"Ermənistan Azərbaycana başqa seçim qoymadı"- Deputat
"Ermənistan Azərbaycan üçün başqa seçim qoymadı. Öz havadarlarına güvənərək hər gün bölgədə vəziyyəti daha da gərginləşdirdi. Təəssüf ki, bir sıra Qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistana dur demək əvəzinə daha çox Azərbaycan təzyiq etməyə çalışdılar".
Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Sonxeber.az-a bildirib.
Deputat qeyd edib ki, Azərbaycan qədər heç bir dövlət bu təxribatlara bu qədər səbir və dözüm nümayiş etdirməzdi. Azərbaycan ölkəmizə qarşı davamlı təxribatlar törədən hərbi obyektləri məhv edir. Ermənistanın iddia etdiyi kimi heç bir mülki obyekt hədəfə alınmayıb. Ermənistandan fərqli olaraq biz bunu heç zaman etməmişik:
"2020-ci ildən bu günə qədər olan dövrdə Azərbaycan keçmiş münaqişənin dinc yolla həll olunması üçün çox çalışdı. Dəfələrlə müxtəlif platformalarda görüşlər keçirildi, bəyanatlar verildi.
Ötən dövrdə Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri dəqiq yerinə yetirdi. Ermənistan isə davamlı olaraq sülh təşəbbüslərinə mane oldu, Azərbaycana qarşı təxribatlar törətdi, mina xəritələrini təqdim etmək əvəzinə, ərazilərimizdə yeni minalar basdırdı.
Son günlər isə Ermənistanın təxribatları daha da artmışdı. Ard-arda mövqelərimiz atəşə tutulur, Ermənistan diversiya qrupları vasitəsilə Ermənistan - Azərbaycan sərhədində təxribatlar törətməyə, daha çox Azərbaycan vətəndaşının qətlə yetirilməsinə çalışırdı.
Dünən Xocalıda baş verən hadisə bir daha göstərdi ki, Ermənistan çirkin niyyətlərindən əl çəkmək istəmir. Öz havadarlarına güvənərək daha çox Azərbaycan vətəndaşını qətlə yetirməyə, bölgədə vəziyyəti daha da gərginləşdirməyə çalışır.
Ermənistan Azərbaycan üçün başqa seçim qoymadı. Öz havadarlarına güvənərək hər gün bölgədə vəziyyəti daha da gərginləşdirdi. Təəssüf ki, bir sıra Qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistana dur demək əvəzinə daha çox Azərbaycan təzyiq etməyə çalışdılar. Bununla bölgədə vəziyyəti daha da gərginləşdirdilər, Ermənistanı yeni təxribat və cinayətlərə sövq etdilər. Bu gün bölgədə vəziyyətin gərginləşməsinə görə Ermənistan qədər onlar da məsuliyyət daşıyırlar. Azərbaycan çox səbir etdi. Bu səbrin bir hüdudu da olmalıdır. Azərbaycan qədər heç bir dövlət bu təxribatlara bu qədər səbir və dözüm nümayiş etdirməzdi. Hazırda Azərbaycan ölkəmizə qarşı davamlı təxribatlar törədən hərbi obyektləri məhv edir. Ermənistanın iddia etdiyi kimi heç bir mülki obyekt hədəfə alınmayıb. Ermənistandan fərqli olaraq biz bunu heç zaman etməmişik.
Sonda dünənki hadisə zamanı həyatını itirən vətəndaşlarımızın ailəsinə dərin hüznlə baş sağlığı verirəm. Allah rəhmət eləsin!
Allah Prezidentimizi, ordumuzu və xalqımızı qorusun!"
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2962 Tarix: 19 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA
İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların
3 sentyabr 2021Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha
29 avqust 2021Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd
16 sentyabr 2021Zakir Həsənovdan türkiyəli generala başsağlığı
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu
11 sentyabr 2021Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru
10 sentyabr 2021"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA
Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl
8 sentyabr 2021"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind
2 sentyabr 2021Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?
"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu
10 sentyabr 2021Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə
7 sentyabr 2021