Gürcüstanın Baş naziri:"Torpaqlarımızın 20 faizi hələ də Rusiyanın işğalı altındadır"
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstan ərazisinin 20 faizinin hələ də Rusiyanın işğalı altında olduğunu bildirib.
Sonxeber.az xəbər verir ki, Qaribaşvili Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda keçirilən 78-ci Baş Assambleyasının müzakirələrində iştirakçılara müraciət edib.
Çıxışının əvvəlində Qaribaşvili ölkəsinin yaşadığı ərazi bütövlüyü problemlərinə toxunub və izah edib ki, bu çətinliklərə baxmayaraq, Gürcüstanın inkişafı üçün səmərəli fəaliyyətlərini davam etdirirlər.
Qaribaşvili beynəlxalq tərəfdaşları qoşunlarını Gürcüstandan çıxarmaq və Cenevrə danışıqlarına qayıtmaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.
O, qondarma Abxaziya və Cənubi Osetiyada yaşayan xalqları birlik və həmrəyliyə çağırıb.
"Mən abxaz və osetin qardaşlarımıza müraciət edirəm. Bizim ümumi düşmənimiz bizim birliyimizə qarşıdır. Biz inanılmaz nailiyyətlər əldə etməyə qadir olan parlaq insanlarıq, birlikdə uzunmüddətli sabitliyi təmin edə, böyük sərmayələri cəlb edə və vahid xalq olaraq bütün potensialımızı reallaşdıra bilərik" ,- deyə Baş nazir qeyd edib.
Qaribaşvili vurğulayıb ki, yaşadıqları ərazi bütövlüyü problemlərinə baxmayaraq, Gürcüstan iqtisadiyyatı son illər kifayət qədər səmərəli şəkildə inkişaf etməkdə davam edib.
Çıxışında Ukrayna-Rusiya müharibəsinin davam etdiyini xatırladan Qaribaşvili Ukraynaya dəstəyini bildirib.
"Ukraynanın hazırda yaşadığı problemləri tam şəkildə hiss edirik və Ukrayna xalqı ilə tam həmrəy olduğumuzu bildiririk" ,- deyə o əlavə edib.
Qaribaşvili Ermənistan-Azərbaycan münasibətlərinə də toxunub:
"Biz bəyan edirik ki, Cənubi Qafqazda nəhayət daimi sülhün bərqərar olması üçün Ermənistan və Azərbaycandan olan qonşularımızı və dostlarımızı bu prosesə cəlb etməyə hazırıq".
Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxışında ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlüyünün Gürcüstan hökuməti üçün geosiyasi prioritet olduğunu bəyan edib.
Aİ ilə inteqrasiya prosesini səmərəli şəkildə davam etdirdiklərini deyən Qaribaşvili hökumət olaraq bu istiqamətdə lazımi islahatları həyata keçirdiklərini bildirib.
Ötən il Aİ-yə namizəd ölkə statusu üçün onlara 12 meyar təqdim edildiyini xatırladan Qaribaşvili ilin sonuna kimi bütün meyarlara cavab verə biləcəklərini bildirib.
O, Gürcüstanda əhalinin təxminən 90 faizinin ölkənin Aİ-yə inteqrasiyasını dəstəklədiyini qeyd edib.
Qaribaşvili ilin sonunda Aİ-dən namizəd ölkə statusu alacaqlarını gözlədiklərini bildirib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1537 Tarix: 23 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA
İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların
3 sentyabr 2021Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha
29 avqust 2021Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd
16 sentyabr 2021Zakir Həsənovdan türkiyəli generala başsağlığı
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu
11 sentyabr 2021Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru
10 sentyabr 2021"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA
Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl
8 sentyabr 2021"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind
2 sentyabr 2021Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?
"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu
10 sentyabr 2021Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə
7 sentyabr 2021