Ermənilərin Azərbaycana qarşı təzyiq alətinə çevrilmiş ABŞ mətbuatı

Ermənilərin Azərbaycana qarşı təzyiq alətinə çevrilmiş ABŞ mətbuatıAzərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınmış suveren sərhədində - Ermənistanla sərhəddəki Laçın rayonunda sərhəd buraxılış məntəqəsi təsis etməsindən sonra ermənilər həm dövlət, həm də diaspora səviyyəsində anti-Azərbaycan ictimai-siyasi fəaliyyətlərini intensivləşdiriblər. Daşnak ideologiyası ətrafında birləşmiş ermənilər rəsmi Bakı üzərində beynəlxalq təzyiqin artırılması üçün bütün səviyyələrdə fəaliyyətlərini koordinasiya edirlər.

Son dövrlərdə xüsusilə də iki "cəbhə"də - beynəlxalq münasibətlər səviyyəsində və beynəlxalq mediada Azərbaycan əleyhinə fəaliyyətlərin intensivləşdirildiyi müşahidə edilir. Nəticə etibarilə, son günlərdə ermənilərin xahiş və minnəti ilə və ya prosesdən umulan dividentlər səbəbilə əcnəbi siyasətçilərin İrəvanın və Qarabağdakı separatçıların ritorikası ilə həmahəng bəyanatlarının sayı artıb.

Məsələ ilə bağlı öz fikri olmayan və ya ayrıca fikir yazmaqdan çəkinənlər isə bir çox hallarda Qərb mediasında yayımlanmış birtərəfli, qərəzli yazıları paylaşmaqla "ümumerməni davası"na töhfə verməyə çalışırlar. Bu baxımdan son dövrlərdə xüsusilə də ABŞ mediası ermənilərin anti-Azərbaycan informasiya müharibəsinin tezislərinin inkişaf etdirildiyi, yeni ideyaların təklif olunduğu plasdarma çevrilib.

Əslində, burada qeyri-adi nəsə yoxdur. Çünki ABŞ 30 il ərzində necə davranıbsa, indi də elə davranır. Vaşinqtonun həmişə ikili standartlardan çıxış etdiyi gün kimi aydındır. Çox təəssüf ki, beynəlxalq münasibətlər sistemində ikili standartlar hələ də hökm sürməkdədir. Bunu da vurğulamaq lazımdır ki, ABŞ-də erməni böyük təbliğat resursları var ki, bütün bunlar təbii ki, alınan qərarlara təsirsiz ötüşmür. Elə bu səbəbdən olsa gərək amerikalı konqresmənlər erməni lobbisinin əlində oyuncağa çevriliblər.

ABŞ Dövlət Departamentinə yaxın "Vaşinqton post" və digər media orqanlarında yenidən Azərbaycana qarşı böhtan kampaniyasına start verilib. Bu, ilk hal deyil. Bu ölkənin beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin, Dövlət Departamentinin qeyri-rəsmi "mətbuat orqanı" kimi tanınan mətbu orqanları mütəmadi olaraq Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər.

Məsələn, ABŞ Dövlət Departamentinin qeyri-rəsmi mətbuat orqanı sayılan "Vaşinqton Post" qəzetində son 6 gün ərzində Azərbaycana qarşı 3 məqalə dərc edilib. Birtərəfli , qərəzli və qeyri-dəqiq bu məqalələrin hər birində məsələnin yalnız bir tərəfinə - "erməni iztirabları"na fokuslanılması onların sifariş və ya xahiş əsasında hazırlandığını deməyə əsas verir. Təsadüfi deyil ki, bütün məqalələrdə Ermənistan rəsmilərinin tezislərində keçən açar sözlərdən istifadə edilir, qavrayış idarəetməsinə çalışılır. Məsələn, məqalələrdə dəfələrlə guya Azərbaycan tərəfindən Laçın yolu "bağlanaraq" ermənilərə qarşı "soyqırımı" siyasəti həyata keçirildiyi iddia edilir. "Soyqırımı" sözünün ermənilərin və onların havadarlarının tezislərində dəfələrlə istifadəsi, vurğulanması təsadüf deyil. Bu yolla bir tərəfdən son yüzillikdə milli kimliyini, milli düşmən obrazlarını məhz bu söz üzərində inşa edilmiş ermənilər Azərbaycan əleyhinə aparılan kampaniyaya səfərbər edilir, digər tərəfdən isə beynəlxalq "həyəcan"ın tətiklənməsinə çalışılır.

Lakin fakt göz qarşısındadır, Azərbaycanın Qarabağda soyqırımı həyata keçirmək kimi bir niyyəti olsaydı, bu, özünü 44 günlük müharibə zamanı özünü göstərərdi. Separatçıların və Ermənistan əsgərlərinin 30 il boyunca istehkama çevirdiyi Qarabağı iki aydan az bir müddətdə geri alan Azərbaycan Ordusunu Xankəndinin bir addımlığında dayandıran əslində rəsmi Bakının potensial mülki itkilərin qarşısını almaq, bu yolla xalqlar arasında ədavətin daha da güclənməsinə yol verməmək, həmçinin Xankəndidəki separatçı rejim tərəfindən əsir götürülmüş öz erməni vətəndaşlarını təhlükəyə atmamaq istəyindən qaynaqlanıb.

Azərbaycan indi Laçın yoluna alternativ olaraq humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edir, ermənilər isə məqalələrdə qeyd edildiyi kimi, həmin yola beton maneələr düzərək özlərinə göndəriləcək yardımın qarşısını alırlar. Bütün bu addımlar onu göstərir ki, Qarabağdakı mülki ermənilər yalnız separatçı rejimin qərarlarının əziyyətini çəkirlər.

Ümumiyyətlə, erməni diasporunun və rəsmi İrəvanın son günlərdə öz Qarabağ narrativlərini beynəlxalq gündəmin əsas mövzusuna çevirmək səyləri Ukraynadakı hadisələrdən diqqət yayındırmaq məqsədi də daşıya bilər. Sözsüz ki, hazırda hamı üçün ən önəmli məsələ Ukraynada davam edən müharibə və bunun fonunda ayrı-ayrı regionlarda ortaya çıxan humanitar, iqtisadi vəziyyətdir.

Qarabağdakı ermənilərin, eləcə də erməni diasporunun, rəsmi İrəvanın yeni saxta gündəm (Spin doktor) formalaşdıraraq əsas hadisələrdən diqqəti yayındırmağa çalışması onların müəyyən dairələrlə işbirliyindən də qaynaqlana bilər.

Əlbəttə, gündəmdə hansısa problemin olması digər məsələlərin müzakirəsinə mane olmur, amma hər bir halda belə bir niyyətin mümkünlüyü diqqətdən yayınmamalıdır.

Maraqlısı da budur ki, hazırda dünyada Ukrayna, Afrikadakı hadisələr kimi aktual mövzular olduğu halda "Vaşinqton Post" kimi bir qəzet son 6 gündə Azərbaycana 3 məqalə həsr edir.

Qəzetin öz guşələrində Azərbaycanla bağlı birtərəfli yazıların yayımlanmasına göz yumması məsuliyyətsizlik və qərəzli münasibətin göstəricisidir. Məsələn, son məqalələrdən birinin müəllifi milliyətcə erməni David İqnatiusdur. 2016-cı ildə qanunsuz olaraq Qarabağa səfər etmiş İqnatius rusiyalı oliqarx, Qarabağda məlik olmaq eşqinə düşmüş Ruben Vardanyanın yaxın dostudur və hətta onun fondu tərəfindən mükafatlandırılıb. İqnatius eyni zamanda, 44 günlük müharibədən əvvəl və sonra Ermənistanın və Qarabağdakı separatçıların müdafiəsinə yönəlmiş yazılar və açıqlamalar yayıb.

Təsadüfi deyil ki, onun "Vaşinqton Post"da Laçın yolu ilə bağlı hazırladığı "məqalə"si də ermənilərin tezislərinə tam uyğun hazırlanılıb. Bu məqalə İqnatiusun "Vaşinqton Post"da yenidən ermənilərin tezislərini inkişaf etdirməsi cəhdi olmaqla yanaşı, Azərbaycana qarşı Dövlət Departamentinin sifarişi ilə aparılan kampaniya və təzyiq cəhdinin göstəricisidir.

APA


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 966   Tarix: 13 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zelenski: Kiyevə hücumlara cavab olaraq Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq

Ukrayna, Kiyevin və digər şəhərlərin yaşayış sahələrinə zərbələrin artırılmasını nəzərdə tutan Moskvanın yeni hərbi siyasətinə cavab olaraq dinc əhaliyə hücumlar istisna olmaqla, Rusiya neft emalı zavodlarına zərbələrin sayını iki dəfə artıracaq. "Report"un məlumatına görə, Ukrayna Prezident

4 oktyabr
.

Trampdan yeni hücum anonsu: "İranla heç vaxt sülh olmayacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkisindən sonra İrana qarşı yeni bombardmanların ola biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Time" nəşrinə müsahibəsində məlumat verib. Jurnalistin aralıq seçkilərdən sonra yeni hava zərbələrini

4 oktyabr
.

Almaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"

4 oktyabr
.

Hindistanda evə soxulan bəbir altı nəfəri yaraladı

Hindistanın Çhattisqarh əyalətinin Mahasamund rayonunda bir kənd evinə girən bəbir altı nəfəri yaralayıb. xəbər verir ki, bu barədə yerli "Times of India" qəzeti məlumat yayıb. Nəşr bildirib ki, "Şənbə axşamı bəbir Mahasamund ərazisindəki bir evə girib və ailənin altı üzvünə hücum edib"

5 oktyabr
.

Cənubi Koreya Şimali Koreyadan üzr istəməsini tələb edib

Cənubi Koreya sentyabrın 21-də ölkəni Şimali Koreyadan ayıran Silahsızlaşdırılmış Zonada (DMZ) aparılan axtarış işləri zamanı 3 zabitinin yaralanmasına səbəb olan partlayışdan sonra Şimali Koreyanın üzr istəməsini tələb edib. "Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah

5 oktyabr
.

Tramp administrasiyası Rusiyada mümkün vəba epidemiyasını izləməyə başlayır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyada şübhəli vəba xəstəliyi və bununla bağlı karantin tədbirləri barədə məlumatları izləyir. xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Axios-a bildirib. Onun sözlərinə görə, administrasiya hadisələrdən "xəbərdardır" və vəziyyətin inkişafı üçü

5 oktyabr
.

Yəməndə hökumət qüvvələri husilərə qarşı genişmiqyaslı əməliyyata başladı

The Guardian yazır ki, Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökuməti ölkədə husilərin nəzarətində olan bütün əraziləri geri almaq məqsədilə yeni hərbi əməliyyata başlayıb. Qərar husilərin Taiz şəhərini hökumətin nəzarətində olan Ədənlə birləşdirən mühüm təchizat yolunu kəsməsindən sonra açıqlanıb

5 oktyabr
.

Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb

İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil

4 oktyabr
.

Əfqanıstanda qızıl mədəninin çökməsi nəticəsində beş nəfər ölüb

Əfqanıstanın şimalındakı Təhar əyalətində qızıl mədəninin çökməsi nəticəsində beş şaxtaçı ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verib. Hadisə Çah-Ab dairəsinin Şah-Mastan rayonunda qeydə alınıb. Əlavə məlumat verilmir

4 oktyabr