi vəziyyət və Türkiyənin daxili maliyyə bazarında baş verən sarsıntılar türk lirəsinin növbəti dəfə dəyər itirməsinə səbəb olub. xəbər verir ki, Türkiyədə 1 dollar 50 lirəni, yəni bütün zamanların ən yüksək nöqtəsini keçib
2 noyabrAzərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərcləri 21 %-dən çox artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 54,094 milyon ABŞ dolları dəyərində geyim idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,4 % çoxdur. Oktyabrda Türkiyə Azərbaycana 4,927 milyon ABŞ dolları dəyərində geyim ixra
9 noyabr"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib
Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu
2 noyabrAzərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların
15 noyabrQızıl bazarında son vəziyyət
2026-cı il noyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 670,1795 manat, 1 qramı isə 214,45 manat təşkil edir. Əyyarlara və mənşəyinə görə 1 qram qızılın qiyməti isə 99 əyyar (təmiz qızıl) - 214,45 manat, 750 əyyar (İtalyan qızılı) - 161,0
4 noyabr