Fransada Azərbaycan cüdoçusuna qarşı haqsızlıq edildi

Fransada Azərbaycan cüdoçusuna qarşı haqsızlıq edildiAzərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında hakim haqsızlığı ilə üzləşib.

Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, ilk görüşündə italiyalı Andrea Karlino ilə üz-üzə gələn B.Ağayev hakimin yanlış qərarı nəticəsində sonda rəqibinə məğlub olub:

"Ağayev Karlino ilə görüşə kifayət qədər inamlı başladı. Təbii ki, italyan passivliyinə görə xəbərdarlıqlar aldı. Lakin sonra döyüşün mənzərəsi bir qədər dəyişdi. Hakim Balabəyə "şido" verməyə başladı və döyüş "qızıl hesaba" çevrildi. Əlavə vaxtda da cüdoçumuz fəallıq göstərməsinə baxmayaraq, səbəbsiz olaraq passivliyə görə üçüncü xəbərdarlığı aldı. O, hakimlərdən jestlərlə epizodu yenidən nəzərdən keçirməyi xahiş edərək, tatamidən çıxmaqdan imtina etdi. Lakin qərar qüvvədə qaldı və Balabəy tatamini məyus tərk etdi".

Qeyd edək ki, Balabəy Ağayev son üç ildə iki dəfə Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqənin qalibi olub.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1029   Tarix: 03 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Braziliya futbolunda dava - 23 qırmızı kart verildi

Braziliya futbolunda "Kruzeyro" - "Atletiko-MG" matçında kütləvi dava düşüb. qafqazinfo-ya istinadən xəbər verir ki, oyunun ilk yarısının son dəqiqələrində futbolçular arasında başlayan mübahisə qısa müddətdə geniş vüsət alıb. Belə ki, mübahisə əlavə vaxtda "Atletiko-MG"ni

9 mart
.

Messi 900-cü qolunu vurdu - VİDEO

"İnter Mayami" klubunda çıxış edən Lionel Messi karyerasının 900-cü qolunu vurub. .xəbər verir ki, o, komandasının "Neşvill"lə matçında yeganə qoluna imza atıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Səfər qolunun hesabına "Neşvill" KONKAKAF Çempionlar Kubokunda növbəti mərhələy

19 mart
.

Oyuna son anda gəldilər: 13 qol buraxdılar

Regional Həvəskarlar Liqasında keçirilən "Keşanspor" -"Kırcasalihspor" oyunu son dəqiqələrdə həyəcanla keçib. -ın xarici mediaya istinadən xəbərinə görə, oyuna son anda çatan "Kırcasalihspor" ağır məğlubiyyətlə üzləşib. Üstün oyun nümayiş etdirən "Keşanspor" 13-

12 mart
.

Bu gün "Liverpul" və "Qalatasaray" yenidən üz-üzə gələcək

UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanacaq daha 4 komanda bu gün müəyyənləşəcək. Qaynarinfo-nun məlumatına görə, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha 4 qarşılaşma baş tutacaq. "Barselona" evdə "Nyukasl"la üz-üzə gələcəksə, "Qalatasaray" səfərd

18 mart
.

Premyer Liqa: Lider "Sabah" "Qəbələ" ilə qarşılaşacaq

Misli Premyer Liqasında XXII tura bu gün yekun vurulacaq. "Report" xəbər verir ki, sonuncu matçda lider "Sabah" doğma meydanda "Qəbələ" ilə üz-üzə gələcək. Qarşılaşma "Bank Respublika Arena"da, saat 19:15-də start götürəcək. "Sabah" 53 xalla turnir cədvəlind

10 mart
.

"Turan Tovuz" "Qəbələ"yə qarşı

Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, turun son oyununda "Turan Tovuz" "Qəbələ" ilə üz-üzə gələcək. "Turan Tovuz" son zamanlar ev oyunlarını keçirdiyi "Azərsun Arena" təmirə bağlandığı üçün rəqibini Sumqayıtd

21 mart
.

Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan milli komandasının "FİFA Series - 2026" turniri üçün heyəti açıqlanıb. AFFA-nın saytına istinadən xəbər verir ki, komanda martın 22-də Bakıda təlim-məşq toplanışına başlayacaq. Milliyə dəvət alan futbolçuların siyahısı belədir: . Qapıçılar: Səlahət Ağayev, Rza Cəfərov (hər ikis

20 mart
.

Mövsümün ən böyükhesablı qələbəsi

Misli Premyer Liqasında 2025/2026 mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb. Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, XXII tura təsadüf edib. "Qarabağ" "Araz-Naxçıvan"ın qapısından 6 cavabsız top keçirib. Cari mövsümdə ilk dəfə bir komanda

10 mart
.

Əliyar Ağayev İngiltərə klubunun oyununa təyinat aldı

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının 1/8 final mərhələsində keçiriləcək AEK (Larnaka, Kipr) - "Kristal Pelas" (İngiltərə) matçının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər

17 mart