Düyünün qiyməti 15 ilin ən yüksək səviyyəsinə qalxdı
Asiya-Sakit Okean regionunda Tailand ağ düyüsünün birja qiymətləri bir ton üçün 648 dollara yüksəlib ki, bu da 2008-ci ilin oktyabrından bəri rekord göstəricidir.
Bu barədə yerli Düyü İxracatçıları Assosiasiyasına istinadən məlumat yayılıb.
Bildirilib ki, son bir ildə dənli bitkilərin qiymətində artım demək olar ki, 50 faiz təşkil edib. İyulun 26-da üç illik rekord qırılıb - bir ton üçün 572 dollar.
"Qlobal tədarüklə bağlı artan narahatlıqlar fonunda Asiyada düyü qiymətləri təxminən 15 ilin ən yüksək səviyyəsinə qalxıb. Quru hava Tailandda istehsalı təhdid edir və məhsulun ən böyük tədarükçüsü Hindistan onun bəzi növlərinin ixracına qadağa qoyub", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, hazırda Tailandda quraqlıq dövrü yaşanır. Ölkə hakimiyyəti suya qənaət etmək qərarına gəlib və ölkə fermerlərini minimum su istehlakıyla məhsul yetişdirməyə çağırıb. Eyni zamanda Hindistan hökuməti Basmati istisna olmaqla, ağ düyü ixracına qadağa qoyub./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1778 Tarix: 10 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə
4 oktyabrYeni Zelandiya NATO-nun müdafiə bankına qoşulmayacaq
Yeni Zelandiya Kanadanın təşəbbüsü ilə yaradılan və məqsədi NATO üzv ölkələrinin militarizasiyasını maliyyələşdirmək olan Müdafiə, Təhlükəsizlik və Sabitlik Bankına (DSRB) qoşulmaq təklifini rədd edib. xəbər verir ki, bu barədə RNZ radiostansiyası ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb
5 oktyabrŞimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb. "Haber Global"a istinadən xəbər verir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizinə başlanılıb. Bununla da qəza nəticəsində ölənlərin say
5 oktyabrRusiya Ukraynanın iki yük gəmisini vurduğunu açıqladı
Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukraynaya məxsus iki quru yük gəmisinin vurulduğunu açıqlayıb. Reuters-ə istinadən xəbər verir ki, Moskvanın məlumatına görə, gəmilərdən biri hərbi texnika, digəri isə hərbi təyinatlı yüklər daşıyıb. Rusiya həmçinin Çornomorsk limanında yanacaq anbarlarına zərb
5 oktyabrKİV: Rusiyada Tu-95MS-in qəzaya uğraması nəticəsində 8 zabit ölüb
Rusiyanın Amur vilayətində sentyabrın 29-da qəzaya uğrayan Tu-95MS strateji bombardmançı-raketdaşıyan təyyarəsinin göyərtəsində ölən səkkiz zabitin bəziləri Ukraynaya raket zərbələrinin təşkili və metodiki təminatında iştirak edib. Bu barədə "Mediazona" məlumat yayıb. Məlumata görə, təyyarəd
5 oktyabrSEPAH Hörmüz boğazında tankeri vuracağı ilə hədələyib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən tankerə zərbə endirməklə hədələyib. xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. Bildirilib ki, hadisə Omanın Xəsəb şəhərindən 11 dəniz mili şimalda baş verib. Hörmüz boğazında
5 oktyabr