Məhərrəmlik bitdi, toylar başladı - 2 ayda dəyişən menyu qiymətləri

Məhərrəmlik bitdi, toylar başladı - 2 ayda dəyişən menyu qiymətləriŞadlıq evləri sifarişlərin azlığından gileylənir, əhali isə..; yaxın gələcəkdə onların bəziləri iflas ola bilər

Bu gün - sentyabrın 16-da iki aylıq məhərrəmlik əyyamı bitir. Toy mövsümü yenidən başlayır. Bəs ötən iki aylıq zaman, daha doğrusu, inflyasiya şadlıq evlərindəki menyu qiymətlərinə necə təsir edib?

Bildirilir ki, qiymətlərdə əvvəlki ilə müqayisədə minimum 5 manat artım müşahidə olunur. Hazırda 35-40 manata kimi olan menyularda qiymətlərin 20 faizə qədər artdığı deyilir. O da qeyd edilir ki, menyu qiymətlərində artım olsa da, restoranların əksəriyyətində demək olar ki, boş yer qalmayıb. İnzibatçılar deyir ki, menyularda tətbiq olunan qiymət artımı ümumi ərzaqların qiymətinin dəyişməsi ilə bağlıdır. Hətta elə restoranlar var ki, yaranmış qiymət fərqinə baxmayaraq, oktyabr ayına qədər demək olar ki, bütün günlər bron edilib.

Qiymətlər nə dərəcədə reallıqla uzlaşır? Mövzu ilə bağlı bir neçə şadlıq sarayı ilə əlaqə saxlayıb, mövcud vəziyyəti öyrəndik.

"Saffir" şadlıq sarayından "Yeni Müsavat"a bildirildi ki, ümumiyyətlə, Məhərrəm ayında toy etməyiblər: "İki ay müddətində şadlıq sarayını təmirə bağlamışdıq. Amma işçilərin maaşlarını verirdik. O ki qaldı, qiymətlərin artmasına, bu amil menyulara təsir etməyəcək. Köhnə qaydada necə olubsa, bu il də elə olacaq, qiymətləri artırmayacağıq".

"Crand Neon" şadlıq sarayının adminstratoru Əfqan Məmmədov da bizimlə söhbətdə dedi ki, köhnə qiymətlərlə davam edəcəklər: "Hələ ki qiymətləri qaldırmamışıq. Çünki artıq sentyabr, oktyabr, noyabr ayları üçün sifarişlər əvvəldən edilib. Onları da köhnə qiymətlərlə qəbul etmişik".

Restoranın nümayəndəsi əlavə etdi ki, sifarişlər çox azdır: "Özümüz də məəttəl qalmışıq, iki aydır, toy yoxdur. Əslində indi sifarişlər həddən çox olmalı idi. Çünki əvvəlki illərdə avqust ayında çox müraciətlər olurdu, toy, nişan, ad günü və sairə. İndi sanki yoxa çıxıb. Sentyabrın 15-dir, tək hallarda müraciətlər olur. Yəni müraciətlərdə təqribən 50 faiz azalma var. Bilmirəm, bəlkə sentyabr ayı 44 günlük Vətən müharibəsinin anım dövrünə təsadüf edir ona görə. Amma biz səbəbini anlaya bilmirik".

"Böyük Saray"da da vəziyyət eynidir. Şadlıq evinin adminstratoru Əli Qasımov bizimlə söhbətdə dedi ki, bazarda qiymətlər artsa da, menyunun qiyməti artırılmayacaq: "Biz əvvəldən sifarişləri artıq götürmüşük, qiymətləri artırmaq düzgün olmaz. Düzdür, sifarişlər azdır, durğunluqdur. Bunun da səbəbi Bakıda şadlıq evi, restoranların sayının çox olmasıdır. İstər-istəməz bu sifarişlərin azalmasına öz təsirini göstərir".

"Xəmsə" şadlıq sarayının rəhbəri, tanınmış iş adamı Mürvət Həsənli "Yeni Müsavat"a dedi ki, restoranda ciddi qiymət artımı yoxdur: "Amma digər restoranlardan eşidirəm ki, ola bilər ki, qiymət artımı olsun. Ciddi qiymət artımının olması üçün bazardakı ümumi qiymətlərdə artımın olması lazımdır. Bazarda qiymətlər qalxıb deyə qiymət artımı ola bilər. Amma bizdə qiymət artımı yoxdur. Toylar normal qaydasında gedir. Fikrimcə, bu il belə də davam edəcək. Gələn il qiymətlər qalxarsa, biz də menyuların qiymətini artıra bilərik. Hazırda sifarişlər əvvəlki illərə baxanda çox azdır. Bildiyim qədər Bakıda 600-dən çox şadlıq evi var. Onlardan neçəsi hazırda bağlanıb bilmirəm. Çox güman ki, yaxın gələcəkdə şadlıq saraylarının bağlanması mümkündür. Kim işləyə biləcəksə, müəyyən dövr üçün işləyəcək".

Artıq neçə aylardır ki, iqtisadçılar da şadlıq sarayları ilə bağlı bədbin proqnozlar verirlər. Qeyd edilir ki, yaxın gələcəkdə şadlıq saraylarının müflis olması qaçılmazdır. Nəzərə alınsa ki, toy mövsümünün ən aktiv dövrü Ramazan ayına təsadüf etdi. Həm mart ayı, həm də aprel ayı təsir göstərdi. May ayında da adətlərə görə toy edilmir. Ekspertlər qeyd edir ki, ötən ildən inflyasiya gedir, bu 40 faiz özünü göstərdi. Hazırda da davam edir. Qiymətlərin artması sözsüz ki, restoranlarda menyuların bahalaşmasına səbəb olub.

İkinci məsələ - şadlıq evlərinin ən böyük problemi onların standart menyu təklif etməsi ilə bağlıdır. Müştərinin tələbinə uyğun yox, özlərinin təqdim etdiyi standart menyu var ki, orada da bəzən müştəri çox dəyişiklik edə bilmir. Bu da öz növbəsində bahalaşmaya səbəb olur. Çünki şadlıq evləri əvvəlki dövrə görə işləri yaxşı gedirdi, heç nə onlara təsir etmirdi. Tələb çox, rəqabət az olduğundan daha çox özlərinin diktə etdiyi menyular var idi. Hazırda bu da məsələyə öz təsirini göstərir. Ona görə də insanlar daha az toy etməyə meylidirlər. Böyük toyların azalması, həm də pandemiya insanlara məsələyə fərqli yanaşmağı öyrətdi. Artıq dəbdəbəli toylar gündəmdə deyil, kiçik kompakt toylar etmək istəyirlər. Bir sözlə, ekspertlər hesab edir ki, yaxın gələcəkdə şadlıq saraylarının bəziləri sıradan çıxacaq, iflasa uğrayacaq.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3593   Tarix: 16 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr
.

Azərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın emal sənayesində 14 milyard 912,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur. Ema

11 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Brent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü

Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla

17 sentyabr
.

Yeni tədris ili ilə bağlı məktəbli ailələrinin orta hesabla hansı xərcləri yaranır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə məktəbli ailələrinin qarşısında ənənəvi olaraq əlavə xərclər yaranır. Məktəbli forması, çanta, dəftərxana ləvazimatları, ayaqqabı və digər zəruri ehtiyacların alınması ailə büdcəsinə ciddi yük yarada bilər. Bu il də müxtəlif məktəb ləvazimatlarının qiymətlərində əvvəlk

15 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Brent markalı neftin qiyməti 95,02 dollar/barelə düşdü

İnvestorlar Yaxın Şərqdəki hadisələri izləməyə davam etdikləri üçün neft qiymətləri orta dərəcədə aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,61 dollar (0,64%) azalaraq 95,02 dollar/bare

3 sentyabr