Xocalıya qayıdış üçün hazırlıq işlərinə başlanılıb - FOTO

Xocalıya qayıdış üçün hazırlıq işlərinə başlanılıb - FOTOQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalıdan məcburi köçkün düşmüş sakinlərin bir qrupu ilə görüşüb.

Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən və bu günlər Qarabağ iqtisadi rayonu ərazisində aparılan birgünlük lokal antiterror tədbirlərindən sonra yaranan vəziyyət, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası, doğma torpaqlara geri dönüşün gedişi və perspektivləri barədə danışılıb.

Antiterror tədbirləri nəticəsində separatçı dəstənin və onun yaratdığı qeyri-qanuni qurumun iflasa uğraması, bölgədə sülh və əmin-amanlıq üçün zəruri şəraitin yaradılması dərin məmnunluq hissi ilə qeyd edilib və bu tarixi nailiyyətə görə Prezident İlham Əliyevə təşəkkür bildirilib, torpaqlarımızın işğaldan azad edilməsi, həmin ərazilərdə dövlətimizin suverenleyinin tam edilməsi uğrunda canından keçən şəhidlərin, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Xalqımıza qarşı ağır cinayətlər törətmiş, Xocalı sakinlərini soyqırımına məruz qoymuş erməni quldurlarının tutulub ədalət mühakiməsinə verilməsi istiqamətində müvafiq dövlət qurumlarının zəruri tədbirlər həyata keçirdiyi vurğulanıb, amansız canilərin mütləq məsuliyyətə cəlb edilərək cəzalandırılacaqlarına inam ifadə olunub.

Məcburi köçkünlük dövründə dövlətdən daim diqqət və qayğı görən Xocalı sakinləri Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın səmimi münasibətini və şəxsi dəstəyini yüksək dəyərləndiriblər. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərin dirçəlişi, bərpası və yenidən qurulması, Böyük Qayıdış proqramı üzrə tədbirlərin sürətlə həyata keçirilməsi, indi isə Xocalının da bərpasına və azərbaycanlı əhalinin ora geri dönüş imkanının yaranması böyük ruh yüksəkliyi doğurur.

Dövlət Komitəsinin sədri işğaldan azad edilmiş digər ərazilər kimi Xocalı rayonuna da qayıdışın səmərəli şəkildə təşkil olunması üçün başlanmış hazırlıq işləri, bununla bağlı dövlətimizin verdiyi tapşırıqlar barədə görüş iştirakçılarına ətraflı məlumat verib, onların fikir və mülahizələrini dinləyib, suallarını cavablandırıb.

Görüşdə Xocalının məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar, həmçinin Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.
Xocalıya qayıdış üçün hazırlıq işlərinə başlanılıb - FOTOXocalıya qayıdış üçün hazırlıq işlərinə başlanılıb - FOTOXocalıya qayıdış üçün hazırlıq işlərinə başlanılıb - FOTOXocalıya qayıdış üçün hazırlıq işlərinə başlanılıb - FOTOXocalıya qayıdış üçün hazırlıq işlərinə başlanılıb - FOTOXocalıya qayıdış üçün hazırlıq işlərinə başlanılıb - FOTOXocalıya qayıdış üçün hazırlıq işlərinə başlanılıb - FOTOXocalıya qayıdış üçün hazırlıq işlərinə başlanılıb - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1304   Tarix: 29 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr