Xankəndidə baş verən partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb - YENİLƏNİB + FOTO/VİDEO
Xankəndi-Əsgəran yolunda benzin anbarında baş vermiş partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb.
Məlumata görə, yaralıların əksəriyyətinin vəziyyəti ağır və ya son dərəcə ağır olaraq qiymətləndirilir.
Bildirilir ki, mövcud tibbi imkanlar lazımi xidmətin təşkili üçün kifayət etmir.
Mənbə: TASS
00:20
Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verən ərazidən yeni görüntülər yayımlanıb.
Qeyd edək ki, hadisə nəticəsində çox sayda ölənlər və yaralananların olduğu bildirilir.
Sözügedən ərazidən görüntüləri təqdim edirik:
25 sentyabr, 21:10
Rusiya sülhməramlı kontingentinin (RSK) həkimləri Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki partlayış nəticəsində xəsarət alanlara yardım edirlər.
Bu barədə RSK məlumat yayıb.
Zərərçəkənlərin bir çoxunun yanıq xəsarətləri aldığı bildirilir.
Hadisənin təfərrüatları açıqlanmır.


19:50
Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqələrindən birində güclü partlayış olub.
Ermənistan mediasında yayılan məlumata görə, təxminən 10 tonluq yanacaq çəni partlayıb.
Bildirilir ki, bu çənin yaxınlığında çox sayda insan olub.
Hadisə şahidlərinin sözlərinə görə, hazırda təcili yardım heyətləri yaralılara kömək edir. Zərərçəkənlərin dəqiq sayı barədə məlumat verilmir./Oxu.az

Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 10154 Tarix: 26 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabr