Mask və Zukerberq arasındakı döyüş Kolizeydə keçirilməyəcək
Qədim Romanın memarlıq abidəsi olan Kolizey amerikalı milyarder, "SpaceX" şirkətinin rəhbəri və "X" sosial şəbəkəsinin sahibi (keçmiş "Twitter") İlon Mask və "Meta"nın yaradıcısı Mark Zukerberq arasında döyüşün keçiriləcəyi məkana çevrilməyəcək. Buna səbəb təmir işləridir.
Bu barədə İtaliyanın Mədəniyyət Nazirliyinin bəyanatında deyilir.
Xatırladaq ki, daha öncə İtaliya Mədəniyyət Nazirliyi Mask və Zukerberq arasında döyüş üçün Kolizeydən istifadə olunması barədə danışıqlar aparmadıqlarını bildirmişdi. Qədim Romanın mədəniyyət abidəsi olan arenanın özü uzun müddətdir ki, "yüksək səviyyəli ödənişli tədbirlər" üçün açıqdır və tədbirlər, demək olar ki, həmişə xeyriyyə məqsədilə keçirilir. Hər bir belə sorğu abidənin mühafizəsi ilə uyğunluq baxımından Kolizey Arxeoloji Parkının rəhbərliyinin ekspertizasından keçməlidir.
Qeyd edək ki, Zukerberq avqustun 26-da İlon Maska döyüşməyi təklif etmişdi. "SpaceX" rəhbəri oktaqonda rəqiblə döyüşməyə hazır olduğunu yazıb. Daha sonra Zukerberq Maskı "Instagram" səhifəsində məkan seçməyə dəvət edib. Milyarderlər, demək olar ki, dərhal İtaliya Kolizeyində duel keçirmək variantını nəzərdən keçirməyə başlamışdılar./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 883 Tarix: 10 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ İranla RAZILAŞDI?
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar dəyərindəki dondurulmuş aktivlərinin sərbəst buraxılmasına razılıq verib. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İslam Respublikasının ali rəhbərinin məsləhətçisi, general Möhsün Rzayinin sözlərinə istinadən məluma
13 iyunTəşviş pozuntusu sadəcə əlamət deyil: Problemin əsl səbəbləri
Təşviş pozuntusu psixoloqlara müraciət etmək üçün ən çox yayılan səbəblərdən biri olaraq qalsa da, bir çoxları hələ də bununla təkbaşına mübarizə aparmağa çalışır. Bəs nəfəs məşqləri niyə bu problemi kökündən həll etmir?. xəbər verir ki, bu barədə -ya psixoloq Natalya Danilova məlumat verib. O bildiri
13 iyunErmənistanda ildırım yarımstansiyanı vurub, 11 kənd işıqsız qalıb
Ermənistanda ildırım zərbəsi nəticəsində Aparan bölgəsindəki lokal yarımstansiyalardan birinin zədələnməsi səbəbindən 11 kənd elektrik enerjisiz qalıb. "Report" xəbəer verir ki, bu barədə Ermənistan mediası "Ermənistanın Elektrik Şəbəkələri"nə istinadən məlumat yayıb. Bu gün səhə
13 iyunTürkiyədə ölü tapılan müəllimin səs yazısı tapıldı - VİDEO
Türkiyənin Ağrı şəhərində gənc müəllimin şübhəli şəkildə həyatını itirməsi ictimaiyyətdə böyük rezonans doğurub. -ın Türkiyə mediasına istinadən məlumatına görə, həyatının baharında vəfat edən İrmak Ayşe Koparanın səs yazısının ortaya çıxması hadisəyə dair yeni iddiaları gündəmə gətirib. İddialara əsasən
13 iyunYer üzündə 10 kilometrdən hündür dağların olmamasının səbəbi nədir?
Yer kürəsində ən yüksək zirvə Everestdir. Onun hündürlüyü dəniz səviyyəsindən 8848 metrdir. Himalaylarda buna yaxın hündürlüyə malik bir neçə başqa zirvə də var. Bu dağların yer qabığının toqquşması zamanı əmələ gəldiyi, nəticədə süxurların qırışaraq dağ silsilələri yaratdığı hesab olunur. Digər dağlar
13 iyun