Öz toyuğumuz, yumurtamız yoxdur? - ARAŞDIRMA

Öz toyuğumuz, yumurtamız yoxdur? - ARAŞDIRMAToyuq və yumurta istehsalı ilə məşğul olan şirkətlər ölkəmizə xaricdən məhsul gətirilməsinə etiraz edirlər. Ekspertlər isə bu qənaətdədirlər ki, idxala məhdudiyyət qoyulsa, quş əti məhsulları və yumurta bahalaşacaq. Tək istehsalçını yox, istehlakçını da nəzərə almalıyıq.

Yerli quşçuluq sənayemiz problemlərlə üzləşib. "Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" hökumətə müraciət edib. Belə ki, ölkəyə xaricdən iki-üç manata quş əti gətirilir. Həmçinin, yumurta da xaricdən idxal olunur. Bununla əlaqədar yerli istehsalçıların satışlarının məhdudlaşdığı qeyd olunub. Bildirilib ki, bütün bu məsələlər yerli istehsalımıza mənfi təsir göstərir. Belə davam edərsə, yerli quşçuluq sənayemizi nə gözləyir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli bildirdi ki, yerli istehsalda xeyli irəliləyiş mövcuddur:

"Ölkədə tələbatın 130-140 faizi civarında süfrə yumurtası istehsalı var. Hətta süfrə yumurtasını Yaxın Şərq ölkələri, Əfqanıstan, İraq, İsrail, Qətər, Səudiyyə Ərəbistanı kimi 10-a yaxın ölkəyə ixrac edirik. Həmçinin, bazara kifayət qədər ucuz yumurta çıxarırıq. Keçən il 16 qəpiyə satılan yumurta, hazırda 12 qəpikdir. Bu, yemin qiymətinin aşağı düşməsi ilə bağlıdır. Damazlıq yumurta istehsalında isə tələbatımızın 100-105 faizi civarında istehsal gücünə sahibik. Ölkədə hazırda toyuq saxlaya biləcək fermaların sayı 765-dir. Aylıq 15 min ton civarında quş əti istehsal edə bilərik. Bu halda illik istehsal 180 min tondur. Bizim ölkənin tələbatı isə 150-160 min tondur. 20 min ton artıq quş əti qalır. Yəni, quş əti istehsalında da heç bir problemimiz yoxdur".

Yerli fabriklər satış problemi yaşayırlar

M.Həsənlinin sözlərinə görə, bu qədər gücümüz olsa da, xaricdən gətirilən məhsullar yerli istehsalçılara mane olur:

"Nəticədə istehsal gücümüzü azaldırıq. Səbəbi xaricdən gələn quş əti, damazlıq və süfrə yumurtalarıdır. Rusiya və Belarusun Avropaya çıxışının olmaması bu ölkələrdə yumurtanın qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olub. Onlar da bizim bazarda rəqabəti pozur. Maya dəyərindən aşağı qiymətə mal satılması yerli fabriklərin istehsalının zəifləməsinə gətirib çıxarır. Yerli fabriklər satış problemi yaşayırlar. Həmçinin, damazlıq və süfrə yumurtasının da istehsalı zəifləyib".

İxrac şirkətləri rüsumdan necə yayınır?

Sədr deyir ki, ixrac şirkətləri rüsumdan qaçmaq üçün müxtəlif yollara əl atırlar:

"Xaricdən gələn yumurtaya 10 sent gömrük rüsumu var. Ancaq türk şirkəti rüsumu verməmək üçün yumurtanı Gürcüstanda inkubasiya edir və cücə şəklində Azərbaycana satır. Gürcüstan MDB ölkəsi olduğuna görə 10 sent gömrük rüsumundan azaddır. Gürcüstanda istehsal olunan yumurta özlərinin tələbatını qarşılaya bilmir. Amma Gürcüstan illik 40 milyondan çox yumurta ixrac edir".

Onlar öz daxili bazarını qoruyursa, biz də qorumalıyıq

M.Həsənli qeyd edir ki, bizim ixracla bağlı problemlər mövcuddur. Onun sözlərinə görə, Belarus, Rusiya, Gürcüstana ixrac mümkün deyil:
"Satmaq istəyirik, lakin onlar bizim qarşımıza xeyli şərtlər qoyur. İşçinin, ailəsinin sertifikatı, yaxud bələdiyyənin, icra hakimiyyəti orqanının icazəsi kimi bəhanələr gətirərək, bizdən məhsul almırlar, amma bizə sata bilirlər. Onlar öz daxili bazarını qoruyursa, biz də qorumalıyıq. İstehsalçını qorumalıyıq ki, fabriklər rəqabətə davam gətirə bilsinlər".

Sədr bildirir ki, onlar Dövlət Gömrük Komitəsinə müraciət də ünvanlayıblar:

"10 sent rüsumu cücəyə də tətbiq etməlidirlər. Çünki bu, bizim bazarda böyük problemlər yaradır. Fəsadı altı aydan sonra görünəcək. Əvvəl xaricdən asılılığımız yox idi. Asılılıq yaranmasın deyə, bu gün həyəcan təbili çalırıq. Çünki istehsalçılar bu vəziyyətə dözə bilməyəcək və idxaldan asılılıq yaranacaq. Dövlət xaricdən idxal olunan ətin, yumurtanın qarşısını müəyyən kvota ilə almalıdır. Xaricdən gətirməyə davam etsək, yerli istehsal fabrikləri dayanacaq. Dayanandan sonra həmin fabrikləri yenidən hərəkətə gətirmək çətindir".

Alıcıları da düşünmək lazımdır

İqtisadçı Xalid Kərimli isə düşünür ki, istehsalçıların fikirləri birtərəflidir:

"Əvvəl toyuq ətinin bir kiloqramını dörd-beş manata alırdıq. İndi isə yeddi-səkkiz manatdan aşağı tapmaq mümkün deyil. Yumurta 10-15 qəpik idi, indi 20 qəpikdən yuxarıdır. Bu sektorda bahalaşma var. Amma xərclər də artıb. Lakin quşçuluqla məşğul olan insanları bu bahalaşma qane etmir. Dövlətə müraciət edərək qiymətləri daha da bahalaşdırmaq istəyirlər. Onlar deyir ki, yumurtanı 20 qəpiyə yox, 35 qəpiyə sataq. Toyuğun yeddi-səkkiz manat olması onları qane etmir, 11-12 manata satmaq istəyirlər. Amma məsələnin ikinci tərəfi - alıcılar da var".

İqtisadçının fikrincə, onların hökumətə müraciət etməsi qiymətləri daha da bahalaşdıra bilər:

"Hökumətdən ixracı saxlamasını tələb etmək doğru deyil. Hökumətin məqsədi odur ki, yerli istehsalı qorumaq şərti ilə, rəqabət şəraitində ədalətli qiymətlər müəyyənləşsin. İstehsalçılar yerli istehsalı ön plana çəkib əlavə dəstək istəyirlərsə, bu, qiymətlərin daha da bahalaşmasına səbəb ola bilər. Əgər hökumət onların dedikləri məhdudlaşdırmaları etsə, rüsumları artırsa, qiymətlər daha da bahalaşacaq. Baxmaq lazımdır ki, Azərbaycan tipli ölkələrdə toyuq, yumurta neçəyədir. Çünki Azərbaycandakı qiymətlər onsuz da bahadır".

Xarici şirkətlər işlərini düzgün həyata keçirmirsə...

X.Kərimli düşünür ki, əgər xarici şirkətlər işlərini düzgün həyata keçirməzsə, yalnız o halda müdaxilə etmək olar:

"Xaricdən bazara məhsul ixrac edən şirkət dotasiya, subsidiya alsa, qiymətləri bilərəkdən ucuzlaşdırsa, o vaxt bunu edə bilərlər. O halda şirkət xərclərin bir hissəsini aldığı pulla bağlayır və məhsulu daha ucuz qiymətə satır. Bu halda antidempinq gömrük vergiləri tətbiq etmək olar. Amma bu hal yoxdursa, hər hansı üstünlük tələb etməkdə haqlı deyillər".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1727   Tarix: 06 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr