Ermənistanın mina terroru ilə bağlı BMT-yə müraciət ünvanlanıb

Ermənistanın mina terroru ilə bağlı BMT-yə müraciət ünvanlanıbMina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri Birləşmiş Millətlər Təşkilatına (BMT) birgə müraciət ünvanlayıb.

"Report" xəbər verir ki, müraciətdə deyilir:

"Biz Ermənistanın və onun hərbi birləşmələrinin Azərbaycan Respublikası ərazisində hələ də mövcudluğunu saxlayan tör-töküntülərinin, oyuncaq hərbi xunta rejiminin mina terrorundan əziyyət çəkən qurbanlar, onların ailə üzvləri, yaxınları, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq, BMT-nin Baş katibi cənab Antoniu Quterreşə, BMT Baş Assambleyasının prezidenti cənab Denis Frensis, BMT-nin Insan Hüquqlan Şurasının prezidenti cənab Vatslav Baleka, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı cənab Volker Türkə müraciət edirik ki, 1991-ci ildən başlayaraq ötən dövrdə Ermənistan tərəfindən Azərbaycan ərazisində 1 milyondan çox mina basdırılıb. Bu minaların sayı vaxtilə münaqişənin olduğu ərazidən məcburi köçkün düşən insanların sayını da üstələyir.

İşğaldan azad edilmiş ərazilərdə təmizləmə işləri nəticəsində bu günə kimi 95 minə yaxın mina və digər partlayıcı qurğular aşkar edilərək zərərsizləşdirilib. Bu, 100 mindən çox insanın ölümdən xilası deməkdir. Azərbaycan dövləti gecə-gündüz Ermənistanın basdırdığı minaları təmizləyir. Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş, ən çox mina qurbanı olan ölkələr siyahısındadır. Bu günə kimi Ermənistanın Azərbaycan xalqına qarşı mina müharibəsi nəticəsində 3393 nəfər azərbaycanlı mina hadisəsinin qurbanı olub. Onların 357 nəfəri uşaq, 38 nəfəri qadındır.

10 noyabr 2020-ci il bəyanatından ötən 3 ilə yaxın müddətdə Ermənistan mina terrorunu bir gün da olsun dayandırmayıb. Əvvəlcə Ermənistan hakimiyyəti "mina xəritələri"nin olmasını dandı, daha sonra Azərbaycanın tələbi qarşısında guya bəzi "mina xəritələri"ni təqdim etdi, ancaq məlum oldu ki, onlar yalançı, saxta xəritələrdir, reallığı əks etdirmir.

10 noyabr 2020-ci ildən 19 sentyabr 2023-cü ilədək Qarabağ və Şərqi Zəngəzur ərazisində 314 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 61 nəfəri həlak olub, 253 nəfəri xəsarət alıb. Mina qurbanlarının 149 nəfəri mülki şəxs, 165 nəfəri hərbi qulluqçulardır.

Hələ də Ermənistanın göstərişi ilə Qarabağdakı hərbi xunta rejimi, onun diversiya qrupları Azərbaycan ərazilərinə minalar basdırır. Son sutka ərzində artıq 6 nəfər bu mina terrorunun qurbanı olub.

Bu, dəhşətdir ki, XXI əsrdə Azərbaycan xalqı öz doğma torpağında mina qurbanları verir.

Biz Sizdən soruşuruq, cənab Antoniu Quterreş, cənab Denis Frensis, cənab Vatslav Balek, cənab Volker Türk, nəyə görədir bu qurbanlar? Niyə BMT Ermənistanın bu terror fəaliyyətini dayandırmaq üçün hərəkətə keçmir? Azərbaycan ərazisində nə vaxta qədər oyuncaq hərbi xunta rejimi, "boz zonalar" mövcud olacaq? Bu rejim ləğv olunmalı, tərk-silah edilməlidir.

Beynəlxalq qurumlar tez-tez ermənilər üçün Laçın yolundakı keçidin təmin edilməsinin vacibliyi barədə danışırlar. Niyə danışmırlar ki, 2020-ci ildən sonra həmin yoldan Azərbaycan ərazilərini minalamaq üçün nə qədər yeni istehsal edilmiş minalar keçirilib? 2021-ci il istehsalı olan minalar Azərbaycan ərazilərinə necə keçib? Bunlar niyə sual edilmir. Yalnız 2023-cü ilin aprelində Laçın postunun qurulması ilə bu halların qarşısı alındı.

Hamımız yaxşı bilirik ki, bu minalar nə üçündür. Köçkünlərin qayıdışını əngəlləmək, onları qorxutmaq, Qarabağda və Şərqi Zəngəzurda başladılan böyük quruculuq işlərinə hər vəchlə mane olmaq üçündür.

Hər bir mina qurbanının ailəsi faciə ilə üzləşir. Bu, olduqca ağır dərddir, sağalmaz yaradır.

Biz bu yaraları daşıyan insanlarıq. BMT-dən, digər beynəlxalq təşkilatlardan, dünya dövlətlərindən tələb edirik ki, Ermənistanın bu hərəkətlərinə qiymət versin. Biz sülh və əmin amanlıq şəraitində, dinc yaşamaq istəyirik. Biz minasız dünya istəyirik!

Biz buradan dünyanın bütün tərəqqipərvər insanlarına səslənirik: Ermənistanın Azərbaycana qarşı şiddətlənən mina müharibəsinə, terror fəaliyyətinə etiraz səsinizi ucaldın!".

Müraciəti "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyinin sədri Rey Qasımov, "Minalar əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzayev imzalayıblar.
Ermənistanın mina terroru ilə bağlı BMT-yə müraciət ünvanlanıbErmənistanın mina terroru ilə bağlı BMT-yə müraciət ünvanlanıb


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1537   Tarix: 19 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021