OPEC-in Baş katibi: "Bu günki neft tələbi rekord həddə yaxınlaşır"

OPEC-in Baş katibi: "Bu günki neft tələbi rekord həddə yaxınlaşır"Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2045-ci ilə qədər qlobal enerji tələbatının 23 % artacağını proqnozlaşdırır.

"Report" xəbər verir ki, bunu OPEC-in Baş katibi Haytam əl-Qeys deyib.

"Neft tələbinin gündəlik 110 milyon barelə qədər artacağı gözlənilir. Bu onu sübut edir ki, neft növbəti onilliklərdə qlobal enerji infrastrukturunun mühüm hissəsi olmaqda davam edəcək. Bu, son onilliklərdə neft dövrünün bitdiyinə dair bir çox iddialarla kəskin şəkildə ziddiyyət təşkil edir. Həqiqətən də, müasir tələbat bütün zamanların ən yüksək səviyyəsinə yaxındır və 2023-cü və 2024-cü illərdə təxminən gündə 5 milyon barel artacaq", - o bildirib.

Onun fikrincə, hazırda heç bir enerji növü enerjiyə gözlənilən gələcək tələbatı ödəyə bilməz: bunun əvəzinə "bütün insanlar, bütün yanacaq növləri və bütün texnologiyalar" yanaşması tələb olunur.

"Bu yolla OPEC-ə üzv ölkələr bu gələcək enerji ehtiyaclarını ödəmək üçün lazım olan sərfəli enerjini təmin etməyə, eyni zamanda emissiyalarını azaltmağa və bu prosesdə enerji yoxsulluğunun aradan qaldırılmasına kömək etməyə hazırdırlar", - Haytam əl-Qeys bildirib.

Britaniyanın Enerji İnstitutu, KPMG konsaltinq şirkəti və "Kearney" tərəfindən nəşr olunan 2022-ci il Dünya Enerji Hesabatında, ötən ildə qalıq yanacaqların qlobal enerjinin 82 %-ni təşkil etdiyi qeyd olunur. Bu, OPEC-in son qlobal neft proqnozu ilə müqayisə olunduqda 30 il əvvəlki səviyyəyə uyğun gəlir.

"Dünya emissiyaları azaltmaq və insanların rahat yaşaması üçün lazım olan məhsul və xidmətlərə çıxışını təmin etmək üçün hərəkətə keçməlidir", - o qeyd edib.

Bu məqsədlərə nail olmaq üçün OPEC üzvləri neft hasilatı və emalı gücünə sərmayə qoyur, texnologiyaları səfərbər edir və neft sənayesini karbonsizləşdirmək üçün geniş təcrübədən istifadə edir.

"Nəticə ondan ibarətdir ki, bu gün və gələcək onilliklər üçün dünyanın ehtiyac duyduğu nefti istehsal edərkən bərpa olunan enerjiyə böyük sərmayə qoymaq mümkündür", - OPEC-in Baş katibi bildirib.

Bundan başqa, onun sözlərinə görə, dünya əhalisinin sayı artır: "OPEC-in gözləntilərinə görə, 2045-ci ilə qədər əhalinin sayı 1,6 milyard nəfər artacaq, BMT-nin statistikası isə 2100-cü ilə qədər təxminən 10,4 milyard nəfərə yüksələcəyini göstərir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2258   Tarix: 02 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır

Azərbaycanın nəqliyyat sektorunda 2060-cı ilə qədər elektrik avtomobillərinin xüsusi çəkisi 100 % təşkil edəcək, eləcə də alternativ yanacaq növlərinə keçid ediləcək. xəbər verir ki, bu barədə Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında deyilir. Qeyd olunur ki, ölkənin ümumi istixan

10 noyabr
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

15 noyabr
.

Qızılın qiyməti son bir ilin minimumuna düşdü

Dünya bazarında qızılın qiyməti 2025-ci il oktyabrın 2-dən bəri ilk dəfə 3 850 dollar həddindən aşağı enib. bu barədə ticarət platformasının məlumatlarına istinadən məlumat verir. Bildirilib ki, "Comex" birjasında 2026-cı ilin dekabrında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti 1,15 fai

16 noyabr
.

Türk lirəsi tarixi minimuma düşdü

Qlobal iqtisadi vəziyyət və Türkiyənin daxili maliyyə bazarında baş verən sarsıntılar türk lirəsinin növbəti dəfə dəyər itirməsinə səbəb olub. xəbər verir ki, Türkiyədə 1 dollar 50 lirəni, yəni bütün zamanların ən yüksək nöqtəsini keçib

2 noyabr
.

Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərcləri 21 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 54,094 milyon ABŞ dolları dəyərində geyim idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,4 % çoxdur. Oktyabrda Türkiyə Azərbaycana 4,927 milyon ABŞ dolları dəyərində geyim ixra

9 noyabr
.

"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib

Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu

2 noyabr
.

2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci ildə pensiyaların 7,5 faiz artırılması nəzərdə tutulur. Bu məqsədlə 575,5 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Gələn il əmək pensiyalarının orta aylıq məbləğinin 639-640 manata çatacağı gözlənilir. Bununla belə, pensiyaların nominal artımı onların real alıcılıq qabiliyyətinin də eyn

11 noyabr
.

Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər

Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların

15 noyabr
.

Qızıl bazarında son vəziyyət

2026-cı il noyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 670,1795 manat, 1 qramı isə 214,45 manat təşkil edir. Əyyarlara və mənşəyinə görə 1 qram qızılın qiyməti isə 99 əyyar (təmiz qızıl) - 214,45 manat, 750 əyyar (İtalyan qızılı) - 161,0

4 noyabr