Pul tələsi, yoxsa qoruyucu vasitə? - ARAŞDIRMA

Pul tələsi, yoxsa qoruyucu vasitə? - ARAŞDIRMAMövsümlə əlaqədar dərimizin ultrabənövşəyi şüalardan qorunması haqqında düşünməliyik. Bu an ilk ağıla gələn, əlbəttə ki, SPF (Sun Protection Factor) tərkibli kremlərdir. Satışda növbənöv və müxtəlif qiymətli kremlər var. Amma... Biz hansı meyarlara uyğun krem seçməliyik? Gəlin birlikdə araşdıraq. Əvvəla, SPF-in nə olduğunu öyrənək. SPF ingilis dilindən tərcümədə günəşdən qorunma faktoru deməkdir. Onun göstəricisi nə qədər çoxdursa, qorunma da bir o qədər effektlidir. Qeyd edək ki, dəriyə mənfi təsir göstərən iki tip ultrabənövşəyi şüalar var: UVA (A qrupu ultrabənövşəyi şüalar) və UVB (B qrupu ultrabənövşəyi şüalar).

"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

Dermatoloq Samirə Teymurova deyir ki, hazırda isti yay günlərini yaşayırıq:

"Azərbaycanda, xüsusilə də Abşeron yarımadasında yaz-yay günləri, hətta payızın əvvəli belə günəşli günlər olur. Günqoruyucu kremlərdən istifadəni tövsiyə edirəm. SPF-li kremlərdə müxtəlif rəqəmlər görürük: 15, 20, 30, 50, 80, 100. Bu, onların qoruyuculuq dərəcəsini göstərir. Dekorativ kosmetikada – dodaq boyası, ənlik, kirşan və s. təxminən 15% qoruyucu olur. Bu, azdır. Payız-qış aylarında və ya soyuq iqlimli yerlərdə 20-30% kifayətdir. Digər aylarda 30 belə bəs etsə də, mart-oktyabr arası SPF 50+ olmalıdır".

"Ultrabənövşəyi şüalar dərinin tez yaşlanmasına səbəb olur", - deyir dermatoloq:

"Məsələn, açıq sahədə (tarlada, inşaatda, dənizdə) işləyən insanların dərisi həm erkən yaşlanır, həm də çox qırışlı olur. Bu kremlər ultrabənövşəyi şüalar nəticəsində qocalmanın da qarşısını alır. Dərinin həddindən artıq şüaya məruz qalması xərçəngə gətirib çıxarır. Əsasən, bir və ikinci fototipə malik dərilər - ağbəniz, sarışın, mavi, alagöz insanlar günəş şüalarına daha həssasdır. Şüalar onların dərisinə daha tez - 10-15 dəqiqəyə mənfi təsir edir. Tünd dərili fototiplər onlara nisbətdə günəşə daha çox davamlıdır. Onlara şüanın mənfi təsiri 30-60 dəqiqədən sonra başlayır".

Samirə xanım daha bir vacib məqama da toxundu:

"Çox insan fikirləşir ki, dağ rayonlarında hava sərindir, qorunmaya ehtiyac yoxdur. Amma nəzərə almaq lazımdır ki, həmin yerlər günəşə daha yaxındır. Buna görə də, dağ rayonlarında da kremlərdən istifadə olunmalıdır. Quba, Qusar, Qəbələdə qış turizm mərkəzlərində qar günəş şüalarını əks etdirir. Həmin yerlərdə şüalar həm göydən gəlir, həm də qara dəyib əks olunur. Biz ikiqat şüalanmaya məruz qalırıq. Ona görə, qışda da açıq nahiyələrdə kremdən istifadə olunmalıdır. Çimərliyə isə, səhər saat 10-a qədər və axşam 6-dan sonra getmək məsləhətdir. Buludlu havada da günəş şüalarının mənfi təsiri var. Amma, vitamin D qəbulu üçün 10-15 dəqiqə kremsiz çıxmaq olar. Bundan ötrü saatlarla günün altında qalmaq lazım deyil. Çıxarkən başa mütləq panama və ya kepka qoyulmalı, gözə eynək taxılmalıdır. Çətir də istifadə etmək olar. Ümumiyyətlə isə, hər iki saatdan bir kremimizi yeniləməliyik. Əvvəl dəridəki kremi silməli, sonra yenisini çəkməliyik. Üzümüzdə makiyaj varsa, sprey tipli SPF-lərdən istifadə edə bilərik".
Dermatoloq başqa bir məsləhət də verdi:

"Biz şüaları da nəzarətimiz altında saxlamalıyıq. Hər birimizin telefonunda hava haqqında məlumat var. Orada havanın temperaturu, küləyin sürəti, nəmişlik, təzyiq və ultrabənövşəyi indeks görünür. Əgər ultrabənövşəyi indeks iki və ondan çoxdursa, mütləq şəkildə qoruyucu kremdən istifadə olunmalıdır. Kremlərdən tək qadınlar yox, kişilər və uşaqlar da istifadə etməlidir".

Kosmetoloq Nuriyyə Adıgözəlova deyir ki, dəri ultrabənövşəyi şüaların mənfi təsirindən mütləq qorunmalıdır:

"Dərinin açıqda qalan hissələrini, xüsusən də, üzü tək yaz və yay aylarında deyil, bütün ilboyu qorumaq lazımdır. Gündüz SPF tərkibli kremlərin istifadəsi dərini qırışlardan, quruluqdan, piqment ləkələrindən, elastikliyin azalmasından qoruyur. SPF-li kosmetik vasitələr günəş şüalarına sanki günəş effekti verir, onları əks etdirərək dəriyə düşməsinin, dağıdıcı təsirinin qarşısını alır. Bundan başqa, krem istifadəsi fotoqocalma, günəş yanığı, bədxassəli dəyişikliklər, həmçinin allergik dermatitin qarşısını alır".

"Kremin istifadəsi düzgün olmalıdır", - deyir kosmetoloq:

"Evdən çıxmamışdan 20-30 dəqiqə əvvəl dəriyə bərabər şəkildə və hamar çəkilməlidir. Belə olan halda krem yaxşı hopur və dərinin üzərində sanki bir müdafiə qatı yaradır. Çox adam kremi bircə üzə çəkməklə kifayətlənir. Amma bu, doğru deyil. Mütləq dekolte, qulaq, dodaqlar, əllər də kremlənməlidir. Dənizə gedəndə hər suya girib-çıxandan sonra krem təkrar vurulmalıdır".

Kosmetoloq başqa vacib mətləblərə də toxundu:

"Krem quru dəriyə çəkilməlidir. Çünki dərinin üzərində olan nəmlik, su kremin dəriyə rahat yayılması və hopmasına imkan verməyəcək. Məsələn, əgər dənizdəsinizsə, təbii ki, kremi bədəninizin bütün açıq qalan hissəsinə çəkməlisiz. Hər dəfə krem sürtməzdən əvvəl dərinizdə olan su damcılarını silin. Bəzi insanlar düşünür ki, çətir altında və ya hər hansısa bir kölgəlikdə dayananda ultrabənövşəyi şüalardan qorunur. Xeyr. Buna aldanıb dərinizi qorumasız buraxmayın. Sərin bir yerdə, məsələn, kondisioner işləyən məkanda (kafe, avtobus, ofis və s.) otura, pəncərədən düşən şüaların dərinizə necə ziyan etdiyindən də xəbərsiz qala bilərsiniz".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1326   Tarix: 23 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr