Ödənişli parklanma hansı ərazilərdə tətbiq ediləcək?

Ödənişli parklanma hansı ərazilərdə tətbiq ediləcək?İyulun 25-dən ölkədə yeni parklanma qaydaları qüvvəyə minəcək. Bu qaydalara əsasən, Bakıda parklanma üzrə ödənişlər dörd zonaya bölünüb. Üstəlik, ödənişlərin nağdsız qəbul ediləcəyi nəzərdə tutulub. Bunun üçün xüsusi tətbiq istifadəyə veriləcək və ilkin mərhələdə müvafiq əməkdaşlar və könüllülər sürücülərə yeni sistemdən istifadə qaydalarını izah edəcəklər. Maraqlıdır, yeni parklanma qaydaları Bakıda nəyi dəyişəcək? Gözləntilər nədir? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) qəzetimizə verilən məlumata görə, qərara əsasən, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla, Bakı şəhərinin mərkəzində parklanmanın bir saatı bir manat, digər zonalarda müvafiq olaraq bir saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Qurumdan bildirilir ki, ödənişli parklanma yalnız parklanmanın sıxlığa səbəb olduğu və əlçatanlığın təmin edilmədiyi ərazilərdə tətbiq ediləcək: "Şəhərin hansısa hissəsində parkinqə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilməyəcək. "Yol hərəkəti haqqında" qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. 15 dəqiqəni keçdikdə, ödəniş tam məbləğdə hesablanır. 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb edilmir".

Parklanma yerlərinin idarə olunmasında əsas hədəflər isə şəhərin küçə-yol şəbəkəsində tıxacların, avtomobil nəqliyyatının ətraf mühitə mənfi təsirinin azaldılmasına, ictimai nəqliyyatın orta hərəkət sürətinin artmasına, ikinci və üçüncü cərgələrdə qanunsuz parklanmanın qarşısının alınmasına nail olmaqdır. Gözləntilərə gəldikdə isə, qurumdan bildirilir ki, düzgün parklanma və idarəetmə şəhər yollarında xaosun qarşısını alır. Küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına imkan yaradır.

AYNA-dan verilən məlumata görə, istər ödənişlərə, istərsə də, park ərazisindən neçə müddət istifadə edildiyinə dair nəzarət yalnız elektron şəkildə, mobil tətbiq vasitəsilə olacaq: "Tətbiqin üzərində iş gedir, yaxın günlərdə bununla bağlı açıqlama olacaq. Özəl və küçədənkənar parklanma yerlərinin idarə olunması, ödəniş məbləği və digər qaydalarla bağlı qərarlar mülkiyyətçinin özü tərəfindən müəyyənləşdirilir".

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, təyin edilən parklanma qiymətləri münasib və vətəndaş üçün əlçatandır. Mütəxəssisin sözlərinə görə, bu qiymətlər bir neçə il öncə 2 dəfə artıq təklif edilmişdi: "Şəhərin mərkəzindən uzaqlaşdıqca, parklanma qiyməti də ucuzlaşır. Dövlət əvvəlki təkliflərlə müqayisədə sosialyönümlü siyasətini nəzərə alaraq, qiymətləri endirdi".

E.Cəfərov deyir ki, parklanmanın necə həyata keçiriləcəyi ilə bağlı sistem hələ müəyyən edilməyib: "Hazırda mobil tətbiq, parkomat, mövcud ödəmə sistemləri təklifləri var. Amma istənilən halda, ilkin mərhələdə parklanma nəzarətçiləri olacaq. Düzdür, onların sayı və vəzifə öhdəlikləri əvvəlki səviyyədə olmayacaq, amma sistem avtomatlaşdırılana qədər nəzarətçiyə ehtiyac var".

Ən böyük narahatlığı parklanma nəzarətçiləri (parkovşiklər) keçirir. Çünki sistem avotmatlaşdırıldığı halda, onların işinə ehtiyac qalmayacaq. Üstəlik, yığılan pullar kiminsə cibinə deyil, dövlətin büdcəsinə gedəcək. Nəqliyyat eksperti deyir ki, artıq parklanma nəzarətçilərinin də sosial təminatı olacaq: "Hazırda onlar qeyri-leqal çalışır, vergiləri ödənilmirdi. Amma bundan sonra parklanma nəzarətçiləri də normal maaş və gələcəkdə də pensiya ala biləcəklər".
Bu qaydaların şəhərin nəqliyyat infrastrukturunda təsirinə gəlincə isə, mütəxəssis deyir ki, şəhərdə nizam-intizam yaranacaq: "Həmçinin, yol hərəkəti iştirakçılarının daha məsuliyyətli olmasına gətirib çıxaracaq. Parklanmadan gələn gəlirlər sistemin saxlanılmasına və dövlət tərəfindən nəqliyyat infrastrukturunun inkişafına yönəldiləcək. Bu qaydaların qəbul olunması böyük nailiyyətdir".

Bəs hazırda Bakı şəhərindəki parklanma əraziləri avtomobillərin sayına uyğundurmu?

Həmsöhbətimiz vurğulayır ki, 2014-cü ilə qədər ölkədə xeyli sayda parklanma əraziləri mövcud olub: "Bakıda bəzi parklanma yerləri kimlərsə tərəfindən dağıdıldı, orada müəyyən obyektlər tikildi. Düzdür, şəhərin mərkəzindəki parklanma yerləri hamıya çatmaya bilər. Amma bu qanunla şəhər mərkəzində olan yaşayış və qeyri-yaşayış obyektlərinin sahibləri də nəhayət ki, parklanma yerlərinin təşkil olunması ilə bağlı düşünəcəklər. Bu, şəhərsalma və arxitektura qaydalarında da, dövlətin proqramlarında da mövcuddur. Bakı şəhərində olan bütün yaşayış və qeyri-yaşayış obyektlərinin hamısının parklanma yerləri olmalıdır. Yeni çoxmərtəbəli parklanma yerləri də inşa etmək mümkündür".

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deyir ki, hazırkı parklanma sistemi insanların birbaşa həyat tərzinə, gününü planlamasına təsir edəcək: "Beş ildir ki, vahid parklanma qiymətinin olmaması nəqliyyat sistemində xaotik vəziyyət yaratmışdı. Sistem qeyri-qanuni fəaliyyət göstərirdi. İri şəhərdə yaşayan, avtomobili olan və mütəmadi olaraq şəhər içərisində parklama problemi yaşayan vətəndaşlar artıq qismən də olsa, bu problemdən azad olacaqlar. İnsanlar tətbiq vasitəsilə, avtomobillərin harada, nə qədər müddətə parklanmasına nəzarət edəcəklər".

Nəqliyyat eksperti Adil Nəbiyev deyir ki, yeni parklanma qaydalarında ən vacib məsələ ödənişlərin dövlət büdcəsinə getməsidir. Qanunsuz parklanmalara görə il ərzində 50 milyon manatdan çox vəsait dövlət büdcəsindən yayınırdı: "Bu ödənişləri yeni avtomobil parklarının salınmasına, yeraltı, yerüstü dayanacaqlara xərcləsək, nəzərəçarpacaq dərəcədə tıxacların qarşısını alacağıq".

Beləliklə, parklanma ilə bağlı yeni qaydalar iki gün sonra tətbiq olunacaq. Lakin cavabsız qalan suallar çoxdur. Görünən odur ki, yeni sistemə tam keçid yaxın vaxtlarda mümkün olmayacaq. Bir müddət həm köhnə, həm yeni sistemin şahidi olacağıq.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1395   Tarix: 23 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr