"Bitcoin"in kəskin dəyər itirməsinin SƏBƏBLƏRİ

"Bitcoin"in kəskin dəyər itirməsinin SƏBƏBLƏRİSon bir həftədə kriptovalyuta bazarında ciddi canlanma yaşanmaqdadır. Buna qədər isə bir neçə həftə ərzində bazarda cüzi titrəyişlər istisna olmaqla demək olar ki, sabit tendensiya müşahidə olunmurdu. Lakin ötən həftənin sonundan başlayaraq dünyanın birinci kriptovalyutası olan "Bitcoin" kəskin uсuzlaşmağa başladı. Son 7 gündə "Bitсoin"in qiyməti 12 % azalaraq hazırda 25,9 min ABŞ dolları ətrafında qərarlaşıb.

Məsələni "Report"a şərh edən kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev kriptovalyuta bazarındakı kəskin ucuzlaşmanın mühüm səbəblərindən birinin amerikalı iş adamı və milyarder İlon Maska məxsus "SpaceX" şirkətinin təxminən 373 milyon ABŞ dolları dəyərində "Bitcoin"i satmasıdır.

Bu xəbər dərhal mənfi reaksiya ilə qarşılandı və bazarda kriptovalyutaların kütləvi satışına səbəb oldu. Digər səbəb isə ABŞ məhkəməsinin Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) "Ripple Labs" şirkətinin işində apellyasiya iddiasını qəbul etməsi xəbəri olub. Məlum olduğu kimi, Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsi iyulun 13-ü XRP (token) satışının investisiya müqavilələri təklifi olmadığı barədə "Ripple Labs" şirkətinin xeyrinə qərar qəbul edib. İndi isə bu qərara yenidən baxılması ilə bağlı SEC-in tələbi təmin edildi".

Ekspert kriptovalyuta bazarında qiymətlərə təsir edən daha bir mühüm səbəb kimi dünyanın ən iri daşınmaz əmlak şirkətlərindən biri olan Çinin "Evergrande Group" şirkətinin ABŞ-də iflas elan etməsini göstərib:
"Bu, şirkətin 300 milyard ABŞ dollarından çox olan borclarının restrukturizasiyası üçün növbəti addımdır. ABŞ-da iflas elan edilməsi şirkətin yenidən strukturlaşmasını tamamlamaq üçün daha çox vaxt və resurs qazanmaq cəhdi ilə izah edilir. Məlumat üçün qeyd edim ki, "Evergrande Group" 280-dən çox şəhərdə 1 300-dən çox layihə ilə Çinin daşınmaz əmlak üzrə lideridir. Şirkət həmçinin elektromobillərin, səhiyyə və park avadanlıqlarının istehsalı ilə məşğuldur. Bununla belə, 2021-ci ildən şirkət həddindən artıq borclanma və Çin hakimiyyətinin sərt qaydalarına görə ciddi maliyyə problemləri ilə üzləşib. Bu faktor Çin iqtisadiyyatı üçün də xoş hal deyil. Təcrübə göstərir ki, Çində milli valyutanın dəyər itirməsi dolayı yolla kriptovalyuta bazarına da mənfi təsir edir və qiymətlərin enməsi ilə müşahidə olunur".

E. Quliyevin fikrincə, ehtimal edilən daha bir səbəb 10 ildən çox müddətdə hərəkətsiz qalan iri "Bitcoin" cüzdanların hərəkətə keçməsi və bazara iri həcmli "Bitcoin" satışı orderlərinin verilməsidir.

Ekspert deyir ki, mənfi xəbərlər fonunda satışlar alışdan daha çox olduğu üçün qiymətlərin 15 %-ə qədər enməsi gözlənilən idi: "Yuxarıda qeyd etdiyim səbəblər birbaşa və ya dolayı yolla kriptovalyuta bazarındakı qiymətlərin dəyişməsində rol oynayıb. Hesab edirəm ki, bunlar heç də təsadüfi deyil. Ehtimal ki, bu növbəti "Bitcoin" rallisindən qabaq bazardakı qiymətləri aşağı endirib kriptoaktivləri daha ucuz qiymətlə toplamaq məqsədi daşıyır".

E.Quliyev hesab edir ki, yaxın gələcəkdə qiymətlərin yenidən artımı müşahidə ediləcək: "Bunun üçün 2 fundamental hadisə baş verməlidir: ABŞ Federal Ehtiyatlar Sistemi (FRS) uçot faiz dərəcəsini endirməli və SEC dünyanın ən böyük investisiya nəhənglərindən biri olan "BlackRock"un "spot bitcoin ETF"i üçün müraciətinə müsbət qərar verməlidir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2027   Tarix: 20 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr