BMT rəsmisi Qara dəniz Taxıl Dəhlizi Sazişi üçün Türkiyəyə təşəkkür edib
BMT Baş katibinin humanitar məsələlər üzrə köməkçisi və fövqəladə hallar üzrə koordinator Martin Qriffits Qara dəniz Taxıl Dəhlizi Sazişinə ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür edib.
O, bu barədə BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı bildirib.
"Taxıl dəhlizi təşəbbüsü ərzaq qiymətlərinin artmasına qətiyyətli beynəlxalq cavab idi. Razılaşma həm də yaxşı niyyətlə nəyəsə nail ola biləcəyimizə işarə idi", - deyə o çıxışında vurğulayıb.
Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.
Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.
Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.
Trend.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 593 Tarix: 22 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İspaniyada növbədənkənar seçki elan edildi
İspaniyanın baş naziri Pedro Sançes parlamentdə mənzil böhranının qarşısını almaq məqsədilə hazırlanan təcili qanunvericilik paketinin qəbul edilməməsindən sonra növbədənkənar seçki elan edib. The Guardian-a istinadən xəbər verir ki, səsvermənin 29 noyabrda keçirilməsi planlaşdırılır. Məlumata görə
5 oktyabrTramp administrasiyası Rusiyada mümkün vəba epidemiyasını izləməyə başlayır
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyada şübhəli vəba xəstəliyi və bununla bağlı karantin tədbirləri barədə məlumatları izləyir. xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Axios-a bildirib. Onun sözlərinə görə, administrasiya hadisələrdən "xəbərdardır" və vəziyyətin inkişafı üçü
5 oktyabrQara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU - Yaralılar var - VİDEO
Qara dənizin Rumıniya sahillərindən 20 dəniz mili məsafədə taxıl daşıyan Türkiyəyə məxsus "Royad Mammadov" gəmisi dron hücumuna məruz qalıb. Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, gəmidə hücumdan sonra yanğın baş verib. Son məlumata görə, kapitan və bir heyət üzvü həlak olub, 1
5 oktyabrTarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Tarixin ən böyük avtomobil tıxacı tam 12 gün davam edib və təxminən 100 kilometr məsafəyə uzanıb. Hadisə o qədər qeyri-adi olub ki, dünya mediasının manşetlərinə çıxıb. Qaynarinfo "Supercar Blondie" nəşrinə istinadən xəbər verir ki, tıxac 2010-cu ildə Çində yaranıb. Bu ölkədə avtomobil tıxaclar
5 oktyabrRusiya Ukraynanın iki yük gəmisini vurduğunu açıqladı
Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukraynaya məxsus iki quru yük gəmisinin vurulduğunu açıqlayıb. Reuters-ə istinadən xəbər verir ki, Moskvanın məlumatına görə, gəmilərdən biri hərbi texnika, digəri isə hərbi təyinatlı yüklər daşıyıb. Rusiya həmçinin Çornomorsk limanında yanacaq anbarlarına zərb
5 oktyabrABŞ bombardmançılarını Britaniyadakı bazadan çıxardı
ABŞ Hərbi Hava Qüvvələri İrana qarşı əməliyyatlarda istifadə olunan Britaniyadakı RAF Fairford bazasından B-1 və B-52 bombardmançılarını geri çəkib. CNN-ə istinadən xəbər verir ki, bu qərar bazaya qarşı ehtimal olunan terror planı ilə bağlı araşdırmadan sonra verilib. Pentaqon təyyarələrin ABŞ-dakı bazalar
5 oktyabrƏfqanıstanda qızıl mədəninin çökməsi nəticəsində beş nəfər ölüb
Əfqanıstanın şimalındakı Təhar əyalətində qızıl mədəninin çökməsi nəticəsində beş şaxtaçı ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verib. Hadisə Çah-Ab dairəsinin Şah-Mastan rayonunda qeydə alınıb. Əlavə məlumat verilmir
4 oktyabrTrampdan yeni hücum anonsu: "İranla heç vaxt sülh olmayacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkisindən sonra İrana qarşı yeni bombardmanların ola biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Time" nəşrinə müsahibəsində məlumat verib. Jurnalistin aralıq seçkilərdən sonra yeni hava zərbələrini
4 oktyabr